https://sputnik.az/20241129/abs-da-miqrantlar-trampin-ved-etdiyi-kutlevi-deportasiyalara-hazirlasirlar-468989260.html
ABŞ-da miqrantlar Trampın vəd etdiyi kütləvi deportasiyalara hazırlaşırlar
ABŞ-da miqrantlar Trampın vəd etdiyi kütləvi deportasiyalara hazırlaşırlar
Sputnik Azərbaycan
İnsanlar Trampın vəd etdiyi kütləvi deportasiya proqramından qorunmaq üçün hər cür tədbir görürlər. 29.11.2024, Sputnik Azərbaycan
2024-11-29T23:37+0400
2024-11-29T23:37+0400
2024-11-29T23:37+0400
tramp
dünya xəbərləri
abş prezidenti donald tramp
deportasiya
miqrant
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454342795_0:0:3072:1728_1920x0_80_0_0_1e8f7030ccf5f64a124a1128f97de64b.jpg
BAKI, 29 noyabr — Sputnik. ABŞ-da immiqrantlar yanvar ayında prezident seçkilərində qalib gələn Donald Trampın gəlişindən sonra gözlənilən kütləvi deportasiyaya hazırlaşırlar. Bu barədə "RİA Novosti" "New York Times"a istinadən yazıb. Bundan əvvəl Tramp qeyri-qanuni miqrantların kütləvi deportasiyası proqramını həyata keçirmək niyyətində olduğunu, bu proqramda fövqəladə vəziyyətin tətbiqi və hərbi resurslardan istifadənin nəzərdə tutulduğunu bildirmişdi. Qeyd olunub ki, miqrantlar miqrasiya hüquqşünasları ilə fəal əlaqə saxlayır, həmçinin miqrasiya və deportasiya mövzularının qaldırıldığı qeyri-kommersiya təşkilatlarının müxtəlif toplantılarında iştirak edirlər. İnsanlar Trampın vəd etdiyi kütləvi deportasiya proqramından qorunmaq üçün hər cür tədbir görürlər. "Yaşıl kartları, yəni ABŞ viza lotereyası olan insanlar mümkün qədər tez vətəndaş olmaq istəyirlər. Hüquqi statusu qeyri-müəyyən olanlar və ya ölkəyə qanunsuz daxil olanlar sığınacaq üçün müraciət etməyə çalışırlar. Çünki baxılan ərizənin olması belə onları deportasiyadan qoruyacaq. ABŞ vətəndaşları ilə münasibətdə olanlar isə tez evlənməyə çalışırlar ki, bu da onlara yaşıl kart üçün müraciət etmək hüququ verəcək" - nəşr yazıb. Daha əvvəl Trampın başqa ölkələrdəki həbsxanalardan və ruhi xəstəxanalardan miqrantların ABŞ-a axışdığı barədə düşündüyü haqda məlumat verilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454342795_0:0:2732:2048_1920x0_80_0_0_542ba2ecd550437eb0b36ddece728d70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
tramp, abş prezidenti donald tramp, deportasiya, miqrant
tramp, abş prezidenti donald tramp, deportasiya, miqrant
ABŞ-da miqrantlar Trampın vəd etdiyi kütləvi deportasiyalara hazırlaşırlar
İnsanlar Trampın vəd etdiyi kütləvi deportasiya proqramından qorunmaq üçün hər cür tədbir görürlər.
BAKI, 29 noyabr — Sputnik. ABŞ-da immiqrantlar yanvar ayında prezident seçkilərində qalib gələn Donald Trampın gəlişindən sonra gözlənilən kütləvi deportasiyaya hazırlaşırlar.
Bu barədə "RİA Novosti" "New York Times"a istinadən yazıb.
Bundan əvvəl Tramp qeyri-qanuni miqrantların kütləvi deportasiyası proqramını həyata keçirmək niyyətində olduğunu, bu proqramda fövqəladə vəziyyətin tətbiqi və hərbi resurslardan istifadənin nəzərdə tutulduğunu bildirmişdi.
Qeyd olunub ki, miqrantlar miqrasiya hüquqşünasları ilə fəal əlaqə saxlayır, həmçinin miqrasiya və deportasiya mövzularının qaldırıldığı qeyri-kommersiya təşkilatlarının müxtəlif toplantılarında iştirak edirlər. İnsanlar Trampın vəd etdiyi kütləvi deportasiya proqramından qorunmaq üçün hər cür tədbir görürlər.
"Yaşıl kartları, yəni ABŞ viza lotereyası olan insanlar mümkün qədər tez vətəndaş olmaq istəyirlər. Hüquqi statusu qeyri-müəyyən olanlar və ya ölkəyə qanunsuz daxil olanlar sığınacaq üçün müraciət etməyə çalışırlar. Çünki baxılan ərizənin olması belə onları deportasiyadan qoruyacaq. ABŞ vətəndaşları ilə münasibətdə olanlar isə tez evlənməyə çalışırlar ki, bu da onlara yaşıl kart üçün müraciət etmək hüququ verəcək" - nəşr yazıb.
Daha əvvəl Trampın başqa ölkələrdəki həbsxanalardan və ruhi xəstəxanalardan miqrantların ABŞ-a axışdığı barədə düşündüyü haqda məlumat verilmişdi.