https://sputnik.az/20241126/autizm-pozuntusunun-erken-askarlanmasi-ucun-dovlet-proqraminin-qebulu-vacibdir---deputat-469014194.html
Autizm pozuntusunun erkən aşkarlanması üçün dövlət proqramının qəbulu vacibdir - Deputat
Autizm pozuntusunun erkən aşkarlanması üçün dövlət proqramının qəbulu vacibdir - Deputat
Sputnik Azərbaycan
Soltan Məmmədov qeyd edib ki, 2025-ci ilin büdcəsində ətraf mühitin qorunmasında hədəflər və gələcək perspektivlər üzrə tədbirlər üçün nəzərdə tutulan maliyyə... 26.11.2024, Sputnik Azərbaycan
2024-11-26T19:18+0400
2024-11-26T19:18+0400
2024-11-26T19:18+0400
autizm
cəmiyyət
doğuş
ünvanlı sosial yardım
https://cdnn1.img.sputnik.az/img/42185/32/421853243_0:0:3073:1728_1920x0_80_0_0_c9dd8eace90a405e32fec0437df505a5.jpg
BAKI, 26 noyabr— Sputnik. "Uşaqlar arasında bəzi spektrum pozuntuları var ki, onların aşkarlanması və müalicəsi ilə bağlı həm səhiyyə, həm də sosial müdafiə sahəsində xüsusi yanaşma tələb edilir". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib. Deputat bildirib ki, bu gün hər birimizin yaxşı tanıdığı genetik və ətraf mühit faktorları ilə bağlı yaranan autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacibdir: "Erkən diaqnostika, keyfiyyətli reabilitasiya uzunmüddətli perspektivdə həm dövlət büdcəsinin, həm də əhalinin maliyyə yükünün azaldılmasına xidmət edəcək". Soltan Məmmədov qeyd edib ki, 2025-ci ilin büdcəsində ətraf mühitin qorunmasında hədəflər və gələcək perspektivlər üzrə tədbirlər üçün nəzərdə tutulan maliyyə vəsaitinin gələcəkdə daha da artırılması lazımdır: "Belə ki, tullantıların düzgün zərərsizləşdirilməsi, bütün ölkə ərazisində müasir texnologiyaya əsaslanan təmizləyici sistemlərin qurulması, eyni zamanda tibbi tullantıların idarə olunması üçün əlavə imkanların yaradılması çox vacibdir". Deputat Bakının Xəzər rayonunda çirkab suların idarə olunması üçün kanalizasiya sisteminin qurulmasına da diqqət yetirilməsini istəyib. Autizm nədir? Autizm - erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayılmış haldır belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasinin dəqiq səbəbləri məlum deyil. Lakin autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər ki, autizmin yaranmasi həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar,eləce də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42185/32/421853243_165:0:2896:2048_1920x0_80_0_0_b359998493934199de15ab4e962f4a52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
autizm, doğuş, ünvanlı sosial yardım
autizm, doğuş, ünvanlı sosial yardım
Autizm pozuntusunun erkən aşkarlanması üçün dövlət proqramının qəbulu vacibdir - Deputat
Soltan Məmmədov qeyd edib ki, 2025-ci ilin büdcəsində ətraf mühitin qorunmasında hədəflər və gələcək perspektivlər üzrə tədbirlər üçün nəzərdə tutulan maliyyə vəsaitinin gələcəkdə daha da artırılması lazımdır.
BAKI, 26 noyabr— Sputnik. "Uşaqlar arasında bəzi spektrum pozuntuları var ki, onların aşkarlanması və müalicəsi ilə bağlı həm səhiyyə, həm də sosial müdafiə sahəsində xüsusi yanaşma tələb edilir".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.
Deputat bildirib ki, bu gün hər birimizin yaxşı tanıdığı genetik və ətraf mühit faktorları ilə bağlı yaranan autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacibdir: "Erkən diaqnostika, keyfiyyətli reabilitasiya uzunmüddətli perspektivdə həm dövlət büdcəsinin, həm də əhalinin maliyyə yükünün azaldılmasına xidmət edəcək".
Soltan Məmmədov qeyd edib ki, 2025-ci ilin büdcəsində ətraf mühitin qorunmasında hədəflər və gələcək perspektivlər üzrə tədbirlər üçün nəzərdə tutulan maliyyə vəsaitinin gələcəkdə daha da artırılması lazımdır: "Belə ki, tullantıların düzgün zərərsizləşdirilməsi, bütün ölkə ərazisində müasir texnologiyaya əsaslanan təmizləyici sistemlərin qurulması, eyni zamanda tibbi tullantıların idarə olunması üçün əlavə imkanların yaradılması çox vacibdir".
Deputat Bakının Xəzər rayonunda çirkab suların idarə olunması üçün kanalizasiya sisteminin qurulmasına da diqqət yetirilməsini istəyib.
Autizm - erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayılmış haldır belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasinin dəqiq səbəbləri məlum deyil. Lakin autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər ki, autizmin yaranmasi həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar,eləce də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər.