Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Kəsmik faydalıdır, amma heç də hamı onu yeməməlidir - rus qastroenteroloq

© Getty Images / Valery Ambartsumiancheese
cheese - Sputnik Azərbaycan, 1920, 24.11.2024
Abunə olmaq
Yetkinlik yaşında olanlar gündə 200 qramdan çox olmayaraq, uşaqlar isə 100 qramdan çox olmamaqla kəsmik yeyə bilərlər.
BAKI, 24 noyabr — Sputnik. Moskva vilayətinin Səhiyyə Nazirliyinin Vidnovskaya Klinik Xəstəxanasının qastroenteroloqu Lyudmila Suxorukova bəzi insanları kəsmikdən imtina etməyə çağırıb.
Bu barədə həkim "RİA Novosti"yə bildirib.
Suxorukovanın sözlərinə görə, süd zülalına allergiyası olan insanlar, böyrək və mədə xəstəliklərindən əziyyət çəkənlər kəsmik yeməkdən çəkinməlidirlər. Bundan əlavə, artıq çəkidən əziyyət çəkən insanlara da bu məhsulu yemək tövsiyə edilmir.
Qastroenteroloq həmçinin əlavə edib ki, yetkinlik yaşında olanlar gündə 200 qramdan çox olmayaraq, uşaqlar isə 100 qramdan çox olmamaqla kəsmik yeyə bilərlər.
Bundan əlavə kəsmik kalsium, dəmir, fosfor, maqnezium, mis, natrium, sink və s. vitaminləri ilə də zəngindir. Bu məhsul orqanizmin güclü toksinlərin və ya müəyyən dərmanların təsirinə məruz qaldığı zaman qaraciyərdə yağlanmanın da qarşısını alır.
Xəbər lenti
0