https://sputnik.az/20241124/ferqlilikleri-ferq-yaratmir-nkluziv-tehsil-onlari-cemiyyete-inteqre-edirmi-468627956.html
Fərqlilikləri fərq yaratmır: İnklüziv təhsil onları cəmiyyətə inteqrə edirmi?
Fərqlilikləri fərq yaratmır: İnklüziv təhsil onları cəmiyyətə inteqrə edirmi?
Sputnik Azərbaycan
Əlilliyi olan uşaqlar 9-cu sinfə qədər oxuduqdan sonra peşə məktəblərinə yönəldilirlər. 24.11.2024, Sputnik Azərbaycan
2024-11-24T09:29+0400
2024-11-24T09:29+0400
2024-11-24T09:29+0400
təhsil
cəmiyyət
daun sindromu
serebral iflic
sağlamlıq
mütda
məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/07/468587733_0:0:1281:720_1920x0_80_0_0_29ae1b075721c6b98495577253c77d15.jpg
BAKI, 24 noyabr — Sputni. "Əvvəllər valideynlər övladlarının daun sindromlu, serebral iflic, yaxud autizmli uşaqlarla bir partada əyləşməsini istəmirdilər. Amma artıq bu yanaşma aradan qalxıb. Şagirdlər sinifdəki inklüziv təhsilə cəlb olunan uşaqlara özləri yardım edir, onların qayğısına qalırlar. Onlara qarşı heç bir ayrıseçkiliyə yol verilmir. Uşaqlar inklüziv təhsilə cəlb olunan uşaqları özlərindən biri kimi qəbul edirlər". Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində 202 nömrəli tam orta məktəbin korreksion-pedaqoqu Günay Cəlilova söyləyib. 9 ildir ki, bu məktəbdə inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlarla işləyən G. Cəlilova Sputnik Azərbaycan-a əlilliyi olan uşaqlara qarşı münasibətin müsbətə doğru dəyişməsinin əhəmiyyətindən danışıb. Həmsöhbətimiz deyir ki, belə uşaqlar təhsil alıqları məktəblərdə, eləcə də siniflərdə öz həmyaşıdlarından seçilsələr də, bu onların cəmiyyətə inteqrasiya olunmasına heç bir problem yaratmır. İxtisasca korreksion-pedaqoq olan G. Cəlilova inklüziv siniflərin olduğu məktəblərin sayının artmasının vacib olduğunu söyləyir. Bildirir ki, əlilliyi olan uşaqların məktəb mühitində təhsilə cəlb olunması onların cəmiyyətə inteqrasiyasını sürətləndirir. Bəzən inklüziv təhsilə cəlb olunan daun sindromlu, serebral iflic, yaxud autizmli uşaqların dərs prosesini pozduğu barədə sosial şəbəkələrdə şikayətlərə rast gəlsək də, korreksion-pedaqoq bu düşüncənin yalnış olduğunu söyləyir. Bildirir ki, məktəbə ilk qədəmlərini basan bütün uşaqlar sağlamlıq durumlarından asılı olmayaraq dərs ilinin əvvəlində dərs prosesini pozur. "Bunu ancaq əlilliyi olan uşaqlara aid etmək olmaz. Digər uşaqlar kimi, əlilliyi olan uşaqlar da məktəbə uyğunlaşana qədər dərs prosesini pozur. Amma inklüziv siniflərin olduğu məktəblərdə yardımçı otaqlar yaradılıb. Bəzən sağlamlıq imkanı məhdud uşaqlar sinifdə çox oturanda aqressivləşir. Bu zaman biz o uşaqları sinif otağından çıxardaraq yardımçı otağa gətiririk, onu sakitləşdiririk. Acıbsa yemək veririk. Yardımçı otaqda bütün resurslar var. Belə uşaqlar məktəbə uyğunlaşdıqdan sonra heç bir problem olmur", deyə C. Cəlilova bildirib. Həmsöhbətimiz deyir ki, inklüziv təhsilə cəlb olunan uşaqlarla işləmək üçün müəllimlərə təlimlər keçirilir: "İnklüziv siniflərdə dərs keçən müəllimlərdə digər müəllimlərlə müqayisədə insani keyfiyyətlər daha yüksək olmalıdır. Onlarda mərhəmət və qayğı hissi daha çox olmalıdır ki, bu uşaqlara yanaşmada səbrli davransınlar. İnklüziv təhsil xüsusi metodika, savad tələb etmir. Burada əsas məqam mərhəmət,sevgi, qayöı hissinin güclü olmasıdır". İnklüziv siniflərdə tədris proqramına gəlincə, G. Cəlilova dərs prosesində əlilliyi olan uşaqların sağlamlıq imkanlarının nəzərə alındığını söyləyir. Bildirir ki, müəllim belə şagirdlərə, sinifdəki digər sağlam şagirdlərə olduğu qədər tələbkar olmur. "Biz inklüziv təhsilə cəlb olunan şagirdlərin qarşısına qavraya biləcəkləri qədər məqsədlər qoyuruq. Bu məqsədlərə uyğun planlar qururuq. İl sonu hansı nəticələrə nail olduğumuzla bağlı qiymətləndirmə keçiririk. İnklüziv təhsilə cəlb olunan şagirdlərə suallar verilir, qiymətləndirmə aparılır. Biz məqsədlərə nə qədər nail olduğumuzu bu qiymətləndirmə ilə müəyyən edirik", deyə G. Cəlilova bildirir. Onun sözlərinə görə, inklüziv təhsil alan uşaqlar digər həmyaşıdları kimi kiçik və böyük summativ qiymətləndirmələrə cəlb olunmurlar. Onların təhsilə cəlb olunmasında əsas məqsəd ünsiyyət, cəmiyyətə inteqrasiya, sosiallaşma, həyatda onlar üçün vacib olan bilik-bacarıqlara yiyələnmələridir. Müsahibimiz deyir ki, korreksion-pedaqoqlar inklüziv siniflərə dərs keçən digər müəllimlərə yardımçı olurlar: "Müəllimlərə dərs prosesini qurmağa, müəllim-şagirdi, şagird-şagird arasında münasibətlərin qurulmasına kömək edirik. Həmçinin sinifdəki digər şagirdlərin valideynləri, uşaqlarla söhbət aparırıq. Əvvəllər valideynlər deyirdilər ki, əlilliyi olan uşaq mənim övladımın yanında oturmasın. Amma son illər belə düşüncə nümayiş etdirən valideynlər demək olar ki, yoxdur. İnklüziv təhsilə cəlb olunan uşaqların burunlarından su axanda sinif yoldaşları onlara burunlarını silməyə kömək edir. Eləcə də ayaqqablarının bağını bağlayırlar. Onların sayəsində əlilliyi olan uşaqlar artıq bu vərdişlərə yiyələnirlər. Bu da onların cəmiyyətə inteqrasiyasını sürətləndirir". G.Cəlilova deyir ki, inklüziv təhsil 9 illikdir. Əlilliyi olan uşaqlar 9-cu sinfə qədər oxuduqdan sonra peşə məktəblərinə yönəldilirlər. "Bu il 202 saylı məktəbdə ilk dəfə inklüziv siniflərdə oxuyan uşaqların buraxılışı olacaq. Məktəbdə iki korreksion-pedaqoq var. 32 şagird məktəbimizdə inklüziv təhsilə cəlb olunub", deyə həmsöhbətimiz bildirib. G. Cəlilova deyir ki, hər sinifdə inklüziv təhsilə maksimum iki uşaq cəlb oluna bilər. O, çalışdığı məktəbdə 17 inklüziv sinifin olduğunu söyləyib. Hansı sağlamlıq imkanları məhdud olan uşaqların inklüziv təhsilə cəlb olunmasının mümkünlüyü də maraq doğuran məsələlərdəndir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, təhsil sahəsində mövcud normativ hüquqi aktlara əsasən sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinə cəlb olunması yerli təhsili idarəetmə orqanların nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti"nin 11 fevral 2023-cü il tarixində qəbul etdiyi 43 nömrəli qərara əsasən uşaqlar aşağıdakı şərtlər nəzərə alınmaqla inklüziv təhsilə cəlb edilirlər: · Sağlamlıq imkanları məhdud uşağın sadə özünəxidmət bacarığının olması (sanitar qovşağından istifadə, əlini yuma, qida qəbulu və s.); · Sağlamlıq imkanları məhdud uşaqda emosional-iradi sahədə və davranışında nəzərəçarpan pozuntuların olmaması; · Müəssisənin pedaqoji heyətinin sağlamlıq imkanları məhdud uşaqla təlim-tərbiyə işinin təşkili üçün səriştələrinin (kompetensiyalarının) olması; · Sağlamlıq imkanları məhdud uşağın müəssisənin yaxınlığında yaşaması; · Müəssisənin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaq üçün uyğun olması. Sağlamlıq imkanları məhdud uşağın sadə özünəxidmət bacarığının olmaması, sağlamlıq imkanları məhdud uşaqda emosional-iradi sahədə və davranışında nəzərəçarpan pozuntuların olması, müəssisənin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaq üçün uyğun olmaması və s. hallar olduğu halda uşaqlar inklüziv təhsilə cəlb oluna bilməzlər. MÜTDA-dan bildirilib ki, 2024/2025-ci tədris ilində 354 sağlamlıq imkanları məhdud uşaq yaşayış yerinə yaxın olan məktəbdə tipik inkişaf edən həmyaşıdları ilə bir sinifdə inklüziv təhsilə cəlb olunublar. 2024/2025-ci tədris ilində inklüziv təhsil 67 ümumi təhsil müəssisində həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/07/468587733_0:0:961:720_1920x0_80_0_0_c552b726f0daa5b623e3068042c4c8a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təhsil, daun sindromu, serebral iflic, sağlamlıq, mütda, məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi
təhsil, daun sindromu, serebral iflic, sağlamlıq, mütda, məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi
Fərqlilikləri fərq yaratmır: İnklüziv təhsil onları cəmiyyətə inteqrə edirmi?
Əlilliyi olan uşaqlar 9-cu sinfə qədər oxuduqdan sonra peşə məktəblərinə yönəldilirlər.
BAKI, 24 noyabr — Sputni. "Əvvəllər valideynlər övladlarının daun sindromlu, serebral iflic, yaxud autizmli uşaqlarla bir partada əyləşməsini istəmirdilər. Amma artıq bu yanaşma aradan qalxıb. Şagirdlər sinifdəki inklüziv təhsilə cəlb olunan uşaqlara özləri yardım edir, onların qayğısına qalırlar. Onlara qarşı heç bir ayrıseçkiliyə yol verilmir. Uşaqlar inklüziv təhsilə cəlb olunan uşaqları özlərindən biri kimi qəbul edirlər".
Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində 202 nömrəli tam orta məktəbin korreksion-pedaqoqu Günay Cəlilova söyləyib. 9 ildir ki, bu məktəbdə inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlarla işləyən G. Cəlilova Sputnik Azərbaycan-a əlilliyi olan uşaqlara qarşı münasibətin müsbətə doğru dəyişməsinin əhəmiyyətindən danışıb.
Həmsöhbətimiz deyir ki, belə uşaqlar təhsil alıqları məktəblərdə, eləcə də siniflərdə öz həmyaşıdlarından seçilsələr də, bu onların cəmiyyətə inteqrasiya olunmasına heç bir problem yaratmır.
İxtisasca korreksion-pedaqoq olan G. Cəlilova inklüziv siniflərin olduğu məktəblərin sayının artmasının vacib olduğunu söyləyir. Bildirir ki, əlilliyi olan uşaqların məktəb mühitində təhsilə cəlb olunması onların cəmiyyətə inteqrasiyasını sürətləndirir.
Bəzən inklüziv təhsilə cəlb olunan daun sindromlu, serebral iflic, yaxud autizmli uşaqların dərs prosesini pozduğu barədə sosial şəbəkələrdə şikayətlərə rast gəlsək də, korreksion-pedaqoq bu düşüncənin yalnış olduğunu söyləyir. Bildirir ki, məktəbə ilk qədəmlərini basan bütün uşaqlar sağlamlıq durumlarından asılı olmayaraq dərs ilinin əvvəlində dərs prosesini pozur.
"Bunu ancaq əlilliyi olan uşaqlara aid etmək olmaz. Digər uşaqlar kimi, əlilliyi olan uşaqlar da məktəbə uyğunlaşana qədər dərs prosesini pozur. Amma inklüziv siniflərin olduğu məktəblərdə yardımçı otaqlar yaradılıb. Bəzən sağlamlıq imkanı məhdud uşaqlar sinifdə çox oturanda aqressivləşir. Bu zaman biz o uşaqları sinif otağından çıxardaraq yardımçı otağa gətiririk, onu sakitləşdiririk. Acıbsa yemək veririk. Yardımçı otaqda bütün resurslar var. Belə uşaqlar məktəbə uyğunlaşdıqdan sonra heç bir problem olmur", deyə C. Cəlilova bildirib.
Həmsöhbətimiz deyir ki, inklüziv təhsilə cəlb olunan uşaqlarla işləmək üçün müəllimlərə təlimlər keçirilir: "İnklüziv siniflərdə dərs keçən müəllimlərdə digər müəllimlərlə müqayisədə insani keyfiyyətlər daha yüksək olmalıdır. Onlarda mərhəmət və qayğı hissi daha çox olmalıdır ki, bu uşaqlara yanaşmada səbrli davransınlar. İnklüziv təhsil xüsusi metodika, savad tələb etmir. Burada əsas məqam mərhəmət,sevgi, qayöı hissinin güclü olmasıdır".
İnklüziv siniflərdə tədris proqramına gəlincə, G. Cəlilova dərs prosesində əlilliyi olan uşaqların sağlamlıq imkanlarının nəzərə alındığını söyləyir. Bildirir ki, müəllim belə şagirdlərə, sinifdəki digər sağlam şagirdlərə olduğu qədər tələbkar olmur.
"Biz inklüziv təhsilə cəlb olunan şagirdlərin qarşısına qavraya biləcəkləri qədər məqsədlər qoyuruq. Bu məqsədlərə uyğun planlar qururuq. İl sonu hansı nəticələrə nail olduğumuzla bağlı qiymətləndirmə keçiririk. İnklüziv təhsilə cəlb olunan şagirdlərə suallar verilir, qiymətləndirmə aparılır. Biz məqsədlərə nə qədər nail olduğumuzu bu qiymətləndirmə ilə müəyyən edirik", deyə G. Cəlilova bildirir.
Onun sözlərinə görə, inklüziv təhsil alan uşaqlar digər həmyaşıdları kimi kiçik və böyük summativ qiymətləndirmələrə cəlb olunmurlar. Onların təhsilə cəlb olunmasında əsas məqsəd ünsiyyət, cəmiyyətə inteqrasiya, sosiallaşma, həyatda onlar üçün vacib olan bilik-bacarıqlara yiyələnmələridir.
Müsahibimiz deyir ki, korreksion-pedaqoqlar inklüziv siniflərə dərs keçən digər müəllimlərə yardımçı olurlar:
"Müəllimlərə dərs prosesini qurmağa, müəllim-şagirdi, şagird-şagird arasında münasibətlərin qurulmasına kömək edirik. Həmçinin sinifdəki digər şagirdlərin valideynləri, uşaqlarla söhbət aparırıq. Əvvəllər valideynlər deyirdilər ki, əlilliyi olan uşaq mənim övladımın yanında oturmasın. Amma son illər belə düşüncə nümayiş etdirən valideynlər demək olar ki, yoxdur. İnklüziv təhsilə cəlb olunan uşaqların burunlarından su axanda sinif yoldaşları onlara burunlarını silməyə kömək edir. Eləcə də ayaqqablarının bağını bağlayırlar. Onların sayəsində əlilliyi olan uşaqlar artıq bu vərdişlərə yiyələnirlər. Bu da onların cəmiyyətə inteqrasiyasını sürətləndirir".
G.Cəlilova deyir ki, inklüziv təhsil 9 illikdir. Əlilliyi olan uşaqlar 9-cu sinfə qədər oxuduqdan sonra peşə məktəblərinə yönəldilirlər.
"Bu il 202 saylı məktəbdə ilk dəfə inklüziv siniflərdə oxuyan uşaqların buraxılışı olacaq. Məktəbdə iki korreksion-pedaqoq var. 32 şagird məktəbimizdə inklüziv təhsilə cəlb olunub", deyə həmsöhbətimiz bildirib.
G. Cəlilova deyir ki, hər sinifdə inklüziv təhsilə maksimum iki uşaq cəlb oluna bilər. O, çalışdığı məktəbdə 17 inklüziv sinifin olduğunu söyləyib.
Hansı sağlamlıq imkanları məhdud olan uşaqların inklüziv təhsilə cəlb olunmasının mümkünlüyü də maraq doğuran məsələlərdəndir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, təhsil sahəsində mövcud normativ hüquqi aktlara əsasən sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinə cəlb olunması yerli təhsili idarəetmə orqanların nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti"nin 11 fevral 2023-cü il tarixində qəbul etdiyi 43 nömrəli qərara əsasən uşaqlar aşağıdakı şərtlər nəzərə alınmaqla inklüziv təhsilə cəlb edilirlər:
· Sağlamlıq imkanları məhdud uşağın sadə özünəxidmət bacarığının olması (sanitar qovşağından istifadə, əlini yuma, qida qəbulu və s.);
· Sağlamlıq imkanları məhdud uşaqda emosional-iradi sahədə və davranışında nəzərəçarpan pozuntuların olmaması;
· Müəssisənin pedaqoji heyətinin sağlamlıq imkanları məhdud uşaqla təlim-tərbiyə işinin təşkili üçün səriştələrinin (kompetensiyalarının) olması;
· Sağlamlıq imkanları məhdud uşağın müəssisənin yaxınlığında yaşaması;
· Müəssisənin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaq üçün uyğun olması.
Sağlamlıq imkanları məhdud uşağın sadə özünəxidmət bacarığının olmaması, sağlamlıq imkanları məhdud uşaqda emosional-iradi sahədə və davranışında nəzərəçarpan pozuntuların olması, müəssisənin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaq üçün uyğun olmaması və s. hallar olduğu halda uşaqlar inklüziv təhsilə cəlb oluna bilməzlər.
MÜTDA-dan bildirilib ki, 2024/2025-ci tədris ilində 354 sağlamlıq imkanları məhdud uşaq yaşayış yerinə yaxın olan məktəbdə tipik inkişaf edən həmyaşıdları ilə bir sinifdə inklüziv təhsilə cəlb olunublar. 2024/2025-ci tədris ilində inklüziv təhsil 67 ümumi təhsil müəssisində həyata keçirilir.