https://sputnik.az/20241123/rusiya-xn-den-srailin-suriyaya-erazisine-zerbelerine-munasibet-468953529.html
Rusiya XİN-dən İsrailin Suriyaya ərazisinə zərbələrinə münasibət
Rusiya XİN-dən İsrailin Suriyaya ərazisinə zərbələrinə münasibət
Sputnik Azərbaycan
Xarici İşlər Nazirliyi regional eskalasiyada iştirak edən bütün tərəfləri ağılın səsinə qulaq asmağa və 21-ci əsrin formalaşmış humanist dəyərlər sisteminə... 23.11.2024, Sputnik Azərbaycan
2024-11-23T20:19+0400
2024-11-23T20:19+0400
2024-11-23T20:19+0400
rusiya xin
dünya xəbərləri
suriya
yaxın şərq
palmira
palmira şəhəri
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_0:0:3640:2048_1920x0_80_0_0_2c693dd1c0c0c79ea4c1e5f8437ee984.jpg
BAKI, 23 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi İsrailin Palmiraya endirdiyi zərbələri kəskin şəkildə pisləyib və bunu Suriyanın suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulması adlandırıb. Bundan əvvəl Suriya Müdafiə Nazirliyi bildirib ki, İsrail aviasiyası Homs əyalətinin Palmira şəhərinə zərbələr endirib, nəticədə 36 nəfər ölüb, 50 nəfər yaralanıb. "Biz Suriya hakimiyyətinin məlumatına görə, 36 nəfərin ölümünə və 50-dən çox insanın yaralanmasına səbəb olan İsrail qüvvələrinin Suriya ərazisindəki bu hərəkətini, eləcə də ondan əvvəl olanların hamısını şiddətlə qınayırıq. Bu, Suriyanın suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulmasıdır", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Xarici İşlər Nazirliyi regional eskalasiyada iştirak edən bütün tərəfləri ağılın səsinə qulaq asmağa və 21-ci əsrin formalaşmış humanist dəyərlər sisteminə əsaslanan sivil davranış çərçivəsindən kənara çıxmamağa çağırıb. "Unutmaq olmaz ki, regionda qonşularla qarşılıqlı hörmət olmaması və münaqişənin şiddətinin həddindən artıq artması Yaxın Şərqdə davamlı sülhün əldə olunması perspektivini çətinləşdirə bilər", - məlumatda vurğulanır. Eyni zamanda, nazirlik qeyd edib ki, Yaxın Şərqdə silahlı qarşıdurmanın şiddəti təkcə insan həyatının deyil, həm də mədəni və tarixi yaddaşın məhvinə gətirib çıxarıb.
palmira şəhəri
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_370:0:3101:2048_1920x0_80_0_0_2e89c8729993d0d753d3d95fe89af791.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, suriya, yaxın şərq, palmira, palmira şəhəri
rusiya xin, suriya, yaxın şərq, palmira, palmira şəhəri
Rusiya XİN-dən İsrailin Suriyaya ərazisinə zərbələrinə münasibət
Xarici İşlər Nazirliyi regional eskalasiyada iştirak edən bütün tərəfləri ağılın səsinə qulaq asmağa və 21-ci əsrin formalaşmış humanist dəyərlər sisteminə əsaslanan sivil davranış çərçivəsindən kənara çıxmamağa çağırıb.
BAKI, 23 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi İsrailin Palmiraya endirdiyi zərbələri kəskin şəkildə pisləyib və bunu Suriyanın suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulması adlandırıb.
Bundan əvvəl Suriya Müdafiə Nazirliyi bildirib ki, İsrail aviasiyası Homs əyalətinin Palmira şəhərinə zərbələr endirib, nəticədə 36 nəfər ölüb, 50 nəfər yaralanıb.
"Biz Suriya hakimiyyətinin məlumatına görə, 36 nəfərin ölümünə və 50-dən çox insanın yaralanmasına səbəb olan İsrail qüvvələrinin Suriya ərazisindəki bu hərəkətini, eləcə də ondan əvvəl olanların hamısını şiddətlə qınayırıq. Bu, Suriyanın suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulmasıdır", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Xarici İşlər Nazirliyi regional eskalasiyada iştirak edən bütün tərəfləri ağılın səsinə qulaq asmağa və 21-ci əsrin formalaşmış humanist dəyərlər sisteminə əsaslanan sivil davranış çərçivəsindən kənara çıxmamağa çağırıb.
"Unutmaq olmaz ki, regionda qonşularla qarşılıqlı hörmət olmaması və münaqişənin şiddətinin həddindən artıq artması Yaxın Şərqdə davamlı sülhün əldə olunması perspektivini çətinləşdirə bilər", - məlumatda vurğulanır.
Eyni zamanda, nazirlik qeyd edib ki, Yaxın Şərqdə silahlı qarşıdurmanın şiddəti təkcə insan həyatının deyil, həm də mədəni və tarixi yaddaşın məhvinə gətirib çıxarıb.