CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 26 noyabr – FOTO

© Sputnik26 noyabr
26 noyabr - Sputnik Azərbaycan, 1920, 26.11.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 26 noyabr — Sputnik. Noyabrın 26-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 26-da kimlər anadan olub?
Ferdinand Sossür (1857-1913) - İsveçrə alimi, dilçisi, semiologiya və struktur dilçiliyin banisi.
© Photo : Public DomenFerdinand Sossür
Ferdinand Sossür - Sputnik Azərbaycan, 1920, 25.11.2024
Ferdinand Sossür
Norbert Viner (1894-1964) – ABŞ alimi, kibernetika və süni intellekt nəzəriyyəsinin banilərindən biridir.
© Photo : Public DomenNorbert Viner
Norbert Viner  - Sputnik Azərbaycan, 1920, 25.11.2024
Norbert Viner
Marqarita Nazarova (1926-2005) - Rusiya sirk ifaçısı, heyvan təlimçisi və RSFSR xalq artistidir. O, "Pələng təlimçisi", "Zolaqlı reys", "Stüardessa" filmlərində rol alıb.
© Photo : Public DomenMarqarita Nazarova
Marqarita Nazarova - Sputnik Azərbaycan, 1920, 25.11.2024
Marqarita Nazarova
Tina Törner (1939-2023) - amerikalı müğənni və aktrisadır. O, səkkiz "Qremmi" mükafatı laureatıdır. Müğənni artistliyinə, temperamentinə və səhnə ekspressivliyinə görə "Rok-n-Roll kraliçası" titulunu alıb.
© AP Photo / Ng Han GuanTina Törner
Тина Тёрнер - Sputnik Azərbaycan, 1920, 25.11.2024
Tina Törner
Maksim Averin (1975) – Rusiya teatr və kino aktyoru, rejissor, teleaparıcı və RF əməkdar artistidir.
© Sputnik / Кирилл КаллиниковMaksim Averin
Maksim Averin - Sputnik Azərbaycan, 1920, 25.11.2024
Maksim Averin
Marsi Volker (1961) - amerikalı serial aktrisasıdır. O, "Santa Barbara" serialında İden Kepvell rolunun ifaçısıdır.
26 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1394-cü ildə Seul Koreyanın paytaxtı olub.
1924-cü ildə Monqolustan Xalq Respublikası elan edilib və yeni yaradılmış dövlətin ilk konstitusiyası qəbul olunub. Bu tarix Monqolustanın Müstəqillik Günü hesab olunur.
1965-ci ildə Fransanın ilk "Asteriks" peyki orbitə buraxılıb.
1976-cı ildə Nyu-Meksikoda yeni "Microsoft" ticarət markası qeydiyyata alınıb.
1991-ci ildə Azərbaycan Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) milli ərazi qurumu kimi ləğv edilib. Ali Sovet keçmiş DQMV-nin mərkəzi Stepanakertin adının Xankəndi adlandırılması, habelə müvafiq olaraq Mardakert və Martuni şəhərlərinin Ağdərə və Xocavənd şəhərlərinin tarixi adlarının bərpası haqqında qanun qəbul edib. Dağlıq Qarabağda Hadrut və Əsgəran rayonları ləğv edilib, onların ərazisi müvafiq olaraq Xocavənd rayonuna və yeni yaradılmış Xocalı rayonuna verilib. Ali Sovetin həmin iclasında Milli Şuranın daimi fəaliyyət göstərən parlament orqanının yaradılması haqqında qərar qəbul edilib.
1994-cü ildə Ümumdünya İnformasiya Günü təsis edilib. Bu gün dünyanın bir çox ölkələrində qeyd olunur.
1994-cü ildə Ümumdünya İnformasiya Günü təsis edilib.
2008-ci ildə Hindistanın Mumbay şəhərində törədilən terror aktları nəticəsində 175 nəfər (onlardan 9-u terrorçudur) həlak olub, 300-dən çox insan yaralanıb.
Xəbər lenti
0