DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ çox sürətlə iflasa doğru gedir - Mask

© AP Photo / Kirsty Wigglesworthİlon Mask, arxiv
İlon Mask, arxiv - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Abunə olmaq
ABŞ hökuməti 2023-cü maliyyə ilində 6 trilyon dollardan çox vəsait xərcləyib, lakin cəmi 4,47 trilyon dollar toplayıb.
BAKI, 29 noyabr — Sputnik. Amerikalı sahibkar İlon Mask ölkənin hazırda çox sürətlə iflasa doğru getdiyini bildirib.
Sahibkar X sosial şəbəkəsində Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) ölkə büdcəsi ilə bağlı vəziyyəti düzəltmək zərurətini bildirən açıqlamasını şərh edib.
Bildirilib ki, ABŞ-da sonuncu dəfə 2001-ci ildə büdcə profisiti olub. ABŞ hökuməti 2023-cü maliyyə ilində 6 trilyon dollardan çox vəsait xərcləyib, lakin o, cəmi 4,47 trilyon dollar toplayıb.
Bir müddət əvvəl ABŞ prezident seçkilərinin qalibi Donald Tramp Mask və iş adamı Vivek Ramasvaminin yeni Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edəcəklərini açıqlamışdı. Mask dəfələrlə özünün X sosial şəbəkəsində Trampa dəstəyini ifadə edib.
Mask daha əvvəl Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ büdcə xərclərini ən azı iki trilyon dollar azaldacağına söz vermişdi.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, ABŞ-ın dövlət borcunun səviyyəsi 2024-cü ilin sonuna kimi ABŞ ÜDM-nin 121%-nə, 2029-cu ildə isə ÜDM-in 131,7%-nə çatacaq. Co Baydenin prezidentliyi dövründə ABŞ-ın milli borcu 2021-ci ildəki 28 trilyon dollardan bu il görünməmiş səviyyəyə 34,5 trilyon dollara qədər artıb.
Xəbər lenti
0