Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəblərdə yerdəyişmə prosesinə başlandı

© iStock.com / runna10Məktəb
Məktəb - Sputnik Azərbaycan, 1920, 25.11.2024
Abunə olmaq
Gecikən şagirdlər dekabrın 1-nə qədər müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.
BAKI, 25 noyabr — Sputnik. Bu gün saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bununla yanaşı müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər dekabrın 1-nə qədər müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.
Xatırladaq ki, oktyabrın 31-i saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi zamanı sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə "Digital Login" vasitəsilə daxil olmaq funksiyası aktiv edilib. Şəxsi kabinetə giriş yalnız Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi ("Digital Login") ilə həyata keçirilir.
Xəbər lenti
0