Tarixdə bu gün: 24 noyabr – FOTO
© Sputnik24 noyabr
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 24 noyabr — Sputnik. Noyabrın 24-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 24-də kimlər anadan olub?
Vəcihə Səmədova (1924-1965) - Azərbaycan rəssamı və Azərbaycan SSR əməkdar incəsənət xadimidir. O, V.İ.Surikov adına Moskva İncəsənət İnstitutunun məzunudur. Rəssam əsasən portretlər, mənzərələr, natürmortlar üzərində işləyib.
Deyl Karnegi (1888-1955) – amerikalı pedaqoq və yazıçıdır. O, ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edib. Yazıçı məşhur "Dostları necə qazanmalı və insanlara necə təsir etməli?" və "Narahat olmağı dayandırmaq və yaşamağa necə başlamaq olar" kitablarının müəllifidir.
© AP PhotoDeyl Karnegi
Deyl Karnegi
© AP Photo
Natalya Kraçkovskaya (1938 -2016) - Rusiya kino aktrisası və RF əməkdar artistidir. O, "12 stul", "Görüş yerini dəyişmək olmaz", "İvan Vasilyeviç peşəsini dəyişir" və s. filmlərdə rol alıb.
Natalya Kraçkovskaya
© Sputnik / Vldimir Vyatkin
/ Aleksandr Maslyakov (1941) - Rusiya televiziya aparıcısı və RF əməkdar incəsənət xadimidir. O, Rusiya Televiziya Akademiyası fondunun həqiqi üzvü və "AMİK" (Aleksandr Maslyakov və Kompaniya) televiziya yaradıcılıq birliyinin yaradıcısı və həmsahibidir. Maslyakov KVN ("Şən və hazırcavablar klubu") televiziya verilişinin rəhbəri və aparıcısıdır.
Aleksandr Maslyakov
© Sputnik / Mihail Mokrushin
/ Din Lijen (1992) – Çin şahmatçısı, qrossmeyster (2009) və şahmat üzrə 17-ci dünya çempionudur. O, dörd yaşından şahmat oynayır. Din Lijen şahmat üzrə dünya çempionu olan ilk çinlidir.
© AP Photo / Stanislav FilippovDin Lijen
Din Lijen
© AP Photo / Stanislav Filippov
Fahrid Murrey (1939) - ABŞ aktyorudur. O, "Amadey" filmindəki Antonio Salyeri roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatları laureatıdır.
© Richard Shotwell / Invision / APFahrid Murrey
Fahrid Murrey
© Richard Shotwell / Invision / AP
Dreyk (1986) - kanadalı repçi, müğənni, musiqi prodüseri, aktyor və sahibkardır. Onun əsl adı Obri Dreykdir.
© AP Photo / Jonathan Short /InvisionDreyk
Dreyk
© AP Photo / Jonathan Short /Invision
24 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1639-cu ildə ingilis astronomu Ceremi Horroks ilk dəfə Veneranın günəş diskindən keçdiyini müşahidə edib.
1861-ci ildə Rusiyada Nazirlər Şurası yaradılıb.
1927-ci ildə Moskva Operetta Teatrının açılışı olub.
1934-cü ildə Bakıda Azərbaycan Dövlət Teatr Muzeyi açılıb. Hazırda muzeyin sərgisində 130 min eksponat var.
1947-ci ildə F9F qırıcısı ABŞ-da ilk uçuşunu həyata keçirib.
1969-cu ildə SSRİ Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni ratifikasiya edib.
2006-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.