DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Atəşkəs kövrəkdir: Borrel Livana inanmır, ya İsrailə?

© AP Photo / Hussein MallaLivan
Livan - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Abunə olmaq
Aİ diplomatiyasının rəhbəri Qəzza zolağındakı vəziyyəti nəzərdə tutaraq, bu qırğını dayandıra bilmədiyi üçün Brüsseli məyusluqla tərk etdiyini bildirib.
BAKI, 29 noyabr — Sputnik. Aİ-nin Xarici İşlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Livan və İsrail arasında bağlanmış atəşkəsi çox kövrək hesab edir.
"Mən beş gün əvvəl Livanda idim, atəşkəs və danışıqlar aparılırdı. Artıq dünən cənubda ara-sıra atəş açılıb. Bu, çox kövrək barışıqdır. ABŞ-ın dəstəklədiyi İsrail hadisələrə müdaxilə etmək (hərbi əməliyyatları bərpa etmək) hüququnu özündə saxlayır" - səlahiyyətləri 2024-cü ilin noyabrında başa çatan Aİ diplomatiyasının rəhbəri RNE radiostansiyasına müsahibəsində bildirib.
Bundan əlavə, Aİ diplomatiyasının rəhbəri Qəzza zolağındakı vəziyyəti nəzərdə tutaraq, bu qırğını dayandıra bilmədiyi üçün Brüsseli məyusluqla tərk etdiyini bildirib. Onun sözlərinə görə, belə vəziyyətdə "görülə biləcək yeganə iş İsrailə təzyiq göstərməkdir".
RİA Novostinin verdiyi məlumata İsrail ordusu iki gündür atəşkəs rejimini pozmaqda davam edir. Cümə axşamı İsrail dronları Markaba sərhəd qəsəbəsində maşına hücum edib. Eyni zamanda, İsrail döyüş aviasiyası Livanın hava məkanını sistematik şəkildə pozur, kəşfiyyat dronları isə Cənubi Livanı tərk etmir.
NNA Livan milli agentliyinin verdiyi son məlumata görə İsrail ordusunun dörd "Merkava" tankından ibarət olan birləşmə Hiyam qəsəbəsi yaxınlığında Livan sərhədini keçərək atəşkəs sazişini pozub.
Xəbər lenti
0