Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hava bu tarixdən kəskin dəyişir - Əhaliyə xəbərdarlıq!

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBak;da tutqun hava
Bak;da tutqun hava - Sputnik Azərbaycan, 1920, 23.11.2024
Abunə olmaq
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək.
BAKI, 23 noyabr — Sputnik. Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 25-i qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.
Milli Hidrometrologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə ( Naxçıvan MR, Qarabağ və Şərq-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar, Dağlıq-Şirvan) leysan xarakterli intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək.
Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan 26-sı səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.
Xəbər lenti
0