https://sputnik.az/20241125/eziz-ata-britaniya-ordusu-zelenskinin-evezedicisini-hazirlayir-468969725.html
"Əziz Ata": Britaniya Ordusu Zelenskinin əvəzedicisini hazırlayır
"Əziz Ata": Britaniya Ordusu Zelenskinin əvəzedicisini hazırlayır
Sputnik Azərbaycan
Ukrayna ətrafında vəziyyət gərginləşdikcə ölkənin daxilindəki çəkişmə daha kəskin xarakter alır. Əsas mübarizə aparan şəxslər maskaları çıxarır. 25.11.2024, Sputnik Azərbaycan
2024-11-25T08:47+0400
2024-11-25T08:47+0400
2024-11-25T08:47+0400
vladimir zelenski
təhlil
britaniya
böyük britaniya
ordu
qaz
qaz kəməri
general
qərb
qərb
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116946_0:161:3070:1888_1920x0_80_0_0_2e1f07cd98e63346eabe866634fe84ba.jpg
"Ümummilli lider" və "Xalqın atası" öz sadiq birləşmələrini təftiş edərək həlledici döyüş üçün tövsiyələrini verir və onları ölümdən qorxmamağa çağırır. Britaniya mətbuatı Ukraynanın Londondakı səfiri, istefada olan general Valeri Zalujnının Şərqi İngiltərədəki təlim poliqonuna adi görünən səfərini təxminən belə işıqlandırır. Britaniyanın baş naziri ora gəlsəydi, bəlkə də bu qədər ajiotaj yaratmazdı. Zalujnı ölkənin aparıcı nəşrlərinin jurnalistləri ilə müşayiət olundu, sonra onlar bir sıra reportaj hazırladı. Üstəlik, bəzi məqalələrdə ukraynalı yaraqlıların hazırlandığı "həlledici döyüş"ün Rusiyaya qarşı deyil, başqa kiməsə qarşı aparılması təklif edilir. Və sonra həmin Britaniya mətbuatında bu fikri Kiyev rejiminin qeyri-qanuni rəhbəri Vladimir Zelenski də təsdiqləyir. Xatırladaq ki, Zalujnı bu ilin fevralında Zelenski tərəfindən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib, sonra isə "sağlamlığına görə" hərbi xidməti tərk edib. Görünür, ingilislər Kiyevdəki qəsbkar rəhbəri diplomatik xidmətə heç hazır olmayan rüsvay olmuş baş komandanı Londona göndərməyə məcbur ediblər. Yaydan bəri ingilis mətbuatı indi Ukraynada seçkilər keçirilərsə, Zalujninin Zelenskini üstələyəcəyi mövzusunu fəal şəkildə gündəmə gətirməyə başlayıb. Baxmayaraq ki, ukraynalı politoloqlar hakimiyyət dəyişikliyinin "yalnız zorla" baş tuta biləcəyini bəyan edir. İndi isə Britaniya müdafiə nazirinin müavini və bu ölkənin aparıcı müxbirlərinin müşayiəti ilə Zalujnı "gizli poliqona" gəlir (hər halda, yerli media səfəri məhz bu cür təqdim etdi, baxmayaraq ki, Ukrayna səfiri gizli adlandırılan poliqonun adını açıq şəkildə səsləndirdi). Onun həmvətənlərinə ünvanladığı qaçılmaz ölümə hazırlaşmağ çağırışı, çoxları tərəfindən yayımlandı. Amma əsas məsələ hətta onun mesajı deyil, adi görünən bu hadisənin necə işıqlandırılmasıdır. Bu sahədə Times xüsusi canfəşanlıq nümayiş etdirib. Ukrayna əsgərlərinin Zalujnı ilə şəkil çəkdirmək üçün necə sıraya düzüldüyünü təsvir edən qəzet onlardan birinin sözlərini sitat gətirir: "O, bizə ata kimi rəhbərlik edir və bizim ölkəni təmsil edir. Odur ki biz rahat halda bu ölkə uğrunda döyüşürük". Belə fonda Stalinin "xalqların atası" ilə bağlı təbliğatı daha təvazökar görünür! Əsgərin sözlərinin The Daily Telegraph tərəfindən olduğu kimi təkrarlandırılması, Londonda planlaşdırılan təbliğat kampaniyasına şübhəni daha da artırır. Və bu baxımdan həqiqətən də sual yaranır ki, səfir ukraynalı döyüşçüləri "Ukrayna uğrunda həlledici döyüşə" hazırlayaraq nəyə xeyir-dua verib. Təlimin şərtlərini açıqlayan qəzetlər Ukrayna Silahlı Qüvvələri yaraqlılarının əsil Ukrayna binalarına hücum təlimi keçdiklərini qeyd edirlər. Bu Zelenskinin bunkerini nəzərdə tutmurmu? Bu nəşrlərin tonuna görə, "ukraynalı xalqın atası"nın - yəni bütövlükdə Ukraynanın - əsas düşməni məhz Kiyevin Bank küçəsindəki ofisin sakinidir (yəni Zelenskidir). Bununla eyni zamanda, Ali Radanın tribunasından ölkədə seçkilərin keçirilməsi ehtimalını rədd edərək, Zelenski özünün qeyri-legitimliyini təsdiqləyib. Heyrətamiz "demokratiya"! Konstitusiyaya görə, Ukrayna parlamentli-prezident respublikasıdır. Və müvafiq olaraq, dövlət başçısının müstəqil olaraq seçkiləri təyin etmək və ya ləğv etmək hüququ yoxdur - onlar əsas qanunla müəyyən edilmiş müddətdə keçirilməlidir. Üstəlik, müharibə dövründə seçkiləri qadağan edən konstitusiya norması prezidentə yox, sırf parlamentə şamil edilir. Və vaxtı çoxdan keçmiş lider parlamentə seçkilərin olub-olmayacağı barədə məlumat verirsə, bu, konstitusiya sahəsindən bütün şaquli hakimiyyət münasibətlərinin pozulmasını bir daha təstiq edir. Belə olan halda, ertəsi gün başqa bir Avropa ölkəsində Zalujnının səs-küylü terror aktında - Şimal axınının partladılmasında iştirakından bəhs edən nəhəng bir dağıdıcı materialın dərc olunması heç də təsadüfi görünmür. Söhbət Almaniyanın "Der Spiegel" jurnalının nəşrindən gedir. Nəşrin yazarı qaz kəmərinin Ukrayna xüsusi təyinatlıları və akvalanqçıları tərəfindən partladıldığını, bəzilərinin isə "təsadüfən" MKİ ilə əlaqəsi olduğunu sübut etməyə çalışır. Bu fərziyyəyə görə, Zalujnı qaz kəmərinin partladılması planını şəxsən təsdiqləməsi ilə yanaşı, terror aktı haqqında Zelenskiyə məlumatın verilməməsindən də çox məmnun olub! Xüsusi diqqət çəkən məqam isə ondan ibarətdir ki, jurnal bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının Ali Baş Komandana etibar etməməsi ilə izah edir! Bunun müharibə şəraitində olan bir ölkədə baş verdiyini təsəvvür etmək belə olduqca çətindir. Amma belə vəhşi versiyanın Zalujnıya ünvanlanan təriflərlə eyni zamanda peyda olması göstərir ki, Avropada heç də hamı Londonun generalı Ukrayna hetmanı kimi yerləşdirmək planlarını bölüşmür. Görünən odur ki, iki əks təbliğat qrupu arasında kəskin mübarizə gedir. Belə görünür ki, Zelenski ilə Zalujnı arasındakı gizli qarşıdurma açıq xarakter almağa başlayır. Üstəlik, britaniyalılar səlahiyyətləri alınmış generalı tərifləmək və şəxsi hücum dəstələrini hazırlamaqla dəsətəklədiklərini artıq gizlətmirlər. Zelenskinin ən çox məhz bundan qorxmalıdır. Çünki Zalujnı onlara "düşməni mərhəmət göstərməməyi" əmr etmişdi. O, sadəcə olaraq düşməninin adını səsləndirmədi. Baxmayaraq onun kim olduğu hamıya aydındır.
qərb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116946_170:0:2901:2048_1920x0_80_0_0_469dc688f779335484e35c6ce51e6657.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, britaniya, böyük britaniya, ordu, qaz, qaz kəməri, general, qərb, qərb, qərb, media, ukrayna, səfir
vladimir zelenski, britaniya, böyük britaniya, ordu, qaz, qaz kəməri, general, qərb, qərb, qərb, media, ukrayna, səfir
"Əziz Ata": Britaniya Ordusu Zelenskinin əvəzedicisini hazırlayır
Ukrayna ətrafında vəziyyət gərginləşdikcə ölkənin daxilindəki çəkişmə daha kəskin xarakter alır. Əsas mübarizə aparan şəxslər maskaları çıxarır.
"Ümummilli lider" və "Xalqın atası" öz sadiq birləşmələrini təftiş edərək həlledici döyüş üçün tövsiyələrini verir və onları ölümdən qorxmamağa çağırır. Britaniya mətbuatı Ukraynanın Londondakı səfiri, istefada olan general Valeri Zalujnının Şərqi İngiltərədəki təlim poliqonuna adi görünən səfərini təxminən belə işıqlandırır. Britaniyanın baş naziri ora gəlsəydi, bəlkə də bu qədər ajiotaj yaratmazdı. Zalujnı ölkənin aparıcı nəşrlərinin jurnalistləri ilə müşayiət olundu, sonra onlar bir sıra reportaj hazırladı. Üstəlik, bəzi məqalələrdə ukraynalı yaraqlıların hazırlandığı "həlledici döyüş"ün Rusiyaya qarşı deyil, başqa kiməsə qarşı aparılması təklif edilir. Və sonra həmin Britaniya mətbuatında bu fikri Kiyev rejiminin qeyri-qanuni rəhbəri Vladimir Zelenski də təsdiqləyir.
Xatırladaq ki, Zalujnı bu ilin fevralında Zelenski tərəfindən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib, sonra isə "sağlamlığına görə" hərbi xidməti tərk edib. Görünür, ingilislər Kiyevdəki qəsbkar rəhbəri diplomatik xidmətə heç hazır olmayan rüsvay olmuş baş komandanı Londona göndərməyə məcbur ediblər. Yaydan bəri ingilis mətbuatı indi Ukraynada seçkilər keçirilərsə, Zalujninin Zelenskini üstələyəcəyi mövzusunu fəal şəkildə gündəmə gətirməyə başlayıb. Baxmayaraq ki, ukraynalı politoloqlar hakimiyyət dəyişikliyinin "yalnız zorla" baş tuta biləcəyini bəyan edir.
Qərbin Zalujnını önə çəkməsi ilə bağlı şayiələr onun sentyabrın 11-də Kiyevdə ABŞ və Böyük Britaniyanın xarici əlaqələr idarələrinin rəhbərləri ilə birlikdə görünməsindən sonra gücləndi. Sonra isə Qərb mətbuatı fəal şəkildə "Zelenskinin hakimiyyəti ələ keçirməsinin Ukraynanın əleyhinədir" mesajını yaymağa başladı.
İndi isə Britaniya müdafiə nazirinin müavini və bu ölkənin aparıcı müxbirlərinin müşayiəti ilə Zalujnı "gizli poliqona" gəlir (hər halda, yerli media səfəri məhz bu cür təqdim etdi, baxmayaraq ki, Ukrayna səfiri gizli adlandırılan poliqonun adını açıq şəkildə səsləndirdi). Onun həmvətənlərinə ünvanladığı qaçılmaz ölümə hazırlaşmağ çağırışı, çoxları tərəfindən yayımlandı.
Amma əsas məsələ hətta onun mesajı deyil, adi görünən bu hadisənin necə işıqlandırılmasıdır. Bu sahədə Times xüsusi canfəşanlıq nümayiş etdirib. Ukrayna əsgərlərinin Zalujnı ilə şəkil çəkdirmək üçün necə sıraya düzüldüyünü təsvir edən qəzet onlardan birinin sözlərini sitat gətirir: "O, bizə ata kimi rəhbərlik edir və bizim ölkəni təmsil edir. Odur ki biz rahat halda bu ölkə uğrunda döyüşürük". Belə fonda Stalinin "xalqların atası" ilə bağlı təbliğatı daha təvazökar görünür! Əsgərin sözlərinin The Daily Telegraph tərəfindən olduğu kimi təkrarlandırılması, Londonda planlaşdırılan təbliğat kampaniyasına şübhəni daha da artırır.
Eyni zamanda, Zalujnının populyarlığını təsvir edən "The Times", ötəri olaraq komandiri "güzəştsizliyinə" görə işdən çıxaran bəzi qaranlıq qüvvələri xatırladır. Öz müxbirini poliqona göndərən "The Sun" qəzeti isə birbaşa Zalujnı ilə Zelenski arasında yaranan dartışma haqqında yazıb. O, qeyri-legitim prezidentin "generallar siyasətə getməməlidir", çünki bu ölkə üçün çox təhlükəlidir xəbərdarlığından sitat gətirib. Bunu peşəkar komediya ustasından eşitmək gülməlidir. Xüsusən Zalujnini ştatdan çıxarmaqla öz "əlləri ilə" generalı siyasətçilər kateqoriyasına gətirməsini nəzərə alarıqsa.
Və bu baxımdan həqiqətən də sual yaranır ki, səfir ukraynalı döyüşçüləri "Ukrayna uğrunda həlledici döyüşə" hazırlayaraq nəyə xeyir-dua verib. Təlimin şərtlərini açıqlayan qəzetlər Ukrayna Silahlı Qüvvələri yaraqlılarının əsil Ukrayna binalarına hücum təlimi keçdiklərini qeyd edirlər. Bu Zelenskinin bunkerini nəzərdə tutmurmu? Bu nəşrlərin tonuna görə, "ukraynalı xalqın atası"nın - yəni bütövlükdə Ukraynanın - əsas düşməni məhz Kiyevin Bank küçəsindəki ofisin sakinidir (yəni Zelenskidir).
Bununla eyni zamanda, Ali Radanın tribunasından ölkədə seçkilərin keçirilməsi ehtimalını rədd edərək, Zelenski özünün qeyri-legitimliyini təsdiqləyib. Heyrətamiz "demokratiya"! Konstitusiyaya görə, Ukrayna parlamentli-prezident respublikasıdır. Və müvafiq olaraq, dövlət başçısının müstəqil olaraq seçkiləri təyin etmək və ya ləğv etmək hüququ yoxdur - onlar əsas qanunla müəyyən edilmiş müddətdə keçirilməlidir. Üstəlik, müharibə dövründə seçkiləri qadağan edən konstitusiya norması prezidentə yox, sırf parlamentə şamil edilir. Və vaxtı çoxdan keçmiş lider parlamentə seçkilərin olub-olmayacağı barədə məlumat verirsə, bu, konstitusiya sahəsindən bütün şaquli hakimiyyət münasibətlərinin pozulmasını bir daha təstiq edir.
Diqqət yetirin: çərşənbə axşamı Zelenski Radaya seçkilərin keçirilməsinin mümkünsüzlüyü barədə məlumat verir - və elə həmin gün ingilis poliqonunda demokratik yolla hakimiyyətə gəlmək imkanından məhrum olan Zalujnı silahlı "övladlarını" döyüşə çağırır!
Belə olan halda, ertəsi gün başqa bir Avropa ölkəsində Zalujnının səs-küylü terror aktında - Şimal axınının partladılmasında iştirakından bəhs edən nəhəng bir dağıdıcı materialın dərc olunması heç də təsadüfi görünmür. Söhbət Almaniyanın "Der Spiegel" jurnalının nəşrindən gedir. Nəşrin yazarı qaz kəmərinin Ukrayna xüsusi təyinatlıları və akvalanqçıları tərəfindən partladıldığını, bəzilərinin isə "təsadüfən" MKİ ilə əlaqəsi olduğunu sübut etməyə çalışır.
Bu fərziyyəyə görə, Zalujnı qaz kəmərinin partladılması planını şəxsən təsdiqləməsi ilə yanaşı, terror aktı haqqında Zelenskiyə məlumatın verilməməsindən də çox məmnun olub! Xüsusi diqqət çəkən məqam isə ondan ibarətdir ki, jurnal bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının Ali Baş Komandana etibar etməməsi ilə izah edir! Bunun müharibə şəraitində olan bir ölkədə baş verdiyini təsəvvür etmək belə olduqca çətindir. Amma belə vəhşi versiyanın Zalujnıya ünvanlanan təriflərlə eyni zamanda peyda olması göstərir ki, Avropada heç də hamı Londonun generalı Ukrayna hetmanı kimi yerləşdirmək planlarını bölüşmür. Görünən odur ki, iki əks təbliğat qrupu arasında kəskin mübarizə gedir.
Axı bundan sonra, alman nəşrinə inandığımız halda, Zalujnı terrorçudur. İndi nəzəri olaraq, qaz kəmərinin partlaması ilə bağlı istintaqın formal olaraq getdiyi Almaniya ən azı səfiri sorğu-sual etmək üçün addımlar atmalıdır. Əgər Der Spiegel-in versiyası təsdiqlənərsə, Berlin Zalujnının diplomatik toxunulmazlığından məhrum edilməsini və səs-küylü terror aktının təşkilatçısının həbsinə order verilməsini tələb etməlidir. Amma hamımız başa düşürük ki, bu baş verməyəcək.
Belə görünür ki, Zelenski ilə Zalujnı arasındakı gizli qarşıdurma açıq xarakter almağa başlayır. Üstəlik, britaniyalılar səlahiyyətləri alınmış generalı tərifləmək və şəxsi hücum dəstələrini hazırlamaqla dəsətəklədiklərini artıq gizlətmirlər. Zelenskinin ən çox məhz bundan qorxmalıdır. Çünki Zalujnı onlara "düşməni mərhəmət göstərməməyi" əmr etmişdi. O, sadəcə olaraq düşməninin adını səsləndirmədi. Baxmayaraq onun kim olduğu hamıya aydındır.