Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

COP29 iştirakçıları üçün pulsuz ictimai nəqliyyat xidmətinin son tarixi açıqlandı

© Sputnik / Murad OrujovCOP29
COP29 - Sputnik Azərbaycan, 1920, 23.11.2024
Abunə olmaq
Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn və COP29 tədbirinə akkreditasiya olunan hər kəs noyabrın 9-dan etibarən paytaxtın ictimai nəqliyyat vasitələrindən pulsuz yararlanmaq imkanı əldə edib.
BAKI, 23 noyabr — Sputnik. Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün nəzərdə tutulan pulsuz ictimai nəqliyyat xidmətinin sonuncu günü açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 25-dən etibarən konfrans iştirakçıları artıq avtobus, metro və dəmir yolundan ödənişsiz istifadə edə bilməyəcəklər.
Xatırladaq ki, dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn və COP29 tədbirinə akkreditasiya olunan hər kəs noyabrın 9-dan etibarən paytaxtın ictimai nəqliyyat vasitələrindən pulsuz yararlanmaq imkanı əldə etmişdi.
Bu güzəşt proqramı tədbir iştirakçılarının şəhərdaxili logistikasını asanlaşdırmaq məqsədi daşıyırdı.
Xəbər lenti
0