CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəhərlənmə ilə bağlı şok statistika

© Sputnik / Konstantin Mihalchevskiy / Mediabanka keçidXəstəxana
Xəstəxana - Sputnik Azərbaycan, 1920, 28.11.2024
Abunə olmaq
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən ikisi kişi, ikisi isə qadın olmaqla dörd nəfər ölüb.
BAKI, 28 noyabr — Sputnik. Bu ilin oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 93 nəfər qəbul edilib, 4-ü ölüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 20 nəfər sirkə turşusundan, beş nəfər göbələkdən, dörd nəfər ilan sancmasından, dörd nəfər botulizmdən, dörd nəfər etanoldan, bir nəfər layelladan zəhərlənən şəxslərdir.
Eyni zamanda onlardan altısı allergik reaksiya, üçü fosfor üzvi birləşmələrdən, ikisi dəm qazından zəhərlənmə, iki nəfər isə həşərat sancması səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən ikisi kişi, ikisi isə qadın olmaqla dörd nəfər ölüb. Bunlardan ikisi sirkə turşusu, biri layella sindromu və biri də göbələk zəhərlənməsindən olub.
Müqayisə üçün bildirək ki, sentyabr ayı ərzində isə KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib. Şöbəyə qəbul edilən xəstələrdən 40 nəfər dərmandan, 38 nəfər sirkə turşusundan, 9 nəfər ilan sancmasından, 4-ü fosfor üzvi birləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənən şəxslərdir.
Həmçinin, 6 nəfər allergik reaksiya, 1 nəfər isə anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (2 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, psixotrop dərman zəhərlənmələrindən qeydə alınıb.
Xəbər lenti
0