https://sputnik.az/20241127/sosial-mudafie-ve-issizlikden-sigorta-fondlarinin-gelir-ve-xercleri-artirilir---detallar-469038706.html
Sosial müdafiə və işsizlikdən sığorta fondlarının gəlir və xərcləri artırılır - DETALLAR
Sosial müdafiə və işsizlikdən sığorta fondlarının gəlir və xərcləri artırılır - DETALLAR
Sputnik Azərbaycan
Komitə sədri bildirib ki, əmək pensiyalarının orta aylıq məbləğinin cari ilin sonuna 494 manat, gələn ildə isə 535 manat olacağı proqnozlaşdırılır. 27.11.2024, Sputnik Azərbaycan
2024-11-27T14:13+0400
2024-11-27T14:13+0400
2024-11-27T14:13+0400
iqtisadiyyat
deputat
nazir
sosial müdafiə
xərc
işsizlik
sığorta
musa quliyev
sahil babayev
https://cdnn1.img.sputnik.az/img/41093/04/410930448_0:0:2000:1125_1920x0_80_0_0_15765d0f4375dd53c7509ac7fa1f85c8.jpg
BAKI, 27 noyabr— Sputnik. Milli Məclisin iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2025-ci il üzrə dövlət sosial müdafiə fondunun (DSMF) büdcəsi sosial ədalət və sosial rifah prinsipləri rəhbər tutularaq qanunvericiliyin tələbləri çərçivəsində, ölkəmizin iqtisadi və sosial inkişafına dair proqnozlar nəzərə alınmaqla hazırlanıb. Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7,6 milyard manat proqnozlaşdırılır ki, bu, cari ilin büdcəsinə nisbətən 726,6 milyon manat və ya 10,5% çoxdur. DSMF-nin xərcləri ilə bağlı qeyd edilib ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,5%-ni əhaliyə ödənişlər təşkil edəcək:Komitə sədri bildirib ki, fond tərəfindən investisiya fəaliyyəti dövründə ümumilikdə 67,18 mln. manat gəlir əldə edilib və 2025-ci ilin sonuna qədər əlavə olaraq 15,82 mln. manat gəlir əldə olunması gözlənilir. Fondun investisiya gəlirləri şəhid ailələrinin, müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması və sair istiqamətlərdə sərf edilir. Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə fondun gəlirləri və xərcləri bərabər olmaqla 260,7 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 9,5% çoxdur:Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” birinci oxunuşda məlumat verib. Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, əhalinin rifah halının və sosial təminatının artırılması, həyat şəraitinin daha da yüksəldilməsi istiqamətində bir çox layihələr icra olunur. Növbəti ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisinin 41% olması, o cümlədən son 5 ildə bu istiqamətdə dövlət büdcəsindən ayrılan vəsaitin həcminin mütləq ifadədə 1,6 dəfə artması deyilənləri əyani sübut edir. Nazir diqqətə çatdırıb ki, DSMF-nin 2025-ci il üçün gəlirlərinin 78%-nin və ya 6 milyard manatının məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5% çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 2025-ci il üçün daxilolmalar 2 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə gəlirlər sosial sığorta haqlarının 66%-ni təşkil edir. Ümumilikdə 2024-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1% və ya 135 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 10,8% və ya 385 milyon manat artımla proqnozlaşdırılıb. Nazir bildirib ki, DSMF-nin 2025-ci il xərclərinin 97%-i və ya 7,4 milyard manatı əhaliyə ödənişlərin payına düşür:Qeyd edilib ki, pensiya sistemi üzrə əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayında indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1,2 milyard manat əsassız xərclərin qarşısı alınıb. Bununla yanaşı, fondun fəaliyyət istiqamətləri üzrə ümumi 84 xidmətdən 79-u elektronlaşdırılıb, 2019-2024-cü illərdə ümumilikdə 830 mindən çox proaktiv elektron təyinat aparılıb. Xüsusilə vurğulanmalıdır ki, 2024-cü ildə fond tərəfindən aparılmış yaşa görə pensiyaların proaktiv təyinatlarının payı ümumi təyinatların 89%-ni əhatə edib. Bu isə həmin sayda şəxsin heç bir ünvana yaxınlaşmadan öz sosial hüquqlarını reallaşdırması deməkdir. Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” məlumat verən nazir Sahil Babayev diqqətə çatdırıb ki, 2025-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri və xərcləri balanslaşdırılmaqla 260,7 milyon manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 22,7 milyon manat, yaxud 9,5% çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 50 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 156 milyon manat proqnozlaşdırılır. Sığorta haqları üzrə yığımın 76%-i qeyri-büdcə sektorunun payına düşəcək ki, bu da cari ilə nisbətən 17 milyon manat çoxdur. Müzakirələrdən sonra hər iki sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41093/04/410930448_188:0:1965:1333_1920x0_80_0_0_1b89ca1f2b51063782287c529255b875.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
deputat, nazir, sosial müdafiə, xərc, işsizlik, sığorta, musa quliyev, sahil babayev
deputat, nazir, sosial müdafiə, xərc, işsizlik, sığorta, musa quliyev, sahil babayev
Sosial müdafiə və işsizlikdən sığorta fondlarının gəlir və xərcləri artırılır - DETALLAR
Komitə sədri bildirib ki, əmək pensiyalarının orta aylıq məbləğinin cari ilin sonuna 494 manat, gələn ildə isə 535 manat olacağı proqnozlaşdırılır.
BAKI, 27 noyabr— Sputnik. Milli Məclisin iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.
“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2025-ci il üzrə dövlət sosial müdafiə fondunun (DSMF) büdcəsi sosial ədalət və sosial rifah prinsipləri rəhbər tutularaq qanunvericiliyin tələbləri çərçivəsində, ölkəmizin iqtisadi və sosial inkişafına dair proqnozlar nəzərə alınmaqla hazırlanıb. Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7,6 milyard manat proqnozlaşdırılır ki, bu, cari ilin büdcəsinə nisbətən 726,6 milyon manat və ya 10,5% çoxdur.
DSMF-nin xərcləri ilə bağlı qeyd edilib ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,5%-ni əhaliyə ödənişlər təşkil edəcək:
"Əmək pensiyalarının orta aylıq məbləğinin cari ilin sonuna 494 manat, gələn ildə isə 535 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 527 manatdan 44 manat artaraq 571 manata yüksəldilməsi gözlənilir. 2025-ci ildə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşınadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,4 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,8 milyon manat çoxdur".
Komitə sədri bildirib ki, fond tərəfindən investisiya fəaliyyəti dövründə ümumilikdə 67,18 mln. manat gəlir əldə edilib və 2025-ci ilin sonuna qədər əlavə olaraq 15,82 mln. manat gəlir əldə olunması gözlənilir. Fondun investisiya gəlirləri şəhid ailələrinin, müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması və sair istiqamətlərdə sərf edilir.
Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə fondun gəlirləri və xərcləri bərabər olmaqla 260,7 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 9,5% çoxdur:
"İşsizlikdən sığorta fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 11,7% çoxdur. Sığorta haqları üzrə yığımın 75,9%-i qeyri-büdcə sektorunun payına düşəcək".
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” birinci oxunuşda məlumat verib. Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, əhalinin rifah halının və sosial təminatının artırılması, həyat şəraitinin daha da yüksəldilməsi istiqamətində bir çox layihələr icra olunur. Növbəti ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisinin 41% olması, o cümlədən son 5 ildə bu istiqamətdə dövlət büdcəsindən ayrılan vəsaitin həcminin mütləq ifadədə 1,6 dəfə artması deyilənləri əyani sübut edir.
Nazir diqqətə çatdırıb ki, DSMF-nin 2025-ci il üçün gəlirlərinin 78%-nin və ya 6 milyard manatının məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5% çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 2025-ci il üçün daxilolmalar 2 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə gəlirlər sosial sığorta haqlarının 66%-ni təşkil edir. Ümumilikdə 2024-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1% və ya 135 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 10,8% və ya 385 milyon manat artımla proqnozlaşdırılıb.
Nazir bildirib ki, DSMF-nin 2025-ci il xərclərinin 97%-i və ya 7,4 milyard manatı əhaliyə ödənişlərin payına düşür:
"Bu göstərici 2023-cü illə müqayisədə 1,5 milyard manat, 2024-cü illə müqayisədə isə 702 milyon manat çoxdur. Bu məbləğin 7,2 milyard manatı əmək pensiyalarının, 198 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərindən ibarət olacaq. 2025-ci il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2024-cü ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 686 milyon manat və ya 10,5% artımla nəzərə alınıb. Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin sonuna gözlənilən göstəricidən 8,3% çoxdur. Yaşa görə pensiyanın orta aylıq məbləği isə növbəti ildə 571 manat təşkil edəcək. Bu isə cari il üçün yaşa görə pensiyaların ilin sonuna gözlənilən orta aylıq məbləği ilə müqayisədə 8,3% artım deməkdir. Cari ilin sonuna yaşa görə pensiyaların orta məbləği 527,3 manat olaraq gözlənilir".
Qeyd edilib ki, pensiya sistemi üzrə əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayında indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1,2 milyard manat əsassız xərclərin qarşısı alınıb. Bununla yanaşı, fondun fəaliyyət istiqamətləri üzrə ümumi 84 xidmətdən 79-u elektronlaşdırılıb, 2019-2024-cü illərdə ümumilikdə 830 mindən çox proaktiv elektron təyinat aparılıb. Xüsusilə vurğulanmalıdır ki, 2024-cü ildə fond tərəfindən aparılmış yaşa görə pensiyaların proaktiv təyinatlarının payı ümumi təyinatların 89%-ni əhatə edib. Bu isə həmin sayda şəxsin heç bir ünvana yaxınlaşmadan öz sosial hüquqlarını reallaşdırması deməkdir.
Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” məlumat verən nazir Sahil Babayev diqqətə çatdırıb ki, 2025-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri və xərcləri balanslaşdırılmaqla 260,7 milyon manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 22,7 milyon manat, yaxud 9,5% çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 50 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 156 milyon manat proqnozlaşdırılır. Sığorta haqları üzrə yığımın 76%-i qeyri-büdcə sektorunun payına düşəcək ki, bu da cari ilə nisbətən 17 milyon manat çoxdur.
"İşsizlikdən sığorta fondunun 2025-ci il üçün proqnozlaşdırılan 260,7 milyon manat məbləğində xərclərinin 77 milyon manatı özünüməşğulluq proqramının təşkilinə, 35 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 17 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,5 milyon manatı peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə, 1 milyon manatı peşə standartlarının hazırlanmasına, 4 milyon manatı sosial iş yerlərində əməkaqqının bir hissəsinin maliyyələşdirilməsinə və 4,5 milyon manatı digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcək. Fondun 2025-ci il xərclərinin 6,5%-i və ya 17 milyon manatı işsizliyə görə sığorta ödənişlərinin payına düşür. Bu göstərici 2024-cü illə müqayisədə 2 milyon manat çoxdur", - deyə nazir əlavə edib.
Müzakirələrdən sonra hər iki sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.