CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat xüsusi təyinatlıların və polislərin maaşlarının artırılmasını təklif edib

© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Polis
Polis - Sputnik Azərbaycan, 1920, 26.11.2024
Abunə olmaq
Deputat bildirib ki, təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır. Məsələnin normal məcraya gəlməsi üçün kifayət qədər zaman tələb olunur.
BAKI, 26 noyabr— Sputnik. "Büdcə zərfində müdafiə və təhlükəsizlik sahəsinə kifayət qədər vəsait ayrılıb, peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət keçən və xüsusi təyinatlı hərbçilərimizin maaşlarını bir neçə dəfə artırmalıyıq".
Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.
"Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır. Məsələnin normal məcraya gəlməsi üçün kifayət qədər zaman tələb olunur. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə olan axını stimullaşdırmış olardı", deputat bildirib.
Deputat eyni zamanda, polis əməkdaşlarının maaşlarının artırılmasını təklif edib: "Hüquq-mühafizə orqanları içərisində ən az məvacib alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır".
Xəbər lenti
0