https://sputnik.az/20241126/parlamentde-benovse-golunun-berpasi-meselesi-qaldirilib-469014682.html
Parlamentdə "Bənövşə gölü"nün bərpası məsələsi qaldırılıb
Parlamentdə "Bənövşə gölü"nün bərpası məsələsi qaldırılıb
Sputnik Azərbaycan
Deputat deyib ki, Qusar şəhərinin yanındakı "Bənövşə gölü" su anbarı Qusar şəhəri və ətraf kəndlərini uzun illər su ilə təchiz edib. 26.11.2024, Sputnik Azərbaycan
2024-11-26T18:10+0400
2024-11-26T18:10+0400
2024-11-26T18:10+0400
parlament
azərbaycan xəbərləri
azər badamov
qusar
qusar rayonu
cənubi qafqaz
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_0:56:1589:950_1920x0_80_0_0_4f759590d2be1560fbc9f16f35f0dea4.jpg
BAKI, 26 noyabr— Sputnik. Milli Məclisdə "Bənövşə gölü" su anbarının bərpası məsələsi qaldırılıb. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Azər Badamov deyib ki, Qusar şəhərinin yanındakı "Bənövşə gölü" su anbarı Qusar şəhəri və ətraf kəndlərini uzun illər içməli və təsərrüfat suyu ilə təmin edib. "Amma son illər su anbarı baxımsız qalıb və yararsız hala gətirilib. Dünyada baş verən iqlim dəyişiklikləri şirin su mənbələrinin azalmasına gətirib çıxarır. Bu baxımdan su anbarlarının tikilməsi və bərpası çox aktual məsələdir. Bütün bunları nəzərə alaraq müvafiq qurumdan Qusar şəhərinin yanında yerləşən "Bənövşə gölü" su anbarının bərpasını diqqətdə saxlanılmasını xahiş edirəm", deputat bildirib. Xatırladaq ki, bundan öncə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda şirin su ehtiyatları getdikcə azalır, bu səbəbdən alternativ su mənbələrinin istifadəsi və təşviqi artırılır. Əlavə edək ki, "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da qeyd edilir ki, Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 2000-2023-cü illər ərzində 5,6 milyard kubmetr və ya 24% azalaraq 17,8 milyard kubmetrə düşüb. Startegiyaya əsasən, yerüstü şirin su ehtiyatlarının 13,2 milyard kubmetri transsərhəd sularından, 4,6 milyard kubmetri isə yerli çay axınlarından formalaşır. Bildirilir ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 %-ni təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_322:0:1589:950_1920x0_80_0_0_bef5c21ab609dac6d63e22416c0cfc43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
parlament, azər badamov, qusar, qusar rayonu, cənubi qafqaz
parlament, azər badamov, qusar, qusar rayonu, cənubi qafqaz
Parlamentdə "Bənövşə gölü"nün bərpası məsələsi qaldırılıb
Deputat deyib ki, Qusar şəhərinin yanındakı "Bənövşə gölü" su anbarı Qusar şəhəri və ətraf kəndlərini uzun illər su ilə təchiz edib.
BAKI, 26 noyabr— Sputnik. Milli Məclisdə "Bənövşə gölü" su anbarının bərpası məsələsi qaldırılıb.
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Azər Badamov deyib ki, Qusar şəhərinin yanındakı "Bənövşə gölü" su anbarı Qusar şəhəri və ətraf kəndlərini uzun illər içməli və təsərrüfat suyu ilə təmin edib.
"Amma son illər su anbarı baxımsız qalıb və yararsız hala gətirilib. Dünyada baş verən iqlim dəyişiklikləri şirin su mənbələrinin azalmasına gətirib çıxarır. Bu baxımdan su anbarlarının tikilməsi və bərpası çox aktual məsələdir. Bütün bunları nəzərə alaraq müvafiq qurumdan Qusar şəhərinin yanında yerləşən "Bənövşə gölü" su anbarının bərpasını diqqətdə saxlanılmasını xahiş edirəm", deputat bildirib.
Xatırladaq ki, bundan öncə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda şirin su ehtiyatları getdikcə azalır, bu səbəbdən alternativ su mənbələrinin istifadəsi və təşviqi artırılır.
Əlavə edək ki, "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da qeyd edilir ki, Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 2000-2023-cü illər ərzində 5,6 milyard kubmetr və ya 24% azalaraq 17,8 milyard kubmetrə düşüb. Startegiyaya əsasən, yerüstü şirin su ehtiyatlarının 13,2 milyard kubmetri transsərhəd sularından, 4,6 milyard kubmetri isə yerli çay axınlarından formalaşır.
Bildirilir ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 %-ni təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir.