SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefonla danışıb

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 24.11.2024
Abunə olmaq
Ərdoğan Türkiyənin bölgədəki gərginliyin aradan qaldırılması üçün səylərinə və sülh proseslərinə töhfə verməyə davam edəcəyini bildirib.
BAKI, 24 noyabr — Sputnik. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.
Kremlin mətbuat xidməti xəbər verir ki, telefon söhbəti zamanı liderlər arasında ikitərəfli gündəlikdəki cari məsələlər müzakirə edilib, ticarət-iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması vurğulanıb.
“Bunu nəzərə alaraq, aidiyyəti qurumlar arasında əlaqə saxlanılacaq. Söhbət zamanı liderlər bir sıra beynəlxalq mövzulara da toxunublar”, - deyə məlumatda qeyd olunub.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda deyilir ki, telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasında ticarət həcminin genişləndirilməsi başda olmaqla bir çox sahədə əməkdaşlığın artırılması müzakirə edilib.
Ərdoğan Türkiyənin bölgədəki gərginliyin aradan qaldırılması üçün səylərinə və sülh proseslərinə töhfə verməyə davam edəcəyini bildirib.
Xəbər lenti
0