CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağadadaş Ağayevin məhkəməsində nə baş verir?

© Photo : Social media page of Agadadash AgayevAğadadaş Ağayev
Ağadadaş Ağayev - Sputnik Azərbaycan, 1920, 28.11.2024
Abunə olmaq
İş üzrə zərərçəkən kimi "Medera" hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.
BAKI, 28 noyabr — Sputnik. Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən Ağadadaş Ağayev vəkillərin prosesə gecikməsinə görə məhkəməyə etiraz edib.
Daha sonra prokuror ittiham aktını elan edib.
Xalq artisti özünü təqsirli bilməyib, ittiham aktını məntiqsiz adlandırıb və ifadə verməyə hazır olmadığını bildirib.
Onun vəkili Asim Abbasov müvəkkilinin ifadə verməyə hazır olmadığını deyib. O, öncə zərərçəkən və şahidlərin, daha sonra Ağadadaş Ağayevin ifadə verməyini təklif edib və məhkəmədən vaxt istəyib.
Dövlət ittihamçısı və müdafiə tərəfi buna etiraz edib.
Məhkəmə yerində müşavirə edərək təklifi qəbul etməyib.
Məhkəmə prosesi dekabrın 3-də davam etdiriləcək.
Qeyd edək ki, iş üzrə zərərçəkən kimi "Medera" hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.
A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.
Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.
Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.
Xalq artisti Ağadadaş Ağayev isə "Medera Hospital"a qarşı mülki iddia qaldırıb.
İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev "Medera Hospital"ı Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib. Öz növbəsində, "Medera Hospital"ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Xəbər lenti
0