https://sputnik.az/20241127/trampin-geri-donusu-nato-ya-nece-tesir-edecek-469001497.html
Trampın geri dönüşü NATO-ya necə təsir edəcək?
Trampın geri dönüşü NATO-ya necə təsir edəcək?
Sputnik Azərbaycan
Politoloq bildirir ki, Tramp NATO-dan çıxmaq planını həyata keçirməyəcək, ola bilsin ki, ABŞ-ın Alyansda fəaliyyət dairəsinin məhdudlaşdırılmasına gedəcək. 27.11.2024, Sputnik Azərbaycan
2024-11-27T10:02+0400
2024-11-27T10:02+0400
2024-11-27T10:02+0400
tramp
siyasət
nato
tofiq zülfüqarov
ukrayna
donald tramp
abş prezidenti donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440810151_0:0:2149:1210_1920x0_80_0_0_25dda98ec3e01df770d9b7224fe20221.jpg
BAKI, 27 noyabr — Sputnik. ABŞ-da Trampın yenidən prezident seçilməsi NATO daxilində narahatlıqla qarşılanır. Trampın NATO-ya münasibəti hələ onun birinci prezidentlik dönəmindən məlumdur. Donald Tramp dəfələrlə NATO-nu tərk edəcəklərini bəyan edib. Bir çox tənqidçiləri üçün onun prezident seçilməsi 75 illik ittifaqdan nə vaxt imtina edəcəyi bağlı suallar yaradır. Ekspertlər ABŞ-ın NATO-nun tərk edəcəyini real hesab etmirlər. Bununla belə ABŞ-ın NATO-ya ayırdığı vəsaitin həcmində kəskin azalmaların olacağı gözlənilir. Məhz bu səbəbdəndir ki, Trampın qələbəsi elan olunan kimi Avropa İttifaqının lider ölkələri arasında gərgin müzakirələr başlayıb. Alyansın davamlı təhlükəsizliyini təmin etmək üçün müdafiə investisiyalarının artırılması və möhkəm transatlantik əməkdaşlığın zəruriliyi qeyd olunur. Alyans daxilində intriqaların mövcud olması NATO-nun gücünü sarsıdan əsas faktorlardan biri kimi çıxış edir. Xüsusən də Ukraynadakı xüsusi hərbi əməliyyatda iştirakın müvəffəqiyyətsiz nəticələrə səbəb olması alyans daxilində fikir ayrılıqlarına səbəb olub. Trampın hakimiyyətə gəlişinin övcud intriqaları daha da gücləndirəcəyi ehtimal olunur. 2022-ci il Strateji Konsepsiyası NATO-nun məqsəd və prinsiplərini, əsas vəzifələrini, eləcə də Alyansın strateji məqsədlərini radikal şəkildə pisləşmiş təhlükəsizlik mühitində aydın şəkildə əks etdirir. Konsepsiyada göstərilir ki, NATO-nun əsas məqsədi və ən böyük məsuliyyəti bütün istiqamətlərdən gələn təhdidlərə qarşı Müttəfiqlərin kollektiv müdafiəsini təmin etməkdir. Bunun üçün Alyans üç əsas vəzifəni yerinə yetirir: çəkindirmə və müdafiə; böhranın qarşısının alınması və idarə edilməsi; əməkdaşlıq. Strateji Konsepsiya xüsusilə Alyansın kollektiv müdafiə öhdəliyinin əsası kimi çəkindirmə və müdafiənin daha da gücləndirilməsinin zəruriliyini vurğulayır. O, həmçinin texnoloji innovasiyalar, iqlim dəyişikliyi, insan təhlükəsizliyi kimi məsələlərdə davamlılığın NATO-nun əsas vəzifələri üçün çox vacib olduğunu vurğulayır. 2022-ci il Strateji Konsepsiyası NATO-nun gərginləşmiş strateji mühitin real qiymətləndirilməsini ifadə edir. Konsepsiyada bildirilir ki, strateji rəqabət, geniş yayılmış qeyri-sabitlik və təkrarlanan şoklar alyansın geniş təhlükəsizlik çevrəsini müəyyən edir. Strateji Konsepsiya sülhün, azadlığın və rifahın qarantı kimi NATO-nun Avro-Atlantik təhlükəsizliyin əvəzsiz olduğunu iddia edir. Buna görə də, Müttəfiqlər öz təhlükəsizliklərini, dəyərlərini və demokratik həyat tərzini müdafiə etmək üçün birlikdə olmağa davam edəcəklər. İlkin olaraq, NATO-nun baş verənlərdə prinsipial yanaşmaları göz oxşasa da, real müstəvidə alyansın fəaliyyətinin qlobal təhlükəsizliyi təhdid etdiyi daha aydın görünür. NATO-nun fəaliyyəti isə təkcə Avropa ilə məhdudlaşmır. Alyansın son illər Asiyada fəaliyyətini gücləndirmək üçün qurduğu müttəfiqlik münasibətləri Şərqin lider ölkələri tərəfindən təhdid kimi qəbul edilir. Hazırkı gərgin geosiyasi şəraitdə Trampın əlini NATO-nun üstündən çəkməsi Alyansın bütün strateji planlarının alt-üst edə bilər. Politoloq Tofiq Abbasov bildirir ki, Tramp NATO-dan çıxmaq planını həyata keçirməyəcək, ola bilsin ki, ABŞ-ın Alyansda fəaliyyət dairəsinin məhdudlaşdırılmasına gedəcək: "Tramp maliyyə məsələsində daha qənaətcil mövqe tutacaq. O birinci prezidentlik dövründə də NATO-ya üzv dövlətlərin xərcləməli olduqları büdcə ilə bağlı kəskin çıxışlar etmişdi. ABŞ öz pulunu başqaları üçün sərf etmək istəmir. İndi ABŞ-ın özünün maliyyə problemləri məşğuldur. Belə bir şəraitdə NATO ilə bağlı xərclərin azaldılmasına gedicələcək. Bu baxımdan NATO ilə bağlı məsələlərdə yanaşmalar sərtləşəcək, amma ABŞ-ın NATO-nu tərk edəcəyini gözləmək olmaz". Politoloq NATO-nun Asiyada genişlənən siyasətinə də toxunub: "NATO Şərqdə Rusiya və Çinə qarşı özünün blokunu formalaşdırmağa çalışır. Bunun üçün Yaponiya, Cənubi Koreya, Flippin və hətta Birma kimi ölkələri prosesə qatmaq istəyirlər. Tramp dövründə də bu siyasət davam etdiriləcək. Hazırda ABŞ-ın ən böyük çətinliyi maliyyə böhranı ilə bağlıdır. Proqnozlar var ki, bu böhran üç il ərzində səngiyəcək. Maliyyə ekspertləri isə ABŞ-ın mövcud böhranın öhdəsindən gələ bilməyəcəyini bildirirlər. ABŞ Trampın hakimiyyəti dövründə NATO siyasətində iqitsadi və siyasi balans amilini qorumağa çalışacaq". Politoloq Elşən Manafov isə xatırladıb ki, Trampın ABŞ-da prezidentliyi dönəmində NATO üzrə müttəfiqləri ilə münasibətlərində avropalı siyasətçılərin narazılığına səbəb olan hadisələr yaşanmışdı: "Bunun səbəbi isə Trampın NATO üzv olan dövlətlərə ÜDM-nin 4%-nin Şimal Alyansının xərclərinə yönəldilməsi ilə bağlı təklifləri olmuşdu. Hazırda bu məbləğ ÜDM-nin 2%-ni təşkil edir.Tariflərin yüksəldilməsi ilə bağlı Trampın təklifləri hətta NATO-nun parçalanma ehtimallarını doğurmuşdu. Fransa prezidenti Makron NATO-nun beyin iflici yaşadığını bəyan etmiş, Avropanın NATO-dan kənar müstəqil ordusunun yaradılması təklifləri səsləndirilmişdi". Elşən Manafov hesab edir ki, Trampın növbəti dəfə prezident seçilməsi qlobal siyasətə, habelə NATO daxilində münasibətlərə ciddi təsir göstərəcək: "Tramp dünyadakı regional münaqişələrin həllində diplomatiyaya daha böyuk önəm verəcəyini bildirib. Onun Çinlə iqtisadi sahədə ticari savaşı davam etdirəcəyi, Ukraynaya təzyiq edərək Rusiya ilə hərbi əməliyyatları dayandıracağı, İsrailə isə hərbi və maliyyə dəstəyini gücləndirəcəyini ehtimal etmək olar. Bu problemlərlə əlaqədar NATO faktoruna müraciət etməyə ciddi lüzum qalmayacaq. Trampın müdafiə naziri vəzifəsinə qeyri-professional bir şəxsi gətirməsi ilə bağlı məlum sərəncamında diqqəti çəkən amil onun hərbi sənaye kompleksi ilə bağlı şəxs olmamasıdır. Bundan əlavə, Tramp bir sıra ölkələrdən ABŞ qoşunlarının çıxarılacağı ilə bağlı bəyənatları rakrursunda NATO xərclərinin azaldılacağı ehtimalları da var. Tramp gerçəkdən ABŞ-ın əvvəlki qüdrətinin artırılmasında maraqlıdırsa, o, ABŞ-dan NATO-ya yönələn bəzi xərcləri məhdudlaşdırmalı, qlobal təhlükəsizlik problemlərinə təhdid deyil, əməkdaşlıq mövqeyindən yanaşmağa çalışmalıdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440810151_210:0:2123:1435_1920x0_80_0_0_4b1c6c0401469b42aa3670117d40ec55.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
tramp, nato, tofiq zülfüqarov, ukrayna, donald tramp, abş prezidenti donald tramp
tramp, nato, tofiq zülfüqarov, ukrayna, donald tramp, abş prezidenti donald tramp
Trampın geri dönüşü NATO-ya necə təsir edəcək?
Politoloq bildirir ki, Tramp NATO-dan çıxmaq planını həyata keçirməyəcək, ola bilsin ki, ABŞ-ın Alyansda fəaliyyət dairəsinin məhdudlaşdırılmasına gedəcək.
BAKI, 27 noyabr — Sputnik. ABŞ-da Trampın yenidən prezident seçilməsi NATO daxilində narahatlıqla qarşılanır. Trampın NATO-ya münasibəti hələ onun birinci prezidentlik dönəmindən məlumdur.
Donald Tramp dəfələrlə NATO-nu tərk edəcəklərini bəyan edib. Bir çox tənqidçiləri üçün onun prezident seçilməsi 75 illik ittifaqdan nə vaxt imtina edəcəyi bağlı suallar yaradır. Ekspertlər ABŞ-ın NATO-nun tərk edəcəyini real hesab etmirlər. Bununla belə ABŞ-ın NATO-ya ayırdığı vəsaitin həcmində kəskin azalmaların olacağı gözlənilir. Məhz bu səbəbdəndir ki, Trampın qələbəsi elan olunan kimi Avropa İttifaqının lider ölkələri arasında gərgin müzakirələr başlayıb. Alyansın davamlı təhlükəsizliyini təmin etmək üçün müdafiə investisiyalarının artırılması və möhkəm transatlantik əməkdaşlığın zəruriliyi qeyd olunur. Alyans daxilində intriqaların mövcud olması NATO-nun gücünü sarsıdan əsas faktorlardan biri kimi çıxış edir. Xüsusən də Ukraynadakı xüsusi hərbi əməliyyatda iştirakın müvəffəqiyyətsiz nəticələrə səbəb olması alyans daxilində fikir ayrılıqlarına səbəb olub. Trampın hakimiyyətə gəlişinin övcud intriqaları daha da gücləndirəcəyi ehtimal olunur.
2022-ci il Strateji Konsepsiyası NATO-nun məqsəd və prinsiplərini, əsas vəzifələrini, eləcə də Alyansın strateji məqsədlərini radikal şəkildə pisləşmiş təhlükəsizlik mühitində aydın şəkildə əks etdirir. Konsepsiyada göstərilir ki, NATO-nun əsas məqsədi və ən böyük məsuliyyəti bütün istiqamətlərdən gələn təhdidlərə qarşı Müttəfiqlərin kollektiv müdafiəsini təmin etməkdir. Bunun üçün Alyans üç əsas vəzifəni yerinə yetirir: çəkindirmə və müdafiə; böhranın qarşısının alınması və idarə edilməsi; əməkdaşlıq. Strateji Konsepsiya xüsusilə Alyansın kollektiv müdafiə öhdəliyinin əsası kimi çəkindirmə və müdafiənin daha da gücləndirilməsinin zəruriliyini vurğulayır. O, həmçinin texnoloji innovasiyalar, iqlim dəyişikliyi, insan təhlükəsizliyi kimi məsələlərdə davamlılığın NATO-nun əsas vəzifələri üçün çox vacib olduğunu vurğulayır.
2022-ci il Strateji Konsepsiyası NATO-nun gərginləşmiş strateji mühitin real qiymətləndirilməsini ifadə edir. Konsepsiyada bildirilir ki, strateji rəqabət, geniş yayılmış qeyri-sabitlik və təkrarlanan şoklar alyansın geniş təhlükəsizlik çevrəsini müəyyən edir. Strateji Konsepsiya sülhün, azadlığın və rifahın qarantı kimi NATO-nun Avro-Atlantik təhlükəsizliyin əvəzsiz olduğunu iddia edir. Buna görə də, Müttəfiqlər öz təhlükəsizliklərini, dəyərlərini və demokratik həyat tərzini müdafiə etmək üçün birlikdə olmağa davam edəcəklər. İlkin olaraq, NATO-nun baş verənlərdə prinsipial yanaşmaları göz oxşasa da, real müstəvidə alyansın fəaliyyətinin qlobal təhlükəsizliyi təhdid etdiyi daha aydın görünür.
NATO-nun fəaliyyəti isə təkcə Avropa ilə məhdudlaşmır. Alyansın son illər Asiyada fəaliyyətini gücləndirmək üçün qurduğu müttəfiqlik münasibətləri Şərqin lider ölkələri tərəfindən təhdid kimi qəbul edilir. Hazırkı gərgin geosiyasi şəraitdə Trampın əlini NATO-nun üstündən çəkməsi Alyansın bütün strateji planlarının alt-üst edə bilər.
Politoloq Tofiq Abbasov bildirir ki, Tramp NATO-dan çıxmaq planını həyata keçirməyəcək, ola bilsin ki, ABŞ-ın Alyansda fəaliyyət dairəsinin məhdudlaşdırılmasına gedəcək: "Tramp maliyyə məsələsində daha qənaətcil mövqe tutacaq. O birinci prezidentlik dövründə də NATO-ya üzv dövlətlərin xərcləməli olduqları büdcə ilə bağlı kəskin çıxışlar etmişdi. ABŞ öz pulunu başqaları üçün sərf etmək istəmir. İndi ABŞ-ın özünün maliyyə problemləri məşğuldur. Belə bir şəraitdə NATO ilə bağlı xərclərin azaldılmasına gedicələcək. Bu baxımdan NATO ilə bağlı məsələlərdə yanaşmalar sərtləşəcək, amma ABŞ-ın NATO-nu tərk edəcəyini gözləmək olmaz".
Politoloq NATO-nun Asiyada genişlənən siyasətinə də toxunub:
"NATO Şərqdə Rusiya və Çinə qarşı özünün blokunu formalaşdırmağa çalışır. Bunun üçün Yaponiya, Cənubi Koreya, Flippin və hətta Birma kimi ölkələri prosesə qatmaq istəyirlər. Tramp dövründə də bu siyasət davam etdiriləcək. Hazırda ABŞ-ın ən böyük çətinliyi maliyyə böhranı ilə bağlıdır. Proqnozlar var ki, bu böhran üç il ərzində səngiyəcək. Maliyyə ekspertləri isə ABŞ-ın mövcud böhranın öhdəsindən gələ bilməyəcəyini bildirirlər. ABŞ Trampın hakimiyyəti dövründə NATO siyasətində iqitsadi və siyasi balans amilini qorumağa çalışacaq".
Politoloq Elşən Manafov isə xatırladıb ki, Trampın ABŞ-da prezidentliyi dönəmində NATO üzrə müttəfiqləri ilə münasibətlərində avropalı siyasətçılərin narazılığına səbəb olan hadisələr yaşanmışdı: "Bunun səbəbi isə Trampın NATO üzv olan dövlətlərə ÜDM-nin 4%-nin Şimal Alyansının xərclərinə yönəldilməsi ilə bağlı təklifləri olmuşdu. Hazırda bu məbləğ ÜDM-nin 2%-ni təşkil edir.Tariflərin yüksəldilməsi ilə bağlı Trampın təklifləri hətta NATO-nun parçalanma ehtimallarını doğurmuşdu. Fransa prezidenti Makron NATO-nun beyin iflici yaşadığını bəyan etmiş, Avropanın NATO-dan kənar müstəqil ordusunun yaradılması təklifləri səsləndirilmişdi".
Elşən Manafov hesab edir ki, Trampın növbəti dəfə prezident seçilməsi qlobal siyasətə, habelə NATO daxilində münasibətlərə ciddi təsir göstərəcək: "Tramp dünyadakı regional münaqişələrin həllində diplomatiyaya daha böyuk önəm verəcəyini bildirib. Onun Çinlə iqtisadi sahədə ticari savaşı davam etdirəcəyi, Ukraynaya təzyiq edərək Rusiya ilə hərbi əməliyyatları dayandıracağı, İsrailə isə hərbi və maliyyə dəstəyini gücləndirəcəyini ehtimal etmək olar. Bu problemlərlə əlaqədar NATO faktoruna müraciət etməyə ciddi lüzum qalmayacaq. Trampın müdafiə naziri vəzifəsinə qeyri-professional bir şəxsi gətirməsi ilə bağlı məlum sərəncamında diqqəti çəkən amil onun hərbi sənaye kompleksi ilə bağlı şəxs olmamasıdır. Bundan əlavə, Tramp bir sıra ölkələrdən ABŞ qoşunlarının çıxarılacağı ilə bağlı bəyənatları rakrursunda NATO xərclərinin azaldılacağı ehtimalları da var. Tramp gerçəkdən ABŞ-ın əvvəlki qüdrətinin artırılmasında maraqlıdırsa, o, ABŞ-dan NATO-ya yönələn bəzi xərcləri məhdudlaşdırmalı, qlobal təhlükəsizlik problemlərinə təhdid deyil, əməkdaşlıq mövqeyindən yanaşmağa çalışmalıdır".