https://sputnik.az/20241126/monopolistlere-gore-xeyli-insan-evine-corek-apara-bilmir---eli-mesimli-469014340.html
"Monopolistlərə görə xeyli insan evinə çörək apara bilmir" - Əli Məsimli
"Monopolistlərə görə xeyli insan evinə çörək apara bilmir" - Əli Məsimli
Sputnik Azərbaycan
Deputat bildirib ki, bir sıra istisnaları çıxmaq şərti ilə monopolistlər hansı sahədə bir qədər gəlir görürsə, o saat ora əl qoymağa çalışırlar. 26.11.2024, Sputnik Azərbaycan
2024-11-26T14:47+0400
2024-11-26T14:47+0400
2024-11-26T14:47+0400
əli məsimli
cəmiyyət
monopoliya
haqsızlıq
rəqabət məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/42422/48/424224831_0:0:1000:563_1920x0_80_0_0_1fd53c5056be30341bc26efcc2adc7ee.jpg
BAKI, 26 noyabr— Sputnik. "Monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsalımızın inkişafına çox ciddi mane olur". Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. "Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, haqsız rəqabət bizim üçün böyük əngəl yaradır. Monopolistlər öz imkanlarından istifadə edərək müxtəlif üsullarla rəqiblərini sıradan çıxarırlar. Bir sıra istisnaları çıxmaq şərti ilə monopolistlər hansı sahədə bir qədər gəlir görürsə, o saat ora əl qoymağa çalışırlar və fərqində deyillər ki, bunun ucbatından xeyli insan evinə bir parça çörək aparmaq imkanından məhrum edilir. Ona görə də ölkəmizdə istehsalı mümkün olan şeylərin çoxu xaricdən gəlir. Korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir", deputat bildirib. Qeyd edək ki, Rəqabət Məcəlləsinə görə, haqsız rəqabət – bazarda üstünlük əldə etmək məqsədilə təsərrüfat subyektinin qanunvericiliyə və işgüzar ənənələrə zidd olan, habelə ədalətsiz üsullardan istifadə etməklə rəqib təsərrüfat subyektinə zərər vuran və ya onların işgüzar nüfuzuna xələl gətirən hərəkətlərdir. Məcəlləyə əsasən, haqsız rəqabətin formaları aşağıdakılardır: -müştərilərə qarşı aqressiv davranış; -rəqib təsərrüfat subyektinin nüfuzdan salınması; -rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi; -müştərilərin çaşdırılması və aldadılması; -kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması; -haqsız rəqabətə səbəb olan digər hərəkətlər. Bu formalarda haqsız rəqabətin aparılması qadağandır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42422/48/424224831_111:0:1000:667_1920x0_80_0_0_b5fa767176b3101b77dfb538457b49ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əli məsimli, monopoliya, haqsızlıq, rəqabət məcəlləsi
əli məsimli, monopoliya, haqsızlıq, rəqabət məcəlləsi
"Monopolistlərə görə xeyli insan evinə çörək apara bilmir" - Əli Məsimli
Deputat bildirib ki, bir sıra istisnaları çıxmaq şərti ilə monopolistlər hansı sahədə bir qədər gəlir görürsə, o saat ora əl qoymağa çalışırlar.
BAKI, 26 noyabr— Sputnik. "Monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsalımızın inkişafına çox ciddi mane olur".
Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
"Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, haqsız rəqabət bizim üçün böyük əngəl yaradır. Monopolistlər öz imkanlarından istifadə edərək müxtəlif üsullarla rəqiblərini sıradan çıxarırlar. Bir sıra istisnaları çıxmaq şərti ilə monopolistlər hansı sahədə bir qədər gəlir görürsə, o saat ora əl qoymağa çalışırlar və fərqində deyillər ki, bunun ucbatından xeyli insan evinə bir parça çörək aparmaq imkanından məhrum edilir. Ona görə də ölkəmizdə istehsalı mümkün olan şeylərin çoxu xaricdən gəlir. Korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir", deputat bildirib.
Qeyd edək ki, Rəqabət Məcəlləsinə görə, haqsız rəqabət – bazarda üstünlük əldə etmək məqsədilə təsərrüfat subyektinin qanunvericiliyə və işgüzar ənənələrə zidd olan, habelə ədalətsiz üsullardan istifadə etməklə rəqib təsərrüfat subyektinə zərər vuran və ya onların işgüzar nüfuzuna xələl gətirən hərəkətlərdir.
Məcəlləyə əsasən, haqsız rəqabətin formaları aşağıdakılardır:
-müştərilərə qarşı aqressiv davranış;
-rəqib təsərrüfat subyektinin nüfuzdan salınması;
-rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi;
-müştərilərin çaşdırılması və aldadılması;
-kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması;
-haqsız rəqabətə səbəb olan digər hərəkətlər.
Bu formalarda haqsız rəqabətin aparılması qadağandır.