NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Qazaxıstanın BTC-yə marağı artır

© Getty Images / westcowboyBTC
BTC - Sputnik Azərbaycan, 1920, 25.11.2024
Abunə olmaq
Nazir bildirib ki, Qazaxıstan neftinin BTC vasitəsilə nəqlinin həcminin artırılmasında həm bizim, həm də azərbaycanlı tərəfdaşlarımız tərəfindən maraq var.
BAKI, 25 noyabr — Sputnik. Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinin illik həcmini 1,5 milyon tondan 20 milyon tona çatdırmaq imkanlarını öyrənir.
Bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.
"Bu il BTC vasitəsilə 1,5 milyon ton həcmində Qazaxıstan neftinin tədarükü planlaşdırılır. Bu marşrut üzrə tədarükün ildə 20 milyon tona qədər artırılması perspektivləri öyrənilir", - A.Satkaliyev parlamentdə hökumət saatında deyib.
Beləliklə, BTC vasitəsilə tədarükün həcmi 13 dəfədən çox arta bilər.
Nazir bildirib ki, Qazaxıstan neftinin BTC vasitəsilə nəqlinin həcminin artırılmasında həm bizim, həm də azərbaycanlı tərəfdaşlarımız tərəfindən maraq var.
Qeyd edək ki, Qazaxıstan neft ixrac marşrutlarını şaxələndirmək üçün ötən ildən BTC ilə tədarüklərə başlayıb.
Xatırladaq ki, 2022-ci ildə "KazMunayQaz" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı-Tbilisi-Ceyhan marşrutu ilə illik həcmi 1,5 milyon ton olan neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə bağlanılıb. İxrac 2023-cü ilin aprelində başlayıb.
Xəbər lenti
0