SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qarabağda baş verənlərin hüquqi baxımdan Ermənistanla birbaşa əlaqəsi yoxdur - Putin

© Sputnik / Михаил Терещенко / POOL / Mediabanka keçid Rusiya prezidenti Vladimir Putin
 Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 28.11.2024
Abunə olmaq
Rusiya lideri Ermənistan rəhbərliyinin KTMT-nin bu ərazidə döyüşməli olması barədə fikirlərini anlaşılmaz adlandırıb.
BAKI, 28 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin "Dağlıq Qarabağ"la bağlı hadisələrin KTMT-yə heç bir aidiyyəti olmadığını, Ermənistana qarşı heç bir təcavüz olmadığını bildirib.
"Ermənistana qarşı təcavüz olmayıb. KTMT üzv ölkələri xarici təcavüzdən qorumaq üçün yaradılıb. Bu, o deməkdir ki, Qarabağda baş verənlərin hüquqi baxımdan Ermənistanla birbaşa əlaqəsi yoxdur".
Rusiya lideri Ermənistan rəhbərliyinin KTMT-nin bu ərazidə döyüşməli olması barədə fikirlərini anlaşılmaz adlandırıb.
Eyni zamanda, Putin "Dağlıq Qarabağ" məsələsini çox həssas adlandırıb.
"Məncə, təşkilata üzv olan hər bir ölkə öz milli maraqlarına nəyin uyğun gəldiyini özü müəyyən etməlidir", - Rusiya prezidenti vurğulayıb.
Rusiya dövlət başçısı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iki günlük dövlət səfəri üçün Astanaya gəlib.
Xəbər lenti
0