DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Heç kimə gürcü xalqını şantaj etməyə imkan verməyəcəyik - Kaladze

© Sputnik / Aleksey Vitvitskiy / Mediabanka keçid Tbilisi meri Kaxa Kaladze
 Tbilisi meri Kaxa Kaladze  - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Abunə olmaq
Tbilisi meri bildirib ki, Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşmanın yeni mərhələsinə - danışıqlara keçməkdən şantaj kimi istifadə edilməməlidir.
BAKI, 29 noyabr — Sputnik. Gürcüstan hakimiyyəti heç kimə gürcü xalqını şantaj etməyə imkan verməyəcək. Bunu hakim "Gürcü arzusu" partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.
Kaladze bildirib ki, əgər Avropa İttifaqı bu ölkənin öz sıralarına qəbul edilməsi ilə bağlı danışıqlara başlamaq istəsə, gürcü tərəfi buna hazırdır.
Bir gün əvvəl Gürcüstan hakimiyyəti bu məsələdən şantaj vasitəsi kimi istifadə edildiyi üçün ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq barədə qərar qəbul etdiyini açıqlamışdı. Prezident və müxalifət dərhal bunu hakimiyyətin Aİ-yə inteqrasiyadan imtina etməsinin sübutu adlandırıblar və ölkənin böyük şəhərlərində etirazlar başlayıb.
"2028-ci ilə qədər fərqli iqtisadi göstəricilərimiz olacaq. Bütün göstəricilərdə irəliləyəcəyik. 2030-cu ilə qədər biz Aİ-nin tamhüquqlu üzvü olmağa hazır olacağıq. Əgər danışıqlara daha tez başlamaq istəyirlərsə, biz buradayıq. Kim bundan imtina edər?!" - Kaladze deyib.
O vurğulayıb ki, Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşmanın yeni mərhələsinə - danışıqlara keçməsindən şantaj üçün istifadə edilməməlidir:

"Hər kəs Gürcüstanın sadəcə ərazi olmadığını, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda vətən olduğunu qəbul etməli olacaq. Hamı gürcü xalqına, mədəniyyətinə, adət-ənənələrinə və keçmişinə hörmətlə yanaşmalıdır".

Tbilisi meri bildirib ki, guya hakimiyyətin Aİ-yə üzvlük prosesini dayandırmaq qərarına gəlməsi iddiaları yalandır.
"Biz dəfələrlə bildirmişik ki, ölkənin Avropaya inteqrasiyasını təmin etmək üçün hər şeyi edirik, lakin bunu ləyaqətlə etmək lazımdır" - Kaladze bildirib.
Onun sözlərinə görə, hakimiyyət heç kimə Gürcüstanla son aylarda olduğu kimi davranmağa imkan verməyəcək.
"Biz yalan, böhtan, şantajla dolu təhqiramiz bəyanatlar, qəbul edilmiş qətnamələr (Avropa Parlamentinin Gürcüstanla bağlı sərt qətnamələri - red.) eşidirik" - Kaladze bildirib.
Tbilisdəki dinc aksiyalar  - Sputnik Azərbaycan, 1920, 29.11.2024
DÜNYA XƏBƏRLƏRİ
Tiflisdəki dinc aksiyalar silahlı qarşıdurmalara çevrilib
Xəbər lenti
0