https://sputnik.az/20241127/nazir-elilliye-gore-pensiyacilardan-sigorta-staji-telebine-aydinliq-getirdi-469037479.html
Nazir əlilliyə görə pensiyaçılardan sığorta stajı tələbinə aydınlıq gətirdi
Nazir əlilliyə görə pensiyaçılardan sığorta stajı tələbinə aydınlıq gətirdi
Sputnik Azərbaycan
Sahil Babayev bildirib ki, vətəndaş əgər heç vaxt işləməyib sonradan əlil olursa, əlbəttə sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyəcək, o... 27.11.2024, Sputnik Azərbaycan
2024-11-27T12:51+0400
2024-11-27T12:51+0400
2024-12-02T10:40+0400
cəmiyyət
sahil babayev
əmək və əhalinin sosial müdafiə nazirliyi
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e5/04/09/426656477_0:320:3073:2048_1920x0_80_0_0_22bfc1109420ad6991116cba7d57b4af.jpg
BAKI, 27 noyabr— Sputnik. "Qeyd olundu ki, əlilliyə görə pensiyaçılardan sığorta stajı tələb olunur. Hər halda orada anlaşılmazlıq var. Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur, əlil olduqdan sonrakı dövr üçün belə bir tələb yoxdur". Bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Əlilliyə görə əmək pensiyası Qeyd edək ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik müəyyən edildikdən sonra əlilliyə görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin olunur. Pensiya ödənişi üzrə bank kartı avtomatik olaraq sifariş edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/09/426656477_132:0:2863:2048_1920x0_80_0_0_5f092a151363f1cc3ed8a250bc7c177d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sahil babayev, əmək və əhalinin sosial müdafiə nazirliyi, milli məclis
sahil babayev, əmək və əhalinin sosial müdafiə nazirliyi, milli məclis
Nazir əlilliyə görə pensiyaçılardan sığorta stajı tələbinə aydınlıq gətirdi
12:51 27.11.2024 (Yenilənib: 10:40 02.12.2024) Sahil Babayev bildirib ki, vətəndaş əgər heç vaxt işləməyib sonradan əlil olursa, əlbəttə sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyəcək, o müavinət sisteminə girəcək.
BAKI, 27 noyabr— Sputnik. "Qeyd olundu ki, əlilliyə görə pensiyaçılardan sığorta stajı tələb olunur. Hər halda orada anlaşılmazlıq var. Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur, əlil olduqdan sonrakı dövr üçün belə bir tələb yoxdur". Bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"Vətəndaş əgər heç vaxt işləməyib sonradan əlil olursa, əlbəttə sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyəcək, o müavinət sisteminə girəcək. Amma əgər vətəndaş işləyib sonradan əlil olursa, əmək qabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu, kifayət qədər böyük güzəştli yanaşmadır", - deyə nazir bildirib.
Əlilliyə görə əmək pensiyası
Qeyd edək ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik müəyyən edildikdən sonra əlilliyə görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin olunur. Pensiya ödənişi üzrə bank kartı avtomatik olaraq sifariş edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.