https://sputnik.az/20241126/dovletin-pulu-ile-xaricde-hansi-mutexessisler-hazirlanir-deputata-cavab-469005917.html
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? Deputata cavab
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? Deputata cavab
Sputnik Azərbaycan
İdarəetmə Qrupundan o da bildirilib ki, Dövlət Proqramçərçivəsində 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə... 26.11.2024, Sputnik Azərbaycan
2024-11-26T10:09+0400
2024-11-26T10:09+0400
2024-11-26T10:09+0400
mütəxəssis
təhsil
investisiya
kamran əsədov
təhsil eksperti kamran əsədov
kamran əsədov
gənclər
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681094_0:0:3072:1728_1920x0_80_0_0_149719483191f625cf4233918818a1da.jpg
BAKI, 26 noyabr — Sputnik. Xaricdə təhsil üçün ayrılan maliyyə Milli Məclisdə müzakirə mövzusuna çevrilib. Deputat Razi Nurullayev Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib ki, xaricdə oxuyan tələbələrə 570 milyon manat ayrılmasının əleyhinədir. "Tibb sahədə bunun nəticələrini görə bilirik. Lakin digər sahələrin hamısına bu qədər məbləğin ayrılmasının əleyhinəm. Həmin vəsaitlərin bir hissəsi ölkəmizdəki universitetlərə ayrılmalıdır. Yoxsa gedib xaricdə ingilis, fransız dilində öyrənmək üçün bu qədər vəsaitin ayrılmasına ehtiyac yoxdur. Tibb, kosmik sahələrə görə, bu qədər vəsait ayrıla bilər", - o qeyd edib. Dövlətin pulu ilə xaricdə hansı ixtisaslar üzrə kadrlar hazırlanır? Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupundan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, gənclər tərəfindən xaricdə təhsil üzrə üstünlük verilən ixtisas istiqamətləri sırasında əsasən informasiya texnologiyaları, mühəndislik, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili və digər prioritet ixtisas istiqamətləri yer alır. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nın 6.1-ci yarımbəndində sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələri aşağıdalılardır. Buraya informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə,təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika,iqtisadiyyat,maliyyə,arxitektura və dizayn, kənd təsərrüfatı üzrə ixtisaslar daxildir. "Əsas narazılıq xaricdə təhsil alanların geri qayıtmamasındadır" Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı" ölkənin intellektual potensialını artırmaq məqsədilə həyata keçirilən mühüm layihələrdən biridir. Bu proqramın əsas məqsədi Azərbaycanın gənclərinə beynəlxalq səviyyədə tanınmış ali təhsil müəssisələrində oxumaq imkanı yaratmaq, onların yüksək ixtisaslı mütəxəssislər kimi formalaşmasını təmin etməkdir. "Təəssüf ki, Milli Məclisdə bəzi təkliflər səslənərək bu proqramın dayandırılması və ya dəyişdirilməsi ilə bağlı müzakirələr gündəmə gəlib. Bu təkliflər xaricdə təhsil alanların əksərinin Azərbaycana qayıtmaması ilə əsaslandırılır. Bu məsələni dərin təhlil etməklə həm mövcud vəziyyəti, həm də alternativ yanaşmaları qiymətləndirmək mümkündür. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələr ölkəyə qayıtmaq və burada işləmək öhdəliyi daşımır. Proqramın əsas məqsədi tələbələrin beynəlxalq təhsil alaraq qlobal standartlara uyğun bilik və bacarıqlar əldə etmələrini təmin etməkdir", deyə ekspert bildirib. Bir tələbənin xaricdə təhsili dövlətə neçəyə başa gəlir? Lakin Kamran Əsədov hesab edir ki, həmin gənclərin xaricdə qalıb işləməsi halları cəmiyyətdə müəyyən narahatlıq yaradır. Onun sözlərinə görə, 2022-ci ildə Dövlət Proqramı çərçivəsində 400-dən çox tələbə müxtəlif xarici universitetlərdə təhsil almağa göndərilib. Onların əksəriyyəti Avropa və Şimali Amerika ölkələrində təhsil alır. K. Əsədov deyir ki, statistikaya görə, xaricdə təhsil alanların təxminən 40%-i təhsildən sonra geri qayıtmır, bu da Azərbaycanın insan kapitalına mənfi təsir edir: "Maliyyə baxımından Dövlət Proqramı böyük investisiya tələb edir. 2022-2026-cı illər üçün nəzərdə tutulan proqramın ümumi büdcəsi təxminən 80 milyon manatdır. Bu maliyyə tələbələrin təhsil haqqı, yaşayış xərcləri və sığorta təminatını əhatə edir. Təxmin edilir ki, bir tələbənin təhsil və yaşayış xərcləri dövlətə illik olaraq təqribən 25-30 min manat başa gəlir". K.Əsədovun fikrincə, əgər tələbələr təhsil alıb geri qayıtmırsa, bu investisiya səmərəsiz xərclənmiş olur və ölkənin iqtisadi inkişafına təsir etmir. Onun sözlərinə görə, bu məsələyə yanaşarkən dünya təcrübəsi də nəzərə alınmalıdır. "Bir çox ölkələr xaricdə təhsil proqramlarında iştirak edən tələbələr üçün geri qayıtmaq və müəyyən müddət dövlətə xidmət etmək öhdəliyi müəyyən edir. Məsələn, Çin hökuməti xaricdə təhsil alan tələbələr üçün ciddi öhdəliklər tətbiq edir. Çin hökuməti tərəfindən maliyyələşdirilən tələbələr təhsillərini başa vurduqdan sonra ölkəyə qayıtmaq və ən azı 5 il müddətində dövlət qurumlarında və ya strateji sahələrdə çalışmaq məcburiyyətindədirlər. Öhdəliyi pozanlar təhsil xərclərini geri ödəməli olurlar. Türkiyə isə "Yurt Dışı Eğitim Programı" çərçivəsində tələbələrin geri qayıtmasını təşviq etmək üçün yumşaq yanaşma tətbiq edir. Burada tələbələrə xaricdə təhsil aldıqları müddətdə Türkiyədə müxtəlif layihələrdə iştirak etmək təklif edilir. Həmçinin, dövlət onlara qayıdış zamanı işlə təmin olunmaq üçün dəstək göstərir. Bu yanaşma tələbələrin həm beynəlxalq təcrübə qazanmasına, həm də ölkəyə geri qayıtdıqdan sonra cəmiyyətə faydalı olmasına imkan yaradır", deyə ekspert bildirib. Xaricdə təhsil alan gəncləri necə ölkəyə qaytara bilərik? K.Əsədov deyir ki, Azərbaycan üçün bu məsələdə balanslı yanaşma vacibdir. O, bildirib ki, xaricdə təhsil alan tələbələrin geri qayıtmasını təmin etmək üçün müəyyən təşviq mexanizmləri tətbiq oluna bilər: "Məsələn, Dövlət Proqramı çərçivəsində tələbələrə qayıtdıqdan sonra yüksək ixtisas tələb edən sahələrdə işlə təminat zəmanəti verilə bilər. Yaxud da təhsillərini başa vurmuş tələbələr üçün vergi güzəştləri və ya ipoteka dəstəyi kimi stimullar təqdim edilə bilər. Eləcə də xaricdə təhsil alan tələbələr üçün könüllü əsaslarla ölkəyə qayıdışa dair sosial layihələr və iş imkanları təqdim edilməlidir". K.Əsədov bildirir ki, digər bir yanaşma isə tələbələrin təhsillərini bitirdikdən sonra müəyyən sahələrdə distant olaraq Azərbaycana töhfə verməsi ola bilər. Məsələn, texnologiya, elmi tədqiqat və ya onlayn tədris sahələrində çalışan mütəxəssislər, xaricdə qalsalar belə, ölkənin inkişafına fayda verə bilərlər. Nəticə etibarilə, xaricdə təhsilin dövlət hesabına maliyyələşdirilməsi məsələsi dayandırılmaq əvəzinə, yenidən tənzimlənməli və səmərəliliyi artırılmalıdır. Gənclərin beynəlxalq səviyyədə rəqabətə davamlı təhsil alması ölkənin qlobal arenada mövqeyini gücləndirir. Lakin bu proses yalnız o halda tam effektiv olar ki, həmin gənclərin bilik və bacarıqları Azərbaycanın iqtisadi və sosial inkişafına töhfə versin. Dövlət Proqramının yenidən nəzərdən keçirilməsi və dünya təcrübəsinə əsaslanan mexanizmlərin tətbiqi bu məqsədə nail olmaq üçün əsas addımlardan biridir". Xaricdə dövlət hesabına oxuyanların üzərinə hansı öhdəliklər qoyulur? Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupundan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildiriblər ki, Dövlət Proqramı təqaüdçüləri ilə imzalanan müqaviləyə əsasən Dövlət Proqramı çərçivəsində xaricdə tədris müddəti bitdikdən sonra, Proqram iştirakçısı ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, və Azərbaycan Respublikasında 5 il əmək fəaliyyəti göstərmək öhdəliyi götürür. Dövlət Proqramı çərçivəsində təhsilini başa vurub ölkəyə geri qayıdan və hal-hazırda əmək fəaliyyəti göstərən məzunların sayı 120 nəfər təşkil edir, onlardan 55 dövlət, 65 nəfər isə özəl qurumlarda çalışır. Cari ildə daha 272 nəfərin məzun olması və ölkəyə geri qayıtması gözlənilir. Nə qədər gənc xaricdə təhsil alır? "Məlumat üçün bildiririk ki, 13 avqust 2024-cü il tarixində ictimaiyyətə elan olunmuş 2024/2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təqaüd almaq hüququ qazanmış 500 nəfərə dair yekun siyahıda yer alan və magistratura səviyyəsi üzrə müxtəlif səbəblərdən iştirakı mümkün olmayan (şəxsi səbəblər, viza səbəbi və s.) 23 nəfər təqaüdçü proqramdan imtina etmiş, əvəzinə ehtiyat siyahısından namizədlər seçilib, bununla da sözügedən tədris ili üzrə qəbul yekunlaşıbdır. Müvafiq Sərəncama əsasən hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. Beləliklə, 2022-ci ildən başlayan qəbul nəzərə alınmaqla indiyədək 1252 nəfər proqram çərçivəsində təhsil almaq hüququ qazanıb. Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 140 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır, bugünədək 156 nəfər Dövlət Proqramı məzunu adı qazanıbdır"deyə, qurumdan bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681094_211:0:2942:2048_1920x0_80_0_0_c82c4a6f016df042517bce93721de27f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
mütəxəssis, investisiya, kamran əsədov, təhsil eksperti kamran əsədov, kamran əsədov, gənclər
mütəxəssis, investisiya, kamran əsədov, təhsil eksperti kamran əsədov, kamran əsədov, gənclər
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? Deputata cavab
İdarəetmə Qrupundan o da bildirilib ki, Dövlət Proqramçərçivəsində 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb.
BAKI, 26 noyabr — Sputnik. Xaricdə təhsil üçün ayrılan maliyyə Milli Məclisdə müzakirə mövzusuna çevrilib. Deputat Razi Nurullayev Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib ki, xaricdə oxuyan tələbələrə 570 milyon manat ayrılmasının əleyhinədir.
"Tibb sahədə bunun nəticələrini görə bilirik. Lakin digər sahələrin hamısına bu qədər məbləğin ayrılmasının əleyhinəm. Həmin vəsaitlərin bir hissəsi ölkəmizdəki universitetlərə ayrılmalıdır. Yoxsa gedib xaricdə ingilis, fransız dilində öyrənmək üçün bu qədər vəsaitin ayrılmasına ehtiyac yoxdur. Tibb, kosmik sahələrə görə, bu qədər vəsait ayrıla bilər", - o qeyd edib.
Dövlətin pulu ilə xaricdə hansı ixtisaslar üzrə kadrlar hazırlanır?
Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupundan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, gənclər tərəfindən xaricdə təhsil üzrə üstünlük verilən ixtisas istiqamətləri sırasında əsasən informasiya texnologiyaları, mühəndislik, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili və digər prioritet ixtisas istiqamətləri yer alır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nın 6.1-ci yarımbəndində sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələri aşağıdalılardır. Buraya informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə,təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika,iqtisadiyyat,maliyyə,arxitektura və dizayn, kənd təsərrüfatı üzrə ixtisaslar daxildir.
"Əsas narazılıq xaricdə təhsil alanların geri qayıtmamasındadır"
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı" ölkənin intellektual potensialını artırmaq məqsədilə həyata keçirilən mühüm layihələrdən biridir. Bu proqramın əsas məqsədi Azərbaycanın gənclərinə beynəlxalq səviyyədə tanınmış ali təhsil müəssisələrində oxumaq imkanı yaratmaq, onların yüksək ixtisaslı mütəxəssislər kimi formalaşmasını təmin etməkdir.
"Təəssüf ki, Milli Məclisdə bəzi təkliflər səslənərək bu proqramın dayandırılması və ya dəyişdirilməsi ilə bağlı müzakirələr gündəmə gəlib. Bu təkliflər xaricdə təhsil alanların əksərinin Azərbaycana qayıtmaması ilə əsaslandırılır. Bu məsələni dərin təhlil etməklə həm mövcud vəziyyəti, həm də alternativ yanaşmaları qiymətləndirmək mümkündür. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələr ölkəyə qayıtmaq və burada işləmək öhdəliyi daşımır. Proqramın əsas məqsədi tələbələrin beynəlxalq təhsil alaraq qlobal standartlara uyğun bilik və bacarıqlar əldə etmələrini təmin etməkdir", deyə ekspert bildirib.
Bir tələbənin xaricdə təhsili dövlətə neçəyə başa gəlir?
Lakin Kamran Əsədov hesab edir ki, həmin gənclərin xaricdə qalıb işləməsi halları cəmiyyətdə müəyyən narahatlıq yaradır. Onun sözlərinə görə, 2022-ci ildə Dövlət Proqramı çərçivəsində 400-dən çox tələbə müxtəlif xarici universitetlərdə təhsil almağa göndərilib. Onların əksəriyyəti Avropa və Şimali Amerika ölkələrində təhsil alır. K. Əsədov deyir ki, statistikaya görə, xaricdə təhsil alanların təxminən 40%-i təhsildən sonra geri qayıtmır, bu da Azərbaycanın insan kapitalına mənfi təsir edir: "Maliyyə baxımından Dövlət Proqramı böyük investisiya tələb edir. 2022-2026-cı illər üçün nəzərdə tutulan proqramın ümumi büdcəsi təxminən 80 milyon manatdır. Bu maliyyə tələbələrin təhsil haqqı, yaşayış xərcləri və sığorta təminatını əhatə edir. Təxmin edilir ki, bir tələbənin təhsil və yaşayış xərcləri dövlətə illik olaraq təqribən 25-30 min manat başa gəlir".
K.Əsədovun fikrincə, əgər tələbələr təhsil alıb geri qayıtmırsa, bu investisiya səmərəsiz xərclənmiş olur və ölkənin iqtisadi inkişafına təsir etmir. Onun sözlərinə görə, bu məsələyə yanaşarkən dünya təcrübəsi də nəzərə alınmalıdır.
"Bir çox ölkələr xaricdə təhsil proqramlarında iştirak edən tələbələr üçün geri qayıtmaq və müəyyən müddət dövlətə xidmət etmək öhdəliyi müəyyən edir. Məsələn, Çin hökuməti xaricdə təhsil alan tələbələr üçün ciddi öhdəliklər tətbiq edir. Çin hökuməti tərəfindən maliyyələşdirilən tələbələr təhsillərini başa vurduqdan sonra ölkəyə qayıtmaq və ən azı 5 il müddətində dövlət qurumlarında və ya strateji sahələrdə çalışmaq məcburiyyətindədirlər. Öhdəliyi pozanlar təhsil xərclərini geri ödəməli olurlar. Türkiyə isə "Yurt Dışı Eğitim Programı" çərçivəsində tələbələrin geri qayıtmasını təşviq etmək üçün yumşaq yanaşma tətbiq edir. Burada tələbələrə xaricdə təhsil aldıqları müddətdə Türkiyədə müxtəlif layihələrdə iştirak etmək təklif edilir. Həmçinin, dövlət onlara qayıdış zamanı işlə təmin olunmaq üçün dəstək göstərir. Bu yanaşma tələbələrin həm beynəlxalq təcrübə qazanmasına, həm də ölkəyə geri qayıtdıqdan sonra cəmiyyətə faydalı olmasına imkan yaradır", deyə ekspert bildirib.
Xaricdə təhsil alan gəncləri necə ölkəyə qaytara bilərik?
K.Əsədov deyir ki, Azərbaycan üçün bu məsələdə balanslı yanaşma vacibdir. O, bildirib ki, xaricdə təhsil alan tələbələrin geri qayıtmasını təmin etmək üçün müəyyən təşviq mexanizmləri tətbiq oluna bilər: "Məsələn, Dövlət Proqramı çərçivəsində tələbələrə qayıtdıqdan sonra yüksək ixtisas tələb edən sahələrdə işlə təminat zəmanəti verilə bilər. Yaxud da təhsillərini başa vurmuş tələbələr üçün vergi güzəştləri və ya ipoteka dəstəyi kimi stimullar təqdim edilə bilər. Eləcə də xaricdə təhsil alan tələbələr üçün könüllü əsaslarla ölkəyə qayıdışa dair sosial layihələr və iş imkanları təqdim edilməlidir".
K.Əsədov bildirir ki, digər bir yanaşma isə tələbələrin təhsillərini bitirdikdən sonra müəyyən sahələrdə distant olaraq Azərbaycana töhfə verməsi ola bilər. Məsələn, texnologiya, elmi tədqiqat və ya onlayn tədris sahələrində çalışan mütəxəssislər, xaricdə qalsalar belə, ölkənin inkişafına fayda verə bilərlər. Nəticə etibarilə, xaricdə təhsilin dövlət hesabına maliyyələşdirilməsi məsələsi dayandırılmaq əvəzinə, yenidən tənzimlənməli və səmərəliliyi artırılmalıdır. Gənclərin beynəlxalq səviyyədə rəqabətə davamlı təhsil alması ölkənin qlobal arenada mövqeyini gücləndirir. Lakin bu proses yalnız o halda tam effektiv olar ki, həmin gənclərin bilik və bacarıqları Azərbaycanın iqtisadi və sosial inkişafına töhfə versin. Dövlət Proqramının yenidən nəzərdən keçirilməsi və dünya təcrübəsinə əsaslanan mexanizmlərin tətbiqi bu məqsədə nail olmaq üçün əsas addımlardan biridir".
Xaricdə dövlət hesabına oxuyanların üzərinə hansı öhdəliklər qoyulur?
Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupundan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildiriblər ki, Dövlət Proqramı təqaüdçüləri ilə imzalanan müqaviləyə əsasən Dövlət Proqramı çərçivəsində xaricdə tədris müddəti bitdikdən sonra, Proqram iştirakçısı ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, və Azərbaycan Respublikasında 5 il əmək fəaliyyəti göstərmək öhdəliyi götürür. Dövlət Proqramı çərçivəsində təhsilini başa vurub ölkəyə geri qayıdan və hal-hazırda əmək fəaliyyəti göstərən məzunların sayı 120 nəfər təşkil edir, onlardan 55 dövlət, 65 nəfər isə özəl qurumlarda çalışır. Cari ildə daha 272 nəfərin məzun olması və ölkəyə geri qayıtması gözlənilir.
Nə qədər gənc xaricdə təhsil alır?
İdarəetmə Qrupundan o da bildirilib ki, Dövlət Proqramçərçivəsində 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb.
"Məlumat üçün bildiririk ki, 13 avqust 2024-cü il tarixində ictimaiyyətə elan olunmuş 2024/2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təqaüd almaq hüququ qazanmış 500 nəfərə dair yekun siyahıda yer alan və magistratura səviyyəsi üzrə müxtəlif səbəblərdən iştirakı mümkün olmayan (şəxsi səbəblər, viza səbəbi və s.) 23 nəfər təqaüdçü proqramdan imtina etmiş, əvəzinə ehtiyat siyahısından namizədlər seçilib, bununla da sözügedən tədris ili üzrə qəbul yekunlaşıbdır. Müvafiq Sərəncama əsasən hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. Beləliklə, 2022-ci ildən başlayan qəbul nəzərə alınmaqla indiyədək 1252 nəfər proqram çərçivəsində təhsil almaq hüququ qazanıb. Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 140 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır, bugünədək 156 nəfər Dövlət Proqramı məzunu adı qazanıbdır"deyə, qurumdan bildirilib.