https://sputnik.az/20241126/azerbaycanda-45-balliq-zelzele-oldu-467177770.html
Mingəçevir su anbarında zəlzələ olub - Yenilənib
Mingəçevir su anbarında zəlzələ olub - Yenilənib
Sputnik Azərbaycan
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib. 26.11.2024, Sputnik Azərbaycan
2024-11-26T10:25+0400
2024-11-26T10:25+0400
2024-11-26T10:25+0400
cəmiyyət
lerik
biləsuvar
zəlzələ
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40865/38/408653832_0:63:1201:738_1920x0_80_0_0_33b781446e1138f2ab90e1e52830bfcf.jpg
BAKI, 26 noyabr - Sputnik. Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında noyabrın 26-da zəlzələ qeydə alınıb.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.Qeyd edilib ki, yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.23.11.24, 13:29Azərbaycanda zəlzələ baş veribZəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumatda deyilir. Bildirilir ki, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.***Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycanda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar 10 km dərinlikdə, yerli vaxtla 12:10-da qeydə alınıb. Qurban Yetirmişli Sputnik Azərbaycan-a bildirib ki, zəlzələ Laçında baş verib. Laçın sakinləri zəlzələni hiss ediblər. "Zəlzələ bütün Qarabağda və Şərqi Zəngəzurda hiss olunub" - Qurban Yetirmişli bildirib.13.10.24, 10:00Xəzər dənizində seysmoaktivlik: Noyabrda ikinci zəlzələ baş veribXəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb.Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 3:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.Xatırladaq ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik daha çox müşahidə edilir. Belə ki, oktyabrın 16-da, 18-də, 19-da, 23-də, habelə noyabrın 7-də Xəzərdə zəlzələlər qeydə alınıb.05.09.24, 11:17Azərbaycanda 4,5 ballıq zəlzələ olduZəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtla 10:45-də qeydə alınıb. Qeyd edək ki, Azərbaycanda ən son zəlzələ iyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40865/38/408653832_66:0:1133:800_1920x0_80_0_0_ead28a94d4ab5ab0b22480cd91dc5672.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lerik, biləsuvar, zəlzələ, azərbaycan
lerik, biləsuvar, zəlzələ, azərbaycan
Mingəçevir su anbarında zəlzələ olub - Yenilənib
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.
BAKI, 26 noyabr - Sputnik. Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında noyabrın 26-da zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Qeyd edilib ki, yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.
Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.
Azərbaycanda zəlzələ baş verib
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumatda deyilir.
Bildirilir ki, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycanda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar 10 km dərinlikdə, yerli vaxtla 12:10-da qeydə alınıb.
Qurban Yetirmişli Sputnik Azərbaycan-a bildirib ki, zəlzələ Laçında baş verib. Laçın sakinləri zəlzələni hiss ediblər.
"Zəlzələ bütün Qarabağda və Şərqi Zəngəzurda hiss olunub" - Qurban Yetirmişli bildirib.
Xəzər dənizində seysmoaktivlik: Noyabrda ikinci zəlzələ baş verib
Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 3:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik daha çox müşahidə edilir. Belə ki, oktyabrın 16-da, 18-də, 19-da, 23-də, habelə noyabrın 7-də Xəzərdə zəlzələlər qeydə alınıb.
Azərbaycanda 4,5 ballıq zəlzələ oldu
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Sputnik Azərbaycan-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla 10:45-də qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda ən son zəlzələ iyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.