Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

COP zolaqları bu tarixdən qüvvədən düşəcək -Rəsmi açıqlama

© AP Photo / Sergei GritsBakıda COP29 zolağı, arxiv
Bakıda COP29 zolağı, arxiv - Sputnik Azərbaycan, 1920, 23.11.2024
Abunə olmaq
AYNA tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb.
BAKI, 23 noyabr — Sputnik. "İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək. Bu məqsədlə AYNA tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb".
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavabda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) bildirilib.
Məlumatda qeyd olunub ki, ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş COP29 xüsusi hərəkət zolaqları nəqliyyat əməliyyatlarının səmərəli təşkilinə, tədbir iştirakçılarının maneəsiz, təhlükəsiz və zamanında tədbir məkanlarına çatmasına şərait yaradıb. Ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib. O da bildirilib ki, yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq. 25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək.
Xəbər lenti
0