DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT baş katibi USQ-yə piyada əleyhinə minaların tədarükünü pisləyib

© Getty Images / John MooreUSQ
USQ - Sputnik Azərbaycan, 1920, 25.11.2024
Abunə olmaq
Quterreş, həmçinin beynəlxalq qanunlara riayət etməyə və bu növ silahlardan istifadədən imtina etməyə çağırıb.
BAKI, 25 noyabr — Sputnik. ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə (USQ) Ottava Konvensiyası ilə bütün dünyada qadağan edilmiş piyada əleyhinə minalar tədarük etməsi mülki əhali üçün böyük təhlükə yaradır.
Dünya təşkilatının rəsmi saytı xəbər verib ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.
"Piyada əleyhinə minalar dinc əhali üçün ciddi təhlükə yaradır. Döyüş əməliyyatları dayandırıldıqdan sonra belə, bu dəhşətli və ayrı-seçkiliksiz silahlar nəsilləri qorxu içində saxlayaraq qala bilərlər" - beynəlxalq təşkilatın rəhbəri bildirib.
Quterreş, həmçinin beynəlxalq qanunlara riayət etməyə və bu tip silahlardan son dərəcə idarəolunmaz olduqları üçün onların istifadəsindən imtina etməyə çağırıb.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, Ukrayna Silahlı Qüvvələri bütün dünyada qadağan olunmuş piyada əleyhinə minalardan məsuliyyətlə istifadə etməlidir. ABŞ müdafiə departamenti rəhbərinin sözlərinə görə, Vaşinqtonun Kiyevə tədarük edəcəyi minalar guya "daha təhlükəsizdir", çünki "onlar öz-özünə işə düşməyə başlayanda onlara nəzarət etmək mümkündür".
Xəbər lenti
0