https://sputnik.az/20241126/siyavus-novruzov-xeste-mal-heyvanlari-insanlara-verirler-o-da-uc-gun-sonra-olur-469022728.html
Siyavuş Novruzov: "Xəstə mal-heyvanları insanlara verirlər, o da üç gün sonra ölür"
Siyavuş Novruzov: "Xəstə mal-heyvanları insanlara verirlər, o da üç gün sonra ölür"
Sputnik Azərbaycan
Nazir Sahil Babayev isə deputata cavabında sərt şəkildə deyib ki, təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin. 26.11.2024, Sputnik Azərbaycan
2024-11-26T17:47+0400
2024-11-26T17:47+0400
2024-11-26T17:47+0400
siyavuş novruzov
cəmiyyət
özünüməşğulluq proqramı
inək
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437643497_0:0:3071:1728_1920x0_80_0_0_3cff463a592f5a40e44bfe366b244f6c.jpg
BAKI, 26 noyabr — Sputnik. Milli Məclisin deputatı Siyavuş Novruzov özünüməşğulluq proqramı çərçivəsində insanlara verilən mal-qaranın qısa müddətdə öldüyünü açıqlayıb. Bunu Milli Məclisin plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə cavabında qeyd edib ki, təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin: "Təqdim olunmuş heyvanlarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin". Özünüməşğulluq nədir? Dövlət Məşğulluq Agentiyinin məlumatına əsasən, özünüməşğulluq, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir. Bu özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir. Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Beləki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində parallel nəticələrin əldə edilməsinə imkan yaradır. Özünüməşğulluq proqramına qoşulmaq üçün hara və ya necə müraciət edilməlidir? Proqrama qoşulmaq üçün Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya DOST Mərkəzlərinə müraciət etməklə işsiz və işaxtaran vətəndaşlar növbəyə yazıla bilərlər. Proqramın icrası zamanı hansı kateqoriyadan olan işsiz şəxslərə üstünlük verilir? -Ünvanlı dövlət sosial yardım alanlara, -Əlilliyi olan şəxslərə, -Şəhid ailəsinin üzvlərinə, -Bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, -Pensiya yaşına iki ildən az qalmış şəxslərə, -Cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437643497_340:0:3071:2048_1920x0_80_0_0_fcc7f536501fba79c92efeafdddb7a57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyavuş novruzov, özünüməşğulluq proqramı, inək
siyavuş novruzov, özünüməşğulluq proqramı, inək
Siyavuş Novruzov: "Xəstə mal-heyvanları insanlara verirlər, o da üç gün sonra ölür"
Nazir Sahil Babayev isə deputata cavabında sərt şəkildə deyib ki, təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin.
BAKI, 26 noyabr — Sputnik. Milli Məclisin deputatı Siyavuş Novruzov özünüməşğulluq proqramı çərçivəsində insanlara verilən mal-qaranın qısa müddətdə öldüyünü açıqlayıb.
"Özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma bu proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndçiyə iki inək verirsinizsə, ona bir illik qarantiya da verin. Heç olmasa üç aylıq da onun yeməyini verin. Çünki kəndçi onu ehtiyacdan alır".
Bunu Milli Məclisin plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə cavabında qeyd edib ki, təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin:
"Təqdim olunmuş heyvanlarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin".
Dövlət Məşğulluq Agentiyinin məlumatına əsasən, özünüməşğulluq, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir.
Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir. Bu özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir. Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Beləki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində parallel nəticələrin əldə edilməsinə imkan yaradır.
Özünüməşğulluq proqramına qoşulmaq üçün hara və ya necə müraciət edilməlidir?
Proqrama qoşulmaq üçün Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya DOST Mərkəzlərinə müraciət etməklə işsiz və işaxtaran vətəndaşlar növbəyə yazıla bilərlər.
Proqramın icrası zamanı hansı kateqoriyadan olan işsiz şəxslərə üstünlük verilir?
-Ünvanlı dövlət sosial yardım alanlara,
-Şəhid ailəsinin üzvlərinə,
-Bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara,
-Pensiya yaşına iki ildən az qalmış şəxslərə,
-Cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə.