DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Şiva yayı" Qafqazı hədəf alır: Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir

© Getty Images / Hindustan Times "Pinaka" Reaktiv yaylım ataşi sistemi
 Pinaka Reaktiv yaylım ataşi sistemi - Sputnik Azərbaycan, 1920, 27.11.2024
Abunə olmaq
Hindistan "Pinaka" Reaktiv yaylım atəşi sisteminin ilk partiyasının Ermənistana tədarükünə başlayıb.
BAKI, 27 noyabr — Sputnik. Ermənistan və Hindistanın hərbi-texniki sahədə əməkdaşlığı son illərdə yeni müqavilələr və tədarüklər sayəsində fəal şəkildə genişlənir. Məsələdən xəbərdar olmayanlarda elə təsəvvür yarana bilər ki, bu, qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində baş verir. Reallıqda isə İrəvandan Hindistan silahlarının reklamı üçün istifadə edilir.
Bu həftə məlum olub ki, Hindistan Akash zenit-raket sisteminin Ermənistana ixracı ilə demək olar ki, eyni vaxtda bu ölkəyə həm də "Pinaka" Reaktiv yaylım atəşi sistemlərinin tədarükünə başlayıb. Yerevanın Hindistan tərəfi ilə 2022-ci ildə əldə etdiyi razılığa əsasən, iki il ərzində Ermənistana 24-40 Pinaka sisteminin çatdırılması gözlənilir.
Bir qədər əvvəl verilən məlumatlarda bildirilirdi, Hindistan hərbi-sənaye kompleksi Ermənistana həm də Svathi radarları, termal görüntüləmə monokulyarları, ATAGS özüyeriyən haubitsaları və Marg yüngül təkərli artilleriya qurğuları verəcək. Bundan başqa, Hindistan KİV-ləri Ermənistanın Hindistanla Prahaar və Pralay "yer-yer" sinifli raketlərin alınması ilə bağlı danışıqlar apardığı haqqında məlumat yayıblar.
Ermənistan reallıqlarında Şiva yayı
Qayıdaq Ermənistanın aldığı Pinaka reaktiv yaylım atəş sisteminə. Hindistan mediası, ölkə silah şirkətlərinin bütün məhsulları kimi, bu sistemi yalnız tərifləyir. Fakt isə ondan ibarətdir ki, Hindistan mediası özəl silah şirkətləri ilə sıx əməkdaşlıq edir və istehsal olunan məhsula görə onlardan reklam və maliyyə dəstəyi alır.
Şiva tanrısının yayının şərəfinə adlandırılan Pinaka, 80 km-dən çox məsafədəki hədəfləri vura bilər və 12 saniyə ərzində 44 raketdən ibarət bir yaylım atəşi ilə 700x500 metr ərazini bombalayır.
Hindistanda Pinaka RYAS ilə qürur duyurlar, çünki bu, ölkə ordusunda istifadə olunan az saylı yerli istehsal silahlarından biridir. Bununla belə, RYAS - ın inkişafı kifayət qədər uzun müddət davam edib. 1981-ci ildə başlamış işlər yalnız 1997-ci ildə başa çatmış və 1999-cu ildə Pinaka Hindistan ordusunda qəbul olunub. Hazırda bu sistemlər Pakistan və Çin ilə sərhəddə yerləşdirilib.
Amma Hindistanın hərbi mütəxəssisləri Pinaka sisteminin pakistanlı analoqlardan çox geri qaldığını bildirirlər. Onların fikrincə, silahın mənzili artırılsa da, o da hələ nisbətən kiçik məsafəyə işləyə bilir. Pakistanın Fattah1 və Fattah2 raket sistemlərinə gəldikdə isə, hindistanlı müstəqil hərbi ekspertlər bildirir ki, onların mühüm üstünlüyü ondan ibarətdir ki, bu silahlar müvafiq olaraq 140 km və 400 km-ə qədər məhvetmə məsafəsinə malikdirlər.
Hindistan ordusunun özündə də sistemin səmərəsizliyindən danışırlar. Müxtəlif illərdə bir sıra yerli media yazırdı ki, ordu rəsmiləri RYAS-ni keyfiyyətsiz hesab edirlər.
Yerli mediya mənsubları hərbi məmurlara istinadən bildirirlər ki, "Bu yaxınlarda keçirilən təlimlər zamanı Pinaka raketlərində ciddi çatışmazlıqlar müşahidə edilib, onlar. Onlar buraxılış zamanı və havada partlayıblar".
Bundan əlavə, Hindistan ordusunun nümayəndəsi anonimlik şərtilə bir sıra yerli KİV-lərə bəzi Pinaka-larda texniki nasazlıqların olduğunu bildirib. Onun sözlərinə görə, raketlər "atış sırası və məsafə qət etmə baxımından etibarsızdır".
Bəlkə də məhz bu səbəblərdən Pinaka yalnız Ermənistan tərəfindən idxal olunur. Düzdür, noyabrın əvvəlində Fransa da bu tip RYAS almaqda maraqlı olduğunu bildirdi. Lakin Fransa mediası hesab edir ki, bu, Parisin Qəzza müharibəsi ilə razılaşmadığı üçün İsrailin PULS idxalından müvəqqəti imtina etməsi ilə əlaqədardır. Hətta bəzi analitiklər düşünürlər ki, Pinaka vasitəsilə Fransa İsrail ilə razılaşmanı manipulyasiya etməyə və daha əlverişli şərtləri əldə etməyə çalışır.
Hər şey korrupsiyaya bağlıdır?
Qeyd etmək lazımdır ki, Pinaka kimi Ermənistana gətirilən digər Hindistan silahları da həm Hindistan daxilində, həm də xaricində tənqid olunur. Məsələn, Hindistan mediası xəbər verir ki, Yeni Dehli və Yerevan daha 78 ədəd ATAGS artilleriya sisteminin tədarükü barədə razılığa gəliblər.
Eyni zamanda, yerli media oktyabr ayında haubitsaların sınaqlarından sonra ATAGS-ın imkanlarını fəal şəkildə tənqid edib. Hindistan hərbi ekspertləri iddia edirlər ki, sınaqlar zamanı bir anda iki haubitsa sıradan çıxıb, daha dördü isə sadəcə yüksək dağlıq əraziyə qaldırıla bilməyib. Bundan əlavə, Hindistan ATAGS -in geri çəkilmə sisteminin qeyri-sabit işləməsi və etibarsız elektrikləşdirilmiş dartıcının çatışmazlıqları qeyd edilib.
Belə olanda, Ermənistan Hindistan hərbi-sənaye kompleksinin məhsullarının aşkar mənfi cəhətlərinə baxmayaraq niyə bu silah və hərbi texnikanı almağa davam etdiyinə dair sual yaranır. Indian Defence Research Wing-in məlumatına görə, Ermənistan Hindistan silahının ən böyük idxalçısına çevrilib. Hindistan Maliyyə nazirliyinin məlumatına görə, bu ilin sonuna qədər Ermənistan bu ölkədən 600 milyon dollarlıq silah alacaq.
Hindistan KİV-ləri bildirir ki, son beş ildə Ermənistana Hindistan Müdafiə məhsullarının ixracı bir neçə dəfə artıb. Bununla yanaşı qeyd olunur ki, ABŞ və İsrail də Hindistan hərbi-sənaye kompleksinin məhsullarının əsas idxalçılarındandılar. Lakin Ermənistandan fərqli olaraq onlar öz ərazilərində istehsal olunan silah və texnika üçün ehtiyat və komplektləşdirmə hissələri alırlar.
Yəni, Ermənistan Hindistandan yüksək əlavə dəyəri olan, eyni zamanda keyfiyyəti şübhə doğuran hazır müdafiə məhsulu alan əsas və azsaylı ölkələrdən biridir.Bəs bu işdə fırıldaq nədən ibarətdir?
Bir sıra müxalif Erməni nəşrləri bildirir ki, Ermənistan hərbi İdarəsinin elitası Hindistan şirkətlərindən böyük miqdarda rüşvət alır. Belə ki, müxalifət KİV-ləri yazır ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın baş nazirlə xoşagəlməz söhbəti olub. Nikol Paşinyana məlumat çatıb ki, müdafiə naziri Hindistan şirkətindən raket silahlarının tədarükü ilə bağlı müqaviləyə görə təxminən 100 milyon dollar pul alıb.".
Müxalif KİV-in təqdim etdiyi materialların nə dərəcədə doğru olduğu məlum olmasa da, Ermənistan tərəfindən belə bahalı və etibarsız Hindistan silahlarının alınması ilə bağlı başqa məntiqi izah tapmaq çətindir.
Xəbər lenti
0