https://sputnik.az/20241127/a-de-oyuncaqlarin-tehlukesizliyinin-texniki-reqlamentine-deyisiklikler-quvveye-minib-469033745.html
Aİİ-də oyuncaqların təhlükəsizliyinin texniki reqlamentinə dəyişikliklər qüvvəyə minib
Aİİ-də oyuncaqların təhlükəsizliyinin texniki reqlamentinə dəyişikliklər qüvvəyə minib
Sputnik Azərbaycan
Dəyişikliklərdə texniki reqlamentin tətbiq dairəsi adəqiqləşdirilib. Xüsusilə, oyuncaqlara aidiyyatı olmayan məhsulların növləri aydın şəkildə qeyd olunub. 27.11.2024, Sputnik Azərbaycan
2024-11-27T15:20+0400
2024-11-27T15:20+0400
2024-11-27T15:20+0400
aii
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
oyuncaq
gigiyena
tələblər
https://cdnn1.img.sputnik.az/img/42264/87/422648718_0:167:3051:1883_1920x0_80_0_0_e099de20245073262dc2a1a53fecc49f.jpg
BAKI, 27 noyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyası (AİK) Şurasının 14 may 2024-cü il tarixli qərarı ilə qəbul edilmiş Avrasiya İqtisadi İttifaqının "Oyuncaqların təhlükəsizliyi haqqında" texniki reqlamentinə edilən dəyişikliklər noyabrın 26-da Aİİ tərəfindən qüvvəyə minib. Bu barədə Avrasiya İqtisadi Komissiyasının mətbuat xidməti xəbər verib. Dəyişikliklər texniki reqlamentlərin tətbiq dairəsini aydınlaşdırıb. Xüsusilə, oyuncaq olmayan məhsulların növləri aydın şəkildə qeyd olunub. Bunlar, məsələn, suvenirlər, kompüter oyunları, bitki yetişdirmək üçün dəstlər və bir sıra digər mallardır. Dəyişikliklər kimyəvi maddələr daxil olmaqla və kimyəvi təcrübələr üçün komplektlərə aid olmayan kimyəvi oyuncaqlar və oyun dəstlərində kimyəvi maddələrin və ya reaktivlərin tərkibinə dair tələbləri müəyyən edir. Oyuncaqların gigiyenik təhlükəsizliyinə dair tələblər, təhlükələr barədə xəbərdar edən məlumatlara dair tələblər, ən böyük təhlükə yaradan oyuncaqların təhlükəsiz istifadəsi üçün görülən tədbirlər də tənzimlənib. Texniki reqlamentin yeni tələbləri üçün mərhələli keçid nəzərdə tutulub. Belə ki, 26 noyabr 2024-cü il tarixinədək verilmiş oyuncaq sertifikatları onların müddəti bitənə qədər etibarlıdır. Eyni zamanda, belə sertifikatlar olduqda oyuncaqların istehsalına və Aİİ bazarına dövriyyəyə buraxılmasına onların etibarlılıq müddəti bitənə qədər, Aİİ bazarında dövriyyəyə isə oyuncaqların xidmət müddəti və ya yararlılıq müddəti ərzində icazə verilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42264/87/422648718_160:0:2891:2048_1920x0_80_0_0_76a1e84a1e9f1a919536e0029e9186af.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
aii, avrasiya iqtisadi ittifaqı, oyuncaq, gigiyena, tələblər
aii, avrasiya iqtisadi ittifaqı, oyuncaq, gigiyena, tələblər
Aİİ-də oyuncaqların təhlükəsizliyinin texniki reqlamentinə dəyişikliklər qüvvəyə minib
Dəyişikliklərdə texniki reqlamentin tətbiq dairəsi adəqiqləşdirilib. Xüsusilə, oyuncaqlara aidiyyatı olmayan məhsulların növləri aydın şəkildə qeyd olunub.
BAKI, 27 noyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyası (AİK) Şurasının 14 may 2024-cü il tarixli qərarı ilə qəbul edilmiş Avrasiya İqtisadi İttifaqının "Oyuncaqların təhlükəsizliyi haqqında" texniki reqlamentinə edilən dəyişikliklər noyabrın 26-da Aİİ tərəfindən qüvvəyə minib.
Bu barədə Avrasiya İqtisadi Komissiyasının mətbuat xidməti xəbər verib.
Dəyişikliklər texniki reqlamentlərin tətbiq dairəsini aydınlaşdırıb. Xüsusilə, oyuncaq olmayan məhsulların növləri aydın şəkildə qeyd olunub. Bunlar, məsələn, suvenirlər, kompüter oyunları, bitki yetişdirmək üçün dəstlər və bir sıra digər mallardır.
"Texniki reqlamentə, həmçinin onun tətbiqi zamanı zərurəti yaranan anlayışlar da əlavə edilib. Onların arasında "məişət istifadəsi üçün batut (batut)", "aktiv istirahət üçün oyuncaq", "oyuncağın kommersiya adı", "uçan oyuncaq", "elektromexaniki oyuncaq" və s. anlayışlar var", – AİK-in məlumatında deyilib.
Dəyişikliklər kimyəvi maddələr daxil olmaqla və kimyəvi təcrübələr üçün komplektlərə aid olmayan kimyəvi oyuncaqlar və oyun dəstlərində kimyəvi maddələrin və ya reaktivlərin tərkibinə dair tələbləri müəyyən edir. Oyuncaqların gigiyenik təhlükəsizliyinə dair tələblər, təhlükələr barədə xəbərdar edən məlumatlara dair tələblər, ən böyük təhlükə yaradan oyuncaqların təhlükəsiz istifadəsi üçün görülən tədbirlər də tənzimlənib.
Texniki reqlamentin yeni tələbləri üçün mərhələli keçid nəzərdə tutulub. Belə ki, 26 noyabr 2024-cü il tarixinədək verilmiş oyuncaq sertifikatları onların müddəti bitənə qədər etibarlıdır. Eyni zamanda, belə sertifikatlar olduqda oyuncaqların istehsalına və Aİİ bazarına dövriyyəyə buraxılmasına onların etibarlılıq müddəti bitənə qədər, Aİİ bazarında dövriyyəyə isə oyuncaqların xidmət müddəti və ya yararlılıq müddəti ərzində icazə verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.