Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn il minimum əməkhaqqı və pensiya artırılacaq - Komitə sədri

© Sputnik / Elvin Ahmadpensiya
pensiya  - Sputnik Azərbaycan, 1920, 25.11.2024
Abunə olmaq
Azər Əmiraslanov diqqətə çatdırıb ki, Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir. Hazırda ölkənin valyuta ehtiyatları 73 milyard dollar təşkil edir. Bu da 5,3 milyard dollar təşkil edən birbaşa xarici borcdan 14 dəfə çoxdur.
BAKI, 25 noyabr— Sputnik. Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2025-ci ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan qanun layihələrinin qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini, təqdim edilmiş layihələr üzrə Hesablama Palatasının rəyinin hazırlandığını deyib.
Komitə sədri diqqətə çatdırıb ki, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat, xərcləri 41,3 milyard manat, büdcə kəsirinin yuxarı həddi isə 3 milyard manat proqnozlaşdırılır.
O, təqdim edilən makro-iqtisadi proqnozlar nəzərə alınaraq, büdcə layihəsinin pozitiv rəqəmlərə əsaslandığını, makro-iqtisadi sabitlik şərtlərinə cavab verdiyini, gəlir və xərclərin artımla proqnozlaşdırıldığını qeyd edib.
Bildirilib ki, növbəti il üçün dövlət büdcəsinin əsas xüsusiyyətlərindən biri də onun iqtisadi strategiyanın müddəalarının, milli inkişaf prioritetlərinin, maliyyə ehtiyaclarının vaxtında qarşılanmasının nəzərə alınmasıdır. Mühüm strateji vəzifələrin daxili imkanlar hesabına reallaşdırılması, büdcə dayanıqlığının təmin edilməsi üçün fiskal və qeyri-fiskal tədbirlərin paralel həyata keçirilməsi də önəmli məsələlər hesab edilir. Büdcə layihəsinin sosialyönümlülüyü, sənəddə müdafiə və təhlükəsizlik məsələlərinin prioritet təşkil etdiyi, dövlətin mühüm funksiyaları üçün zəruri maliyyə təminatının yaradılması da xüsusi qeyd edilib.
O diqqətə çatdırıb ki, Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir. Hazırda ölkənin valyuta ehtiyatları 73 milyard dollar təşkil edir. Bu da 5,3 milyard dollar təşkil edən birbaşa xarici borcdan 14 dəfə çoxdur.
Komitə sədri bildirib ki, çoxşaxəli artımları nəzərdə tutan sosial tədbirlər paketi həyata keçiriləcək. Gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Sosial paket ümumilikdə 3 milyon insanı əhatə edəcək.
Onun sözlərinə görə, şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, müharibə iştirakçılara qayğı və diqqət gələn il də davam edəcək.
"Postmüharibə dövründə Şərqi Zəngəzur və Qarabağda bərpa və quruculuq işləri prioritetlərdəndir. Bu istiqamətə 4 milyard manat vəsait nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsi artım dinamikasına malik olan büdcədir. Növbəti il üçün proqnozlaşdırılan büdcə xərcləri 2003-cü illə müqayisədə 34 dəfə çoxdur. Xatırladaq ki, Vətən müharibəsində təkcə ordumuz döyüşmürdü, döyüşən həm də büdcəmiz, iqtisadiyyatımız idi. Azərbaycanın növbəti il üzrə proqnozlaşdırılan sosial büdcəsi Ermənistanın 2025-ci il üçün proqnozlaşdırdığı büdcə gəlirlərini 30-50% üstələyir”, - deyə o əlavə edib.
Xəbər lenti
0