https://sputnik.az/20241127/azerbaycan-universitetlerinin-diplomlari-etibarsizdir---randan-qalmaqalli-aciqlama-469047195.html
Azərbaycan universitetlərinin diplomları etibarsızdır - İrandan qalmaqallı açıqlama
Azərbaycan universitetlərinin diplomları etibarsızdır - İrandan qalmaqallı açıqlama
Sputnik Azərbaycan
Bunun Azərbaycan Respublikası universitetlərinin dünya reytinq siyahısında yüksək yer tutmadığı ilə əlaqəli olduğu bildirilib. 27.11.2024, Sputnik Azərbaycan
2024-11-27T20:30+0400
2024-11-27T20:30+0400
2024-11-27T20:30+0400
azərbaycan
təhsil
iran
tibb universiteti
fakültə
diplom
tanınma
https://cdnn1.img.sputnik.az/img/41742/44/417424453_0:375:2000:1500_1920x0_80_0_0_8f29119cdb69d96dbeecfa8ad1eac714.jpg
BAKI, 27 noyabr — Sputnik. Azərbaycan ali təhsil müəssisələrinin doktorluq və tibbi dərəcələr üzrə verdiyi diplomlar İranda etibarsız sayılır. Sputnik Azərbaycan "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Elm və Səhiyyə Nazirliyinin nümayəndəsi Hamed Təkfi bildirib. Onun sözlərinə görə, xarici universitetlərin qiymətləndirilməsində əsas meyarlardan biri qlobal reytinq sistemlərindən istifadə edilməsidir:H.Təkfi bildirib ki, bu qiymətləndirmədə universitetlər üç qrupa bölünür: A (premium universitetlər) və B (yaxşı universitetlər) tələbənin doktorantura səviyyəsinə qədər oxuduğu halda təsdiq üçün heç bir maneə olmayan universitetlərdir:Nazirliyin nümayəndəsi qeyd edib ki, "Azərbaycan universitetləri dünya reytinq siyahısında yüksək yer tutmur, yalnız bir sıra universitetlərinin C (orta) reytinqi var". Nümayəndə bu universitetlərin yalnız bakalavr və magistr dərəcələri üçün yararlı olduğunu vurğulayıb. "Mehr"ə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin Təhsil Xidmətləri Mərkəzinin verdiyi məlumata görə, Azərbaycan Respublikası universitetləri tibb elmləri üzrə İranda akkreditasiyadan keçmədiyi üçün qiymətləndirilmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41742/44/417424453_0:0:2000:1500_1920x0_80_0_0_b4ad53ccf4dd2a861c6cc2e2bf72b998.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, iran, tibb universiteti, fakültə, diplom, tanınma
azərbaycan, iran, tibb universiteti, fakültə, diplom, tanınma
Azərbaycan universitetlərinin diplomları etibarsızdır - İrandan qalmaqallı açıqlama
Bunun Azərbaycan Respublikası universitetlərinin dünya reytinq siyahısında yüksək yer tutmadığı ilə əlaqəli olduğu bildirilib.
BAKI, 27 noyabr — Sputnik. Azərbaycan ali təhsil müəssisələrinin doktorluq və tibbi dərəcələr üzrə verdiyi diplomlar İranda etibarsız sayılır.
Sputnik Azərbaycan "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Elm və Səhiyyə Nazirliyinin nümayəndəsi Hamed Təkfi bildirib.
Onun sözlərinə görə, xarici universitetlərin qiymətləndirilməsində əsas meyarlardan biri qlobal reytinq sistemlərindən istifadə edilməsidir:
"Dünya universitetləri bizim meyarlarımıza uyğun olaraq sıralanırsa, onlar qəbul etdikləri qiymətləndirmə sistemimizə daxil edilirlər".
H.Təkfi bildirib ki, bu qiymətləndirmədə universitetlər üç qrupa bölünür: A (premium universitetlər) və B (yaxşı universitetlər) tələbənin doktorantura səviyyəsinə qədər oxuduğu halda təsdiq üçün heç bir maneə olmayan universitetlərdir:
"Ancaq C (orta universitetlər) tələbələrin magistratura səviyyəsinə qədər təhsil ala bildiyi universitetlərdir. Onlar orada doktoranturada oxuyurlarsa, bunu qiymətləndirmək mümkün deyil".
Nazirliyin nümayəndəsi qeyd edib ki, "Azərbaycan universitetləri dünya reytinq siyahısında yüksək yer tutmur, yalnız bir sıra universitetlərinin C (orta) reytinqi var".
Nümayəndə bu universitetlərin yalnız bakalavr və magistr dərəcələri üçün yararlı olduğunu vurğulayıb.
"Mehr"ə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin Təhsil Xidmətləri Mərkəzinin verdiyi məlumata görə, Azərbaycan Respublikası universitetləri tibb elmləri üzrə İranda akkreditasiyadan keçmədiyi üçün qiymətləndirilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.