DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko: Qərb bütün gücünü yalan problemlərlə mübarizəyə sərf edir

© Sputnik / Валерий Шарифулин / POOL / Mediabanka keçidBelarus Prezidenti Aleksandr Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko - Sputnik Azərbaycan, 1920, 28.11.2024
Abunə olmaq
Belarus prezidenti həmçinin vurğulayıb ki, dünyada çoxqütblülük tarixi labüdlükdür.
BAKI, 28 noyabr — Sputnik. Qərb bütün gücünü saxta problemlərlə mübarizəyə sərf edir, yalnız dünyada birgə mübarizə aparmaq üçün çoxlu təhlükələr möcuddur.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Qərbin bütün gücünü saxta problemlərlə mübarizəyə sərf etməsi təəssüf doğurur. Üstəlik, bu saxtakarlıqları onlar özləri yaradırlar", - Belarus prezidenti bildirib.
Lukaşenko qeyd edib ki, "müasir dünyada çox sayda transmilli çağırışlar və təhdidlər var ki, onlarla yalnız birgə mübarizə aparmaq lazımdır".
Prezident həmçinin vurğulayıb ki, dünyada çoxqütblülük tarixi labüdlükdür.
"Ölkəmiz tərəfindən təklif olunan XXI əsrdə Müxtəliflik və Çoxqütblülük Xartiyası ideyası bərabərlik, suverenlik, təhlükəsizliyin bölünməzliyi və inkişaf yollarının müxtəlifliyinə hörmət prinsiplərinə əsaslanan ədalətli dünya nizamının formalaşmasına yönəlib", Lukaşenko söyləyib.
Xəbər lenti
0