https://sputnik.az/20241125/azerbaycan-mehkemesinde-turkiyeli-is-adamina-13-il-ceza-teleb-edildi-469001651.html
Azərbaycan məhkəməsində türkiyəli iş adamına 13 il cəza tələb edildi
Azərbaycan məhkəməsində türkiyəli iş adamına 13 il cəza tələb edildi
Sputnik Azərbaycan
Prokuror çıxış edərək məhkəmədən Mehmet Şahanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 25.11.2024, Sputnik Azərbaycan
2024-11-25T16:59+0400
2024-11-25T16:59+0400
2024-11-25T17:04+0400
məhkəmə
cəmiyyət
türkiyə
vətəndaş
baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi
həbs qətimkan tədbiri
ittiham
cinayət məcəlləsi
cinayət məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660238_0:160:3072:1888_1920x0_80_0_0_d960d13f715949bdafb5e5abc3f30ad9.jpg
BAKI, 25 noyabr — Sputnik. Bakıda 8 milyon manatdan çox mənimsəmədə təqsirləndirilən türkiyəli şirkət rəhbəri Mehmet Şahanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək məhkəmədən Mehmet Şahanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkillər müdafiə çıxışı edərək təqsirləndirilən şəxs barəsində ittihamın məhkəmə dövründə öz təsdiqini tapmadığı üçün Mehmet Şahan barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Mehmet Şahan da son sözlə çıxış edərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Proses dekabrın 3-ə təyin edilib. Həmin gün məhkəmədə hökm oxunacaq. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, "THALES İNTERNATİONAL WESTERN COUNTRİES B.V." transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin Şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660238_171:0:2902:2048_1920x0_80_0_0_4104a111c4f09f5a67b1e3dd18448b9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, türkiyə, vətəndaş, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi, həbs qətimkan tədbiri, ittiham, cinayət məcəlləsi, cinayət məcəlləsi
məhkəmə, türkiyə, vətəndaş, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi, həbs qətimkan tədbiri, ittiham, cinayət məcəlləsi, cinayət məcəlləsi
Azərbaycan məhkəməsində türkiyəli iş adamına 13 il cəza tələb edildi
16:59 25.11.2024 (Yenilənib: 17:04 25.11.2024) Prokuror çıxış edərək məhkəmədən Mehmet Şahanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
BAKI, 25 noyabr — Sputnik. Bakıda 8 milyon manatdan çox mənimsəmədə təqsirləndirilən türkiyəli şirkət rəhbəri Mehmet Şahanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxış edərək məhkəmədən Mehmet Şahanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər müdafiə çıxışı edərək təqsirləndirilən şəxs barəsində ittihamın məhkəmə dövründə öz təsdiqini tapmadığı üçün Mehmet Şahan barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Mehmet Şahan da son sözlə çıxış edərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Proses dekabrın 3-ə təyin edilib. Həmin gün məhkəmədə hökm oxunacaq.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, "THALES İNTERNATİONAL WESTERN COUNTRİES B.V." transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin Şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.