https://sputnik.az/20241127/azteminatli-ailelerin-korpelerine-6-ay-dovlet-hesabina-qidalarin-verilmesi-teklif-olunub-469042969.html
Aztəminatlı ailələrin körpələrinə 6 ay dövlət hesabına qidaların verilməsi təklif olunub
Aztəminatlı ailələrin körpələrinə 6 ay dövlət hesabına qidaların verilməsi təklif olunub
Sputnik Azərbaycan
Deputat bildirib ki, yaxşı olardı ki, aztəminatlı ailələrdə yeni doğulan körpələrə ən azı 6 ay ərzində dövlət hesabına uşaq qidaları verilsin. Çünki... 27.11.2024, Sputnik Azərbaycan
2024-11-27T15:31+0400
2024-11-27T15:31+0400
2024-11-27T15:31+0400
ailə
iqtisadiyyat
dövlət sosial müdafiə fondu
aztəminatlı ailələr
körpə
ay
müharibə
əlil
https://cdnn1.img.sputnik.az/img/42209/72/422097249_0:0:3641:2048_1920x0_80_0_0_4d02d748bef605a59977d57acdfefb30.jpg
BAKI, 27 noyabr— Sputnik. "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə büdcəsinin layihəsi ölkəmizin dinamik inkişafının göstəricisidir. Ölkəmizdə iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fatma Yıldırım bildirib. Deputat deyib ki, Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir:Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan sosial siyasətin əsas qayəsini ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir."Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə ünvanlılığa, ədalətə və bərabərliyə əsaslanan güclü sosial müdafiə sistemi yaradılıb. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Yeni sosial layihələrin həyata keçirilməsi də çox təqdirəlayiqdir”, - deputat bildirib.Fatma Yıldırım təkliflərini də açıqlayıb:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42209/72/422097249_219:0:2950:2048_1920x0_80_0_0_43a1052e93862915b920eaa317e9a09b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ailə, dövlət sosial müdafiə fondu, aztəminatlı ailələr, körpə, ay, müharibə, əlil
ailə, dövlət sosial müdafiə fondu, aztəminatlı ailələr, körpə, ay, müharibə, əlil
Aztəminatlı ailələrin körpələrinə 6 ay dövlət hesabına qidaların verilməsi təklif olunub
Deputat bildirib ki, yaxşı olardı ki, aztəminatlı ailələrdə yeni doğulan körpələrə ən azı 6 ay ərzində dövlət hesabına uşaq qidaları verilsin. Çünki aztəminatlı ailələrin bu xərcini qarşılamaq üçün maddi imkanları məhduddur. Bir sıra ölkələrdə də belə bir təcrübə var.
BAKI, 27 noyabr— Sputnik. "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə büdcəsinin layihəsi ölkəmizin dinamik inkişafının göstəricisidir. Ölkəmizdə iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fatma Yıldırım bildirib.
Deputat deyib ki, Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir:
"Bütün bu amillər 2025-ci ilin dövlət büdcəsində, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapır. 2025-ci ildə əhalinin əmək haqlarının, pensiyalarının və digər sosial ödənişlərin artırılmasının nəzərdə tutulması da bu baxımdan xüsusi vurğulanmalıdır. O cümlədən, Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan sosial siyasətin əsas qayəsini ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir.
"Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə ünvanlılığa, ədalətə və bərabərliyə əsaslanan güclü sosial müdafiə sistemi yaradılıb. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Yeni sosial layihələrin həyata keçirilməsi də çox təqdirəlayiqdir”, - deputat bildirib.
Fatma Yıldırım təkliflərini də açıqlayıb:
“Yaxşı olardı ki, aztəminatlı ailələrdə yeni doğulan körpələrə ən azı 6 ay ərzində dövlət hesabına uşaq qidaları verilsin. Çünki aztəminatlı ailələrin bu xərcini qarşılamaq üçün maddi imkanları məhduddur. Bir sıra ölkələrdə də belə bir təcrübə var. Bu məsələdə dövlətin yardımı həmin ailələrə sosial dəstək olmaqla yanaşı demoqrafik vəziyyətimizə də müsbət təsir göstərə bilər”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.