DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin G7 ölkələrinə xəbərdarlıq edib

© Getty Images / asbeG7
G7  - Sputnik Azərbaycan, 1920, 27.11.2024
Abunə olmaq
XİN sözçüsü bildirib ki, G7 ölkələri Çinlə konstruktiv və sabit münasibətlər qurmağa və qlobal problemlərin həlli üçün əməkdaşlıq etməyə çalışmalıdırlar.
BAKI, 27 noyabr — Sputnik. Çin ümid edir ki, G7 ölkələri geosiyasi oyunlara əl atmaqdan çəkinəcək və beynəlxalq ictimaiyyətin birliyinə və əməkdaşlığına lazımi töhfələr verəcək. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.
G7-nin xarici işlər nazirlərinin İtaliyanın Fiuggi şəhərində keçirilən iclasda qəbul edilmiş bəyanatına görə, G7 ölkələri Rusiyaya hərbi dəstək verdiyi iddiası ilə Çinə və digər ölkələrə, təşkilatlara qarşı tədbirlər görəcəklərini, Rusiyanın xammal və enerji satışından əldə etdiyi gəlirlərə təzyiq etmək niyyətində olduqlarını vəd ediblər.
© AP Photo / Liu ZhengMao Nin
Mao Nin - Sputnik Azərbaycan, 1920, 27.11.2024
Mao Nin

"Böyük yeddilik Çinlə konstruktiv və sabit münasibətlər qurmağa və qlobal problemlərin həlli üçün əməkdaşlıq etməyə çalışmalı, qarşılıqlı hörmət, bərabərlik üçün real hərəkətlər həyata keçirməlidir", - XİN sözçüsü deyib.

O, Çinin heç vaxt münaqişə tərəflərinə silah vermədiyini, hərbi və mülki ikili təyinatlı obyektlərin, "xüsusən mülki pilotsuz uçuş aparatlarının" ixracına ciddi nəzarət etdiyini və mülki PUA-ların hərbi məqsədlər üçün istifadəsinə qarşı olduğunu qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0