https://sputnik.az/20241129/azerbaycanda-dord-universitete-akkreditasiya-verildi-469080184.html
Azərbaycanda dörd universitetə akkreditasiya verildi
Azərbaycanda dörd universitetə akkreditasiya verildi
Sputnik Azərbaycan
Gəncə Dövlət Universitetinin isə bir ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb. 29.11.2024, Sputnik Azərbaycan
2024-11-29T11:34+0400
2024-11-29T11:34+0400
2024-11-29T11:34+0400
azərbaycan
təhsil
qərbi kaspi universiteti
akkreditasiya
turizm
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463221100_0:160:3072:1888_1920x0_80_0_0_a37e46583d5816f67a25fd63e6745df6.jpg
BAKI, 29 noyabr — Sputnik. Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki"nə uyğun olaraq 5 ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti və Gəncə Dövlət Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış yekun hesabatlar təqdim edilib. Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetinin institusional akkreditasiya nəticələri "əsasən uyğundur" hesab edilərək, növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi isə "qismən uyğundur" hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il müddətinə uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb. Yekunlaşan akkreditasiya prosesinin davamı olaraq ali təhsil müəssisələrinin verilən tövsiyələrin icrasına dair növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və Agentliyə təqdim etməsi nəzərdə tutulur.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463221100_171:0:2902:2048_1920x0_80_0_0_69f0086f9c8f55385f51ec298b698537.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, qərbi kaspi universiteti, akkreditasiya, turizm
azərbaycan, qərbi kaspi universiteti, akkreditasiya, turizm
Azərbaycanda dörd universitetə akkreditasiya verildi
Gəncə Dövlət Universitetinin isə bir ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.
BAKI, 29 noyabr — Sputnik. Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki"nə uyğun olaraq 5 ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti və Gəncə Dövlət Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış yekun hesabatlar təqdim edilib.
Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetinin institusional akkreditasiya nəticələri "əsasən uyğundur" hesab edilərək, növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi isə "qismən uyğundur" hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il müddətinə uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.
Yekunlaşan akkreditasiya prosesinin davamı olaraq ali təhsil müəssisələrinin verilən tövsiyələrin icrasına dair növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və Agentliyə təqdim etməsi nəzərdə tutulur.