https://sputnik.az/20241123/fransa-usq-ye-rusiyaya-zerbe-vurmaq-ucun-uzaqmenzilli-raketlerinden-istifade-huququ-verib-468972699.html
Fransa USQ-yə Rusiyaya zərbə vurmaq üçün uzaqmənzilli raketlərindən istifadə hüququ verib
Fransa USQ-yə Rusiyaya zərbə vurmaq üçün uzaqmənzilli raketlərindən istifadə hüququ verib
Sputnik Azərbaycan
Zaxarova deyib ki, Fransa XİN başçısının Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı açıqlamaları Ukraynaya dəstək deyil, onu... 23.11.2024, Sputnik Azərbaycan
2024-11-23T21:06+0400
2024-11-23T21:06+0400
2024-11-23T21:08+0400
dünya xəbərləri
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova
fransa
ukrayna
raket
fransanın xarici işlər naziri jan-noel barro
jan-noel barro
mariya zaxarova
uzaqmənzilli raket
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/15/468180833_0:0:3070:1728_1920x0_80_0_0_db5fce37b68bf96be3e4bb2f7e929c16.jpg
BAKI, 23 noyabr - Sputnik. Paris Ukrayna əsgərlərinə özünümüdafiə məqsədi ilə Rusiya ərazisinə zərbələr endirmək üçün Fransanın uzaqmənzilli raketlərindən istifadə etmək hüququ verib.Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “BBC“yə müsahibəsində deyib.O qeyd edib ki, Parisin Rusiyaya qarşı uzaqmənzilli raket zərbələri “özünümüdafiə məntiqi ilə” həyata keçirilə bilər. Nazir Fransa qoşunlarının Ukraynaya göndərilməsini də istisna etməyib. O həmçinin əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya dəstəyini məhdudlaşdırmamalıdır.XİN başçısı Ukrayna hərbçilərinin Fransanın uzaqmənzilli raketlərindən artıq istifadə edib-etmədiyinə dair məlumatları bölüşməyib.Bu addıma Rusiyanın cavab reaksiyası gecikməyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/15/468180833_339:0:3070:2048_1920x0_80_0_0_63d8fb2b4f22f4f480cbb8c13aa233fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, fransa, ukrayna, raket, fransanın xarici işlər naziri jan-noel barro, jan-noel barro, mariya zaxarova, uzaqmənzilli raket
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, fransa, ukrayna, raket, fransanın xarici işlər naziri jan-noel barro, jan-noel barro, mariya zaxarova, uzaqmənzilli raket
Fransa USQ-yə Rusiyaya zərbə vurmaq üçün uzaqmənzilli raketlərindən istifadə hüququ verib
21:06 23.11.2024 (Yenilənib: 21:08 23.11.2024) Zaxarova deyib ki, Fransa XİN başçısının Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı açıqlamaları Ukraynaya dəstək deyil, onu məhv etmək xarakteri daşıyır.
BAKI, 23 noyabr - Sputnik. Paris Ukrayna əsgərlərinə özünümüdafiə məqsədi ilə Rusiya ərazisinə zərbələr endirmək üçün Fransanın uzaqmənzilli raketlərindən istifadə etmək hüququ verib.
Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “BBC“yə müsahibəsində deyib.
O qeyd edib ki, Parisin Rusiyaya qarşı uzaqmənzilli raket zərbələri “özünümüdafiə məntiqi ilə” həyata keçirilə bilər.
Nazir Fransa qoşunlarının Ukraynaya göndərilməsini də istisna etməyib. O həmçinin əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya dəstəyini məhdudlaşdırmamalıdır.
XİN başçısı Ukrayna hərbçilərinin Fransanın uzaqmənzilli raketlərindən artıq istifadə edib-etmədiyinə dair məlumatları bölüşməyib.
Bu addıma Rusiyanın cavab reaksiyası gecikməyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir:
"Fransanın xarici işlər naziri Jan-Noel Barronun Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı açıqlamaları Ukraynaya dəstək deyil, onu məhv etmək xarakteri daşıyır".