Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu şəxslərin kreditləri bağışlandı - Şok qərar

© Photo : REPORTTələbə
Tələbə - Sputnik Azərbaycan, 1920, 28.11.2024
Abunə olmaq
TTKF-nin bağışlama siyasəti təhsildə mükəmməllik prinsipinə əsaslanır.
BAKI, 28 noyabr — Sputnik. "Təhsil Tələbə Krediti Fondu (TTKF) bu günə kimi kredit götürən və təhsillərini uğurla başa vuran məzunların 433.000 AZN məbləğində ödənişini bağışlayıb".
Bu barədə Sputnik Azərbaycan-a təhsil eksperti Kamran Əsədov məlumat verib.
K.Əsədovun sözlərinə görə, bu addım, akademik göstəricilərini yüksək səviyyədə qoruyan və təhsil həyatında müvəffəqiyyət qazanan tələbələrin təşviq olunması məqsədilə atılıb.

"Bu, həm təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə, həm də sosial ədalətin təmin edilməsinə yönəlmiş bir təşəbbüsdür. Qaydalarda da göstərilib, oxuduğu müddətdə qiymətləri 91 baldan yüksək olanlara götürdükləri təhsil haqqı krediti bağışlanır. Yaxşı oxuyan və əlaçı olan tələbələrin krediti bağışlanılıb", - deyə Kamran Əsədov bildirib.

© Sputnik / Murad OrujovKamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 27.11.2024
Kamran Əsədov
Ekspert bildirib lki, TTKF-nin bağışlama siyasəti təhsildə mükəmməllik prinsipinə əsaslanır:
"Yəni, kreditlə təhsil almaq imkanı əldə edən tələbələrdən yüksək akademik nailiyyətlər əldə edənlər xüsusi təşviq olunurlar. Təhsil prosesində göstərilən səy və fədakarlıq maliyyə yükünün bir hissəsinin üzərindən götürülməsi ilə mükafatlandırılır. Bu yanaşma tələbələri motivasiya etməklə yanaşı, onların təhsil müddətində daha məsuliyyətli və məqsədyönlü olmalarına səbəb olur".
K.Əsədov onu da bildirib ki, burada fondun əsas məqsədi ölkədə təhsil imkanlarını genişləndirmək və maliyyə çətinlikləri səbəbindən təhsil almaqda çətinlik çəkən tələbələr üçün dəstək yaratmaqdır.
Ekspertin sözlərinə görə, kreditlərin bağışlanılması təkcə maliyyə yardımı deyil, həm də tələbələrin gələcək həyatlarına olan inamını artırmaq üçün simvolik bir jestdir:

"Bu addım yüksək nəticələr göstərən tələbələrin gələcəkdə daha rahat şəkildə karyera qurmasına imkan yaradır. Sosial ədalət və bərabər imkan prinsiplərini rəhbər tutaraq həyata keçirilən bu təşəbbüs təhsilin əlçatanlığını artırmaq məqsədini güdür. Kredit borcunun bağışlanılması ilə tələbələr təhsil sonrası maliyyə yükündən azad edilir və bu, onların iş həyatına daha güclü şəkildə başlamasına şərait yaradır. Bu da cəmiyyətə uzunmüddətli müsbət təsir göstərir. Çünki, yüksək təhsilli və motivasiyalı məzunlar əmək bazarının inkişafında mühüm rol oynayırlar".

Qeyd edək ki, 2024-2025 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün 2 594 nəfər müraciət edib. Təhsil Tələbə Krediti Fondunun məlumatına görə, 1 298 nəfərə kredit verilib. Onlardan 325 nəfərə sosial, 973 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib. Məlumata görə, 150 müraciətdən imtina olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0