https://sputnik.az/20241129/a-nin-santaji-gurcu-arzusuna-qalib-gele-bilecekmi-469101366.html
Aİ-nin şantajı "Gürcü arzusu"na qalib gələ biləcəkmi?
Aİ-nin şantajı "Gürcü arzusu"na qalib gələ biləcəkmi?
Sputnik Azərbaycan
Millət vəkili hesab edir ki, Gürcüstanda mövcud hakimiyyətə Qərbin basqılar edəcəyi əvvəlcədən proqnozlaşdırıldı. 29.11.2024, Sputnik Azərbaycan
2024-11-29T19:40+0400
2024-11-29T19:40+0400
2024-11-29T19:40+0400
ai
dünya xəbərləri
salome zurabişvili
gürcüstan
gürcü arzusu partiyası
avropa ittifaqı
mixail qaluzin
cosep borrel
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1d/469101195_0:0:1280:721_1920x0_80_0_0_f0319c525d9429bbeeb7d30013aaf365.jpg
BAKI, 29 noyabr — Sputnik. Gürcüstan yenidən çalxalanır. Oktyabrın 26-da keçirilmiş seçkilərdə məğlub olan Gürcüstanın Qərbyönümlü müxalifəti yenidən meydanlara axın edib. Müxalifətin etirazlarına səbəb Gürcüstan hökumətinin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırması ilə bağlı qərarıdır. Hadisələrin inkişaf xronolgiyasına nəzər saldıqda görürük ki, Gürcüstan hökumətinin qərarı qəfildən ortaya çıxmayıb. Noyabrın 29-da Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib. Qətnamədə Gürcüstanla sadələşdirilmiş viza rejiminin yenidən nəzərdən keçirilməsi, həmçinin Gürcüstan hökuməti və parlamenti ilə rəsmi səviyyədə əlaqələrin məhdudlaşdırılması çağırışı edilib. Bundan başqa, sənəddə Aİ Şurası, Avropa Komissiyası, Avropa Xarici Fəaliyyət Xidməti və Ali nümayəndə Cozep Borellə Aİ-nin Gürcüstanla bağlı siyasətini hərtərəfli nəzərdən keçirmək çağırışı edilib. Noyabrın 29-da axşam saatlarında keçirilən aksiyalar etirazçılar və təhlükəsizlik qüvvələri arasında toqquşmalara səbəb olub. Aksiya zamanı çox sayda xəsarət alan və saxlanılan var. Hadisələrin sonrakı inkişafıın necə olacağı maraqla gözlənilir. Etiraz edənlər hökmətin geri addım atması üçün aksiyaları davam etdirəcəklərini bildirirlər. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Gürcüstanın rəhbərliyi və onun xalqı praqmatik siyasət yürütdüyünə görə Qərbin qəddar və təhqiredici hücumlarına məruz qalıb. "Biz Gürcüstan rəhbərliyinin və cəmiyyətinin kollektiv Qərbin ən ağır təhqiredici hücumlarına və təzyiqlərinə necə məruz qaldığına şahid olduq. Bu rəhbərlik Qərb nöqteyi-nəzərindən ənənəvi dəyərləri müdafiə etməyə və gürcü xalqının milli maraqlarına cavab verən praqmatik siyasət yürütməyə cəsarət etdi", Qaluzin bildirib. Politoloq Samir Hümbətov Sputnik Azərbaycan-a bildirib ki, son vaxtların təcrübəsi göstərir ki, mövcud höükumətin geri çəkiləcəyi reallığa uyğun gəlmir:"Xarici agentlər haqqında" qanunun qəbul edilməsi zamanı da indiki Gürcüstan hakimiyyətinin qərarlılığını gördük. Həmin zaman da Qərbin dəstək verdiyi qüvvələr nəyəsə nail ola bilmədilər". "Hökumət bir dəfə güzəştə gedəndə onu davamlı güzəştlərə məcbur edə bilərlər. Ona görə də düşünmürəm ki, indikiGürcüstan hakimiyyəti bu aksiyalar qarşısında geri çəkiləcək. Gürcüstan hakimiyyəti üzvlüklə bağlı danışıqları dayandırdığını bildirir, amma 2028-ci ilə qədər Gürcüstanı nə gözlədiyini qabaqcadan demək olaz. Yəni, biz bilmirik indiki hakimiyyət qalacaq, yoxsa gedəcək. Eyni zmaanda həmin müddət ərzində Aİ-nin Gürcüstan və Cənubi Qafqazla bağlı yanaşma və strategiyasının necə olacağı bəlli deyil" - politoloq fikirlərini yekunlaşdırıb. Millət vəkili Elman Nəsirov hesab edir ki, Gürcüstanda mövcud hakimiyyətə Qərbin basqılar edəcəyi əvvəlcədən proqnozlaşdırıldı: "Biz parlament seçkiləri zamanı da Qərbin öz istədiyi kimi nəticələnməsi üçün çox çalışdı, hətta ciddi etirazlara da şahid olduq. Qərb seçkilərin nəticəsindən narazıdır, ancaq birmənalı olaraq onun Gürcüstan xalqının seçimi olmadığını da iddia edə bilmir. İndi baş verənlər də Gürcüstan hakimiyyətinə təzyiqlərin növbəti dalğasıdır. Bu təzyiqlər fonunda İrakli Kobaxidze hökuməti Qərbin verəcəyi qrantlardan da imtina etdiklərini açıqlayıb. Görünür Qərb hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdi". "Qərb Prezident Zurabişvili və onun ətrafındakı müxalif çevrələr vasitəsilə Gürcüstanda konstitusiyon çevriliş etmək istəyir. Hesab edirəm ki, anti-Gürcüstan beynəlxalq dairələr və onların yerli təmsilçilərinin təzyiqləri nəticə verməyəcək. Əsas olan gürcü xalqının mövqeyidir. Baş verənlər də göstərir ki, Gürcüstan xalqı öz seçiminin arxasında dayanıb", - millət vəkili qeyd edib. Ekspertlərin də fikirlərindən aydın olur ki, Qərbin legitim Gürcüstan hakimiyyətinə təzyiq alətlərinin hazırkı şəraitdə hər hansı uğur qazanmaq şansı yoxdur. Gürcüstan hökumət rəsmiləri də onlarla şantaj dili ilə danışılmasını qəbuledilməz sayırlar. Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib ki, Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırılması gürcü cəmiyyətinin əksəriyyətinin iradəsinə ziddir. Gürcüstanın baş naziri İrakli Kobaxidze isə Qerçinskini hədələyib və bildirib ki, Avropa İttifaqının səfiri ölkənin daxili işlərinə qarışmağı dayandırmasa və ritorikasını dəyişməsə, Gürcüstan hakimiyyəti diplomatik tədbirlər görəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1d/469101195_56:0:1193:853_1920x0_80_0_0_4e07e611088cc72bc809c0962e2bc870.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
ai, salome zurabişvili, gürcüstan, gürcü arzusu partiyası, avropa ittifaqı, mixail qaluzin, cosep borrel
ai, salome zurabişvili, gürcüstan, gürcü arzusu partiyası, avropa ittifaqı, mixail qaluzin, cosep borrel
Aİ-nin şantajı "Gürcü arzusu"na qalib gələ biləcəkmi?
Millət vəkili hesab edir ki, Gürcüstanda mövcud hakimiyyətə Qərbin basqılar edəcəyi əvvəlcədən proqnozlaşdırıldı.
BAKI, 29 noyabr — Sputnik. Gürcüstan yenidən çalxalanır. Oktyabrın 26-da keçirilmiş seçkilərdə məğlub olan Gürcüstanın Qərbyönümlü müxalifəti yenidən meydanlara axın edib. Müxalifətin etirazlarına səbəb Gürcüstan hökumətinin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırması ilə bağlı qərarıdır.
Hadisələrin inkişaf xronolgiyasına nəzər saldıqda görürük ki, Gürcüstan hökumətinin qərarı qəfildən ortaya çıxmayıb. Noyabrın 29-da Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib. Qətnamədə Gürcüstanla sadələşdirilmiş viza rejiminin yenidən nəzərdən keçirilməsi, həmçinin Gürcüstan hökuməti və parlamenti ilə rəsmi səviyyədə əlaqələrin məhdudlaşdırılması çağırışı edilib. Bundan başqa, sənəddə Aİ Şurası, Avropa Komissiyası, Avropa Xarici Fəaliyyət Xidməti və Ali nümayəndə Cozep Borellə Aİ-nin Gürcüstanla bağlı siyasətini hərtərəfli nəzərdən keçirmək çağırışı edilib.
Noyabrın 29-da axşam saatlarında keçirilən aksiyalar etirazçılar və təhlükəsizlik qüvvələri arasında toqquşmalara səbəb olub. Aksiya zamanı çox sayda xəsarət alan və saxlanılan var. Hadisələrin sonrakı inkişafıın necə olacağı maraqla gözlənilir. Etiraz edənlər hökmətin geri addım atması üçün aksiyaları davam etdirəcəklərini bildirirlər.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Gürcüstanın rəhbərliyi və onun xalqı praqmatik siyasət yürütdüyünə görə Qərbin qəddar və təhqiredici hücumlarına məruz qalıb.
"Biz Gürcüstan rəhbərliyinin və cəmiyyətinin kollektiv Qərbin ən ağır təhqiredici hücumlarına və təzyiqlərinə necə məruz qaldığına şahid olduq. Bu rəhbərlik Qərb nöqteyi-nəzərindən ənənəvi dəyərləri müdafiə etməyə və gürcü xalqının milli maraqlarına cavab verən praqmatik siyasət yürütməyə cəsarət etdi", Qaluzin bildirib.
Politoloq Samir Hümbətov Sputnik Azərbaycan-a bildirib ki, son vaxtların təcrübəsi göstərir ki, mövcud höükumətin geri çəkiləcəyi reallığa uyğun gəlmir:
"Xarici agentlər haqqında" qanunun qəbul edilməsi zamanı da indiki Gürcüstan hakimiyyətinin qərarlılığını gördük. Həmin zaman da Qərbin dəstək verdiyi qüvvələr nəyəsə nail ola bilmədilər".
"Hökumət bir dəfə güzəştə gedəndə onu davamlı güzəştlərə məcbur edə bilərlər. Ona görə də düşünmürəm ki, indikiGürcüstan hakimiyyəti bu aksiyalar qarşısında geri çəkiləcək. Gürcüstan hakimiyyəti üzvlüklə bağlı danışıqları dayandırdığını bildirir, amma 2028-ci ilə qədər Gürcüstanı nə gözlədiyini qabaqcadan demək olaz. Yəni, biz bilmirik indiki hakimiyyət qalacaq, yoxsa gedəcək. Eyni zmaanda həmin müddət ərzində Aİ-nin Gürcüstan və Cənubi Qafqazla bağlı yanaşma və strategiyasının necə olacağı bəlli deyil" - politoloq fikirlərini yekunlaşdırıb.
Millət vəkili Elman Nəsirov hesab edir ki, Gürcüstanda mövcud hakimiyyətə Qərbin basqılar edəcəyi əvvəlcədən proqnozlaşdırıldı: "Biz parlament seçkiləri zamanı da Qərbin öz istədiyi kimi nəticələnməsi üçün çox çalışdı, hətta ciddi etirazlara da şahid olduq. Qərb seçkilərin nəticəsindən narazıdır, ancaq birmənalı olaraq onun Gürcüstan xalqının seçimi olmadığını da iddia edə bilmir. İndi baş verənlər də Gürcüstan hakimiyyətinə təzyiqlərin növbəti dalğasıdır. Bu təzyiqlər fonunda İrakli Kobaxidze hökuməti Qərbin verəcəyi qrantlardan da imtina etdiklərini açıqlayıb. Görünür Qərb hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdi".
"Qərb Prezident Zurabişvili və onun ətrafındakı müxalif çevrələr vasitəsilə Gürcüstanda konstitusiyon çevriliş etmək istəyir. Hesab edirəm ki, anti-Gürcüstan beynəlxalq dairələr və onların yerli təmsilçilərinin təzyiqləri nəticə verməyəcək. Əsas olan gürcü xalqının mövqeyidir. Baş verənlər də göstərir ki, Gürcüstan xalqı öz seçiminin arxasında dayanıb", - millət vəkili qeyd edib.
Ekspertlərin də fikirlərindən aydın olur ki, Qərbin legitim Gürcüstan hakimiyyətinə təzyiq alətlərinin hazırkı şəraitdə hər hansı uğur qazanmaq şansı yoxdur. Gürcüstan hökumət rəsmiləri də onlarla şantaj dili ilə danışılmasını qəbuledilməz sayırlar.
Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib ki, Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırılması gürcü cəmiyyətinin əksəriyyətinin iradəsinə ziddir. Gürcüstanın baş naziri İrakli Kobaxidze isə Qerçinskini hədələyib və bildirib ki, Avropa İttifaqının səfiri ölkənin daxili işlərinə qarışmağı dayandırmasa və ritorikasını dəyişməsə, Gürcüstan hakimiyyəti diplomatik tədbirlər görəcək.