DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baş nazir livanlıları xarabalıqda qalsalar da, evlərinə qayıtmağa çağırdı

© AP Photo / Hassan AmmarLivanda dağılmış binalar, arxiv
Livanda dağılmış binalar, arxiv - Sputnik Azərbaycan, 1920, 27.11.2024
Abunə olmaq
Mikati Livan hökumətinin iclasında deyib ki, İsraildən atəşkəs və qoşunların Livanın bütün ərazilərindən çıxarılması ilə bağlı qərara tam əməl etməyi və 1701 saylı qətnamənin yerinə yetirilməsini tələb edirlər.
BAKI, 27 noyabr — Sputnik. Livanın müvəqqəti hökumətinin baş naziri Nəcib Mikati İsraildən iki ölkə arasında qüvvəyə minən atəşkəsə əməl etməyi və Livanın cənubundakı əraziləri boşaltmağı tələb edib.
Mikati Livan hökumətinin iclasında deyib ki, İsraildən atəşkəs və qoşunların Livanın bütün ərazilərindən çıxarılması ilə bağlı qərara tam əməl etməyi və 1701 saylı qətnamənin yerinə yetirilməsini tələb edirlər.
Baş nazir qeyd edib ki, Nazirlər Şurası Livanın BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini bütün aspektlərdə, xüsusilə Litani çayının cənubunda Livan ordusu və təhlükəsizlik qüvvələrinin mövcudluğunun gücləndirilməsi ilə bağlı həyata keçirmək niyyətini bir daha təsdiqləyir.
Öz növbəsində, Livan parlamentinin spikeri Nəbih Berri atəşkəsin başlaması ilə bağlı bildirib ki, ölkə bu müharibə zamanı öz tarixinin ən təhlükəli, düşmənin bütün gücünü ona qarşısərf etdiyi" dövrünü yaşayıb.
Livanlılardan indi ölkəni bərpa etmək tələb olunur. Eyni zamanda o, livanlıları xarabalıqda qalsalar da, evlərinə və ərazilərinə qayıtmağa çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0