CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 25 noyabr – FOTO

© Sputnik25 noyabr
25 noyabr - Sputnik Azərbaycan, 1920, 25.11.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 25 noyabr — Sputnik. Noyabrın 25-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 25-də kimlər anadan olub?
Mərziyyə Davudova (1901-1962) - Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti və Azərbaycan Teatr Cəmiyyətinin sədridir. O, “Hacı Qara”, “Koroğlu”, “Əsl dost”, “Sevimli mahnı”, “Bakının işıqları” filmlərində rol alıb.
İmran Qasımov (1918-1981) - Azərbaycanın xalq yazıçısı, dramaturq və ssenaristdir. Onun ən məşhur əsəri yazıçı Həsən Seyidbəyli ilə birgə yaratdığı “Uzaq sahillərdə” romanıdır. O, həmçinin "Xəzər neftçiləri haqqında dastan", "İnsan məskən salır", "Dəniz cəsurları sevir", "Arzu", "Xəzər üzərində şəfəq" əsərlərini də yazıb.
© Photo : Azerbaijan State Theatre Museumİmran Qasımov
İmran Qasımov - Sputnik Azərbaycan, 1920, 23.11.2024
İmran Qasımov
Lope de Veqa (1562-1635) - ispan dramaturqu, şair və nasirdir. O, iki minə yaxın pyesin müəllifidir.
Nikolay Piroqov (1810-1881) - Rusiya cərrahı, hərbi səhra cərrahiyyəsinin banisi, pedaqoq, topoqrafik anatomiyanın ilk atlasının yaradıcısı və Rusiya anesteziya məktəbinin banisidir.
© SputnikNikolay Piroqov
Nikolay Piroqov  - Sputnik Azərbaycan, 1920, 23.11.2024
Nikolay Piroqov
Karl Benz (1844-1929) - alman mühəndisi, dünyada ilk daxili yanma mühərriki olan avtomobilin ixtiraçısıdır.
Nonna Mordyukova (1925-2008) - Rusiya teatr və kino aktrisası, SSRİ xalq artistidir. Onun ən məşhur işləri "Gənc qvardiya", "Yad qohumlar", "Sadə hekayə", "Sədr" əsrləridir.
© Sputnik / Aleksey Boytsov / Mediabanka keçidNonna Mordyukova
Актриса Нонна Викторовна Мордюкова на собрании-концерте кинематографистов, где была выражена поддержка Президенту РФ Б.Н. Ельцину. Центральный Дом кино. - Sputnik Azərbaycan, 1920, 23.11.2024
Nonna Mordyukova
25 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1667-ci ildə Azərbaycanın Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində 80 min insan həlak olub.
1867-ci ildə İsveç kimyaçısı Alfred Nobel dinamiti patentləşdirib.
1946-cı ildə Moskva Fizika və Texnologiya İnstitutu yaradılıb.
1992-ci ildə Çexoslovakiya Federal Məclisi ölkənin 1993-cü il yanvarın 1-dən etibarən Çexiya və Slovakiyaya bölünməsinə səs verib.
1999-cu ildən BMT Baş Assambleyasının qərarı ilə Qadınlara Münasibətdə Zorakılığın Aradan Qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü qeyd edilir.
Xəbər lenti
0