https://sputnik.az/20241124/bmt-nin-bas-katibi-bakida-kecirilen-cop29-la-bagli-beyanat-verdi-468979175.html
BMT-nin Baş katibi Bakıda keçirilən COP29-la bağlı bəyanat verdi
BMT-nin Baş katibi Bakıda keçirilən COP29-la bağlı bəyanat verdi
Sputnik Azərbaycan
Quterreş bildirib ki, həm maliyyə, həm də iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması ilə bağlı daha iddialı qərarların veriləcəyini gözləyirmiş. 24.11.2024, Sputnik Azərbaycan
2024-11-24T06:06+0400
2024-11-24T06:06+0400
2024-11-24T06:07+0400
cop29
bmt
bmt-nin baş katibi antonio quttereş
muxtar babayev
iqlim
qlobal iqlim dəyişikliyi
iqlim dəyişikliyi
iqlim konfransı
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465814132_0:2:2939:1655_1920x0_80_0_0_a63dad86cf2eefd01e710e4d013603a3.jpg
BAKI, 24 noyabr - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş "X" hesabında COP29-un nəticəsi ilə bağlı paylaşım edib.Baş katib razılığın əldə olunmasının 1,5 dərəcəlik qlobal iqlim hədəfinə nail olunması istiqamətində mühüm addım kimi dəyərləndirib.Bununla belə o daha iddialı qərarlar gözlədiyini qeyd edib:"Mən həm maliyyə, həm də iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması ilə bağlı daha iddialı qərarların veriləcəyini gözləyirdim.Verilən qərarlar vaxtında və tam həcmdə yerinə yetirilməlidir.Mən bütün hökumətləri buna çağırıram" - BMT-nin rəhbəri yazıb (APA).***COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur.Bunu BMT Baş katibi Antoniu Quttereş COP29-la bağlı bəyanatında bildirib.“Qlobal istiləşmə həddini 1,5°C-də saxlamaq üçün COP29-da razılığın əldə edilməsi zəruri idi. Qarşılaşdığımız böyük problemlərin həlli üçün həm maliyyələşdirmədə, həm də təsirlərin yumşaldılmasında daha iddialı nəticələrə ümid edirdim, lakin təqdim olunan razılaşma gələcək inkişaf üçün əsas yaradır.Bu, tam və vaxtında tamamlanmalıdır.Mən hökumətləri bunu təcili şəkildə etməyə çağırıram”, - BMT Baş katibi qeyd edib."Qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, COP29-un prezidenti Muxtar Babayevə, onun komandasına göstərdikləri gərgin əməyə görə təşəkkür edirəm.BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Still və onun həmkarlarına göstərdikləri əla dəstəyə və əlbəttə Birləşmiş Millətlər Təşkilatının komandasına minnətdaram.Tərəfləri maksimum ambisiyaya və ədalətə sövq etmək üçün Bakıya gələn bütün nümayəndələrə, gənclərə, vətəndaş cəmiyyəti nümayəndələrinə təşəkkürümü bildirirəm. Müraciətimi onlara birbaşa ünvanlanmış mesajla bitirirəm - həmin ruhda davam edin. Birləşmiş Millətlər Təşkilatı sizinlədir. Mübarizəmiz davam edir. Biz heç vaxt təslim olmayacağıq", - A.Quttereş qeyd edib(Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465814132_77:0:2806:2047_1920x0_80_0_0_224acc5c60a62ed09fc36f17147a9fe4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, bmt-nin baş katibi antonio quttereş, muxtar babayev, iqlim, qlobal iqlim dəyişikliyi, iqlim dəyişikliyi, iqlim konfransı
bmt, bmt-nin baş katibi antonio quttereş, muxtar babayev, iqlim, qlobal iqlim dəyişikliyi, iqlim dəyişikliyi, iqlim konfransı
BMT-nin Baş katibi Bakıda keçirilən COP29-la bağlı bəyanat verdi
06:06 24.11.2024 (Yenilənib: 06:07 24.11.2024) Quterreş bildirib ki, həm maliyyə, həm də iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması ilə bağlı daha iddialı qərarların veriləcəyini gözləyirmiş.
BAKI, 24 noyabr - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş "X" hesabında COP29-un nəticəsi ilə bağlı paylaşım edib.
Baş katib razılığın əldə olunmasının 1,5 dərəcəlik qlobal iqlim hədəfinə nail olunması istiqamətində mühüm addım kimi dəyərləndirib.
Bununla belə o daha iddialı qərarlar gözlədiyini qeyd edib:
"Mən həm maliyyə, həm də iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması ilə bağlı daha iddialı qərarların veriləcəyini gözləyirdim.
Verilən qərarlar vaxtında və tam həcmdə yerinə yetirilməlidir.
Mən bütün hökumətləri buna çağırıram" - BMT-nin rəhbəri yazıb (APA).
COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur.
Bunu BMT Baş katibi Antoniu Quttereş COP29-la bağlı bəyanatında bildirib.
“Qlobal istiləşmə həddini 1,5°C-də saxlamaq üçün COP29-da razılığın əldə edilməsi zəruri idi. Qarşılaşdığımız böyük problemlərin həlli üçün həm maliyyələşdirmədə, həm də təsirlərin yumşaldılmasında daha iddialı nəticələrə ümid edirdim, lakin təqdim olunan razılaşma gələcək inkişaf üçün əsas yaradır.
Bu, tam və vaxtında tamamlanmalıdır.
Mən hökumətləri bunu təcili şəkildə etməyə çağırıram”, - BMT Baş katibi qeyd edib.
"Qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, COP29-un prezidenti Muxtar Babayevə, onun komandasına göstərdikləri gərgin əməyə görə təşəkkür edirəm.
BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Still və onun həmkarlarına göstərdikləri əla dəstəyə və əlbəttə Birləşmiş Millətlər Təşkilatının komandasına minnətdaram.
Tərəfləri maksimum ambisiyaya və ədalətə sövq etmək üçün Bakıya gələn bütün nümayəndələrə, gənclərə, vətəndaş cəmiyyəti nümayəndələrinə təşəkkürümü bildirirəm. Müraciətimi onlara birbaşa ünvanlanmış mesajla bitirirəm - həmin ruhda davam edin. Birləşmiş Millətlər Təşkilatı sizinlədir. Mübarizəmiz davam edir. Biz heç vaxt təslim olmayacağıq", - A.Quttereş qeyd edib(Report).