Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

COP29-un nəticələri

Abunə olmaq
Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.
Bakıda noyabrın 11-dən 23-dək keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu sessiyasının (COP29) iki həftəlik genişmiqyaslı qlobal konfransı iqlim dəyişikliyi ilə mübarizə məsələsində mühüm irəliləyişlərə nail olub.
Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələrin 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizə aparması üçün hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.
Bundan əlavə, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı və maliyyə dəstəyinin səfərbər edilməsini nəzərdə tutan Paris Sazişinin 6-cı maddəsi qüvvəyə minib.
Həmçinin Bakıda keçirilən tədbirdə zərərin və itkilərin ödənilməsi üçün Fondun 2025-ci ildə fəaliyyətə başlaması barədə razılıq əldə olunub. Fondun həcmi 730 milyon dollardan çoxdur.
COP29-da qlobal iqlim dəyişikliyinə uyğunlaşma üzrə Bakı Yol Xəritəsi qəbul edilib. Bu, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma məsələsinin hər il COP-un bütün konfranslarında müzakirə olunmasını təmin edəcək.
Gender məsələləri üzrə 10 illik yenilənmiş Lima İş Proqramının qəbul edilməsi də əhəmiyyət daşıyır. Proqram daha çox qadınların iqlim dəyişikliyi ilə bağlı danışıqlara cəlb olunmasını təşviq edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0