https://sputnik.az/20241128/ktmt-iclasinda-muzakire-edilmis-movzular-aciqlandi-469061503.html
KTMT iclasında müzakirə edilmiş mövzular açıqlandı
KTMT iclasında müzakirə edilmiş mövzular açıqlandı
Sputnik Azərbaycan
İclasda Böyük Vətən Müharibəsində Qələbənin 80 illik yubileyinin birgə qeyd edilməsinə hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib. 28.11.2024, Sputnik Azərbaycan
2024-11-28T15:47+0400
2024-11-28T15:47+0400
2024-11-28T15:49+0400
ktmt
dünya xəbərləri
rusiya
belarus
tacikistan
qırğızıstan
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1c/469060960_0:65:3409:1983_1920x0_80_0_0_6f32b529efd90c93de7481729a472896.jpg
BAKI, 28 noyabr — Sputnik. Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə, xarici işlər nazirlikləri və təhlükəsizlik şuralarının rəhbərləri əməkdaşlığın nəticələrini və kollektiv təhlükəsizlik sisteminin gələcək inkişafı perspektivlərini müzakirə ediblər. Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb. "Astanada Qazaxıstan tərəfinin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası keçirilib. İclas iştirakçıları fikir mübadiləsi aparıblar. Kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyət, əməkdaşlığın nəticələri və kollektiv təhlükəsizlik sisteminin gələcək inkişaf perspektivləri müzakirə edilib", - təşkilatın saytında deyilir. İclasda Böyük Vətən Müharibəsində Qələbənin 80 illik yubileyinin birgə qeyd edilməsinə hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim edilmiş bir sıra sənədlər də təsdiq edilib, müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsi, xarici siyasət koordinasiyasının artırılması və kollektiv qüvvələrin inkişafına yönəlmiş qərarlar qəbul edilib. KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. 2024-cü il yanvarın 1-dən KTMT-yə Qazaxıstan sədrlik edir, 2025-ci ildə sədrlik Qırğızıstana keçəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1c/469060960_339:0:3070:2048_1920x0_80_0_0_c86e01bf902c274dcee9944e1b5c3b06.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, rusiya, belarus, tacikistan, qırğızıstan
ktmt, rusiya, belarus, tacikistan, qırğızıstan
KTMT iclasında müzakirə edilmiş mövzular açıqlandı
15:47 28.11.2024 (Yenilənib: 15:49 28.11.2024) İclasda Böyük Vətən Müharibəsində Qələbənin 80 illik yubileyinin birgə qeyd edilməsinə hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib.
BAKI, 28 noyabr — Sputnik. Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə, xarici işlər nazirlikləri və təhlükəsizlik şuralarının rəhbərləri əməkdaşlığın nəticələrini və kollektiv təhlükəsizlik sisteminin gələcək inkişafı perspektivlərini müzakirə ediblər. Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
"Astanada Qazaxıstan tərəfinin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası keçirilib. İclas iştirakçıları fikir mübadiləsi aparıblar. Kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyət, əməkdaşlığın nəticələri və kollektiv təhlükəsizlik sisteminin gələcək inkişaf perspektivləri müzakirə edilib", - təşkilatın saytında deyilir.
İclasda Böyük Vətən Müharibəsində Qələbənin 80 illik yubileyinin birgə qeyd edilməsinə hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim edilmiş bir sıra sənədlər də təsdiq edilib, müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsi, xarici siyasət koordinasiyasının artırılması və kollektiv qüvvələrin inkişafına yönəlmiş qərarlar qəbul edilib.
KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. 2024-cü il yanvarın 1-dən KTMT-yə Qazaxıstan sədrlik edir, 2025-ci ildə sədrlik Qırğızıstana keçəcək.