Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Komitə sədri həyəcan təbili çaldı: "Kəndlər tərk edilir, şagirdlərin sayı azalır"

© iStock.com / seb_raMəktəbli
Məktəbli - Sputnik Azərbaycan, 1920, 26.11.2024
Abunə olmaq
Komitə sədri bildirib ki, ailələr müxtəlif səbəblərdən kəndləri tərk edir və bu məsələ ilə əlaqəli köklü qərar verməyə ehtiyac var.
BAKI, 26 noyabr— Sputnik. "Hər il dağlıq rayonlarda şagirdlərin sayı azalır".
Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.
Komitə sədri bildirib ki, ailələr müxtəlif səbəblərdən kəndləri tərk edir və bu məsələ ilə əlaqəli köklü qərar verməyə ehtiyac var.
Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik
Xatırladaq ki, bundan öncə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır.
Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır:
"Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik".
Xəbər lenti
0