Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

COP29 zamanı İçərişəhər və Qala qoruğunu nə qədər əcnəbi ziyarət edib?

© Sputnik / Murad Orujov Qala qoruğunu
 Qala qoruğunu  - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Abunə olmaq
Ziyarətçilər arasında Rusiya, Çin və Hindistan vətəndaşları üstünlük təşkil edib.
BAKI, 29 noyabr — Sputnik. COP29 çərçivəsində İçərişəhər və Qala qoruqlarında fəaliyyət göstərən muzeylər, mədəniyyət ocaqları və turizm yerləri 12 mindən artıq yerli və xarici turist tərəfindən ziyarət edilib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, xarici ölkələrdən olan ziyarətçilər arasında Rusiya, Çin və Hindistan vətəndaşları üstünlük təşkil edib.
UNESCO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısında olan Qız qalası və Şirvanşahlar Sarayı, o cümlədən Sıratağlı Dini-Memarlıq Kompleksi, Bəylər məscidi və Yeraltı hamam da bu siyahıya daxildir.
Qala Qoruğunda qonaqlar Abşeronun qədim tarixi və memarlıq abidələri ilə tanış olub, burada fəaliyyət göstərən "Tullantıdan Sənətə" muzeyi və "Qurama" sərgisinə də maraq göstəriblər.
Xəbər lenti
0