DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtaliya Ukraynaya bir nəfər də əsgər göndərməyəcək

© AP Photo / Gregorio Borgiaİtaliya hərbçiləri, arxiv
İtaliya hərbçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 26.11.2024
Abunə olmaq
Antonio Tayani eskalasiyadan qaçmaq lazım olduğunu vurğulayıb.
BAKI, 26 noyabr — Sputnik. İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani mətbuatda Paris və Londonun Qərb hərbçilərinin mümkün göndərilməsi ilə bağlı müzakirələr aparması ilə bağlı yayılan xəbərlər fonunda Ukraynaya italyan əsgərlərinin göndərilməsi planının olmadığı mövqeyini təsdiqləyib.
O, bu barədə "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşündə bildirib.
"Biz Ukraynada döyüşmək üçün bir nəfər də əsgər göndərməyəcəyik. Biz Kiyevə siyasi, maliyyə və hərbi yardım edirik" - Antonio Tayani bildirib.
O, vurğulayıb ki, eskalasiyadan qaçmaq lazımdır.
Bundan əvvəl Tayani bəyan edib ki, İtaliya Xarici İşlər Nazirliyi Kiyevin Rusiya ərazisinin dərinliklərində hədəfləri məhv etmək üçün Qərbin uzaqmənzilli silahlarından istifadə etməsi məsələsində mövqeyini dəyişməkdən imtina edib.
Xəbər lenti
0